"ABŞ NATO Azərbaycanın müstəqilliyini dəstəkləyir"

 

Enn Dersi Bakıda keçirilən beynəlxalq konfransda çıxış edib

 

 Dünən Bakıda Şimali Atlantika Alyansı blokunun yaradılmasının 60 illiyinə həsr edilmiş "NATO-tam kamillik alyansı" mövzusunda beynəlxalq konfrans keçirilib. Qeyd edək ki, konfransa sədrliyi Rumıniyanın xarici işlər nazirinin edəcəyi gözlənilsə də, onun səfərinin təxirə salınmasına görə sədrliyi bu ölkənin Azərbaycandakı səfirliyi edib.      

Konfransda NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Yan Fransua Büro, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatlar iştirak ediblər. Azərbaycan-NATO əməkdaşlığı ölkəmizdə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından irəli gələn vəzifələr üzərində qurulan müzakirələrdə Cənubi Qafqaz ölkələrinin Avroatlantik Alyansa inteqrasiyasında Rumıniya səfirliyinin fəaliyyəti digər məsələlərə toxunulub. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edərək Azərbaycanın NATO ilə tərəfdaşlığı gələcək perspektivlər barədə çıxış edib. Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsi barədə danışan Araz Əzimov rəsmi Bakının NATO-nun fəal tərəfdaşı olduğunu bildirib. O, bunu nümunə kimi ölkədə hərbi-siyasi sahədə keçirilən islahatları göstərib. Əzimov həmçinin Azərbaycanın sərhəd təhlükəsizliyində pilot ölkə olduğunu deyib. Nazir müavini Azərbaycanın NATO ilə əlaqələrini genişləndirmək planlarının olduğunu da istisna etməyib. Rumıniya xarici işlər nazirinin konfransa qatılmamasının səbəblərinə bir daha aydınlıq gətirən Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureku onun iştirakçılara ünvanladığı müraciəti oxuyub. Rumıniya xarici işlər nazirinin konfrans iştirakçılarına müraciətində bildirilib ki, NATO ilə Azərbaycan arasında əlaqələndirici dövlət missiyasını öz üzərinə götürən Rumıniya Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyəcək. NATO baş katibinin köməkçisi Æan Fransua Büro isə öz çıxışında Azərbaycanın NATO ilə əməkdaşlığını yüksək qiymətləndirib. O, Azərbaycanın NATO-nun ayrı-ayrı bölgələrdə həyata keçirdiyi sülhməramlı əməliyyatlarda iştirakını da müsbət qiymətləndirib. NATO baş katibinin müavini həmçinin əməkdaşlığın genişləndirilməsinin vacibliyini önə çəkib. Konfransda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi isə İkinci Dünya müharibəsindən sonra darmadağın olmuş Avropada yaranan NATO-nun tarixdə çox önəmli bir yer tutduğunu bildirib. "Bu birlik zamanla dəyişərək müxtəlif təhlükələri aradan qaldırıb. Yeni-yeni çətinliklərlə üzləşib. İyirmi il əvvəl Berlin divarları dağıdılarkən NATO-nun cəmi 16 üzvü var idi"- deyə Avroatlantik Alyansın son illər güclənməsinə diqqət çəkən səfir Azərbaycanın NATO ilə əlaqələrinə toxunub. Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında iştirakını yüksək qiymətləndirən Enn Dersi Azərbaycan sülhməramlılarının hazırda Əfqanıstanda çox önəmli işlər gördüyünü bildirib. "Köhnə NATO-yəni Soyuq Müharibə NATO-su artıq yoxdur, tarixdə qalıb. Bugünkü NATO yeni təhlükə ilə üzləşir: terrorçuluq, kütləvi qırğın silahları, bioloji təhlükə beynəlxalq əməkdaşlıq ümumi iradə tələb edən digər təhlükələr. On bir sentyabr hadisələri göstərdi ki, dünyanın uzaq bir guşəsində qalmış problemlər bizim üçün təhlükə yarada bilər yaradır da. İyirmi birinci əsrdə ölkələr izolyasiyada yaşaya bilməz. Onlar təhlükələri birgə əməkdaşlıq iradə ilə aradan qaldırmalıdırlar". Çıxışı zamanı ABŞ prezidentinin Avropa turnesinə toxunan səfir Enn Dersi bəyan edib ki, NATO təkcə müdafiə məqsədi daşıyan birlik deyil. "Bu təşkilat daha geniş əhatə dairəsinə malikdir. Bu birlik ümumi demokratik dəyərlərin müdafiəsindədir". NATO üzvlərinin müxtəlif dəyərləri öz aralarında paylaşdıqlarını qeyd edən səfir prezident Obamadan sitat da gətirib. "Prezident Obama dediyi kimi, biz dünyadakı azad insanların istəklərini anlayırıq. Onların qorxudan ehtiyacdan azad həyat sürmək istəyini başa düşürük. Biz ləyaqətli, hörmət dolu sadəcə, ədalətli həyat axtarışındayıq. Bunlar demokratik xalqların arzuları dəyərləridir. Bu dəyərlər uğrunda mübarizə aparmağa dəyər". ABŞ səfiri onu da bildirib ki, bu gün NATO Azərbaycanı öz tərəfdaşı hesab etməkdən qürur duyur. Bununla belə səfir rəsmi Bakıdan quruma üzvlüklə bağlı gözləntilər olduğuna da işarə vurub. "Azərbaycanın Kosovodan tutmuş, İraq Əfqanıstana qədər olan missiyaları, verdiyi töhfələr davamlı peşəkar olub. Azərbaycanın Avroatlantik Alyansa inteqrasiya etməyə dair verdiyi strateji qərar onun müstəqil dövlət tarixində ən önəmli qərar ola bilər. Aydındır ki, Azərbaycanın NATO ilə olan əlaqələri təhlükəsizliyi demokratik dəyərləri gücləndirməklə yanaşı siyasi hərbi modernizasiya islahatlar prosesinə dəstək verir". Enn Dersi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması hökumətin hərbi doktrina üzərində işləməsini bu sahədə görülən işlər kimi müsbət qiymətləndirib. O, həmçinin bəyan edib ki, ABŞ NATO hər zaman Azərbaycanın müstəqilliyini dəstəkləməkdə davam edəcək. "Sizi əmin edə bilərəm ki, Azərbaycanın özünün müstəqilliyini daha da möhkəmləndirməyə başladığı vaxtdan ABŞ digər NATO tərəfdaşları sizi dəstəkləməkdə öz səylərini əsirgəməyəcəklər".  

   

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 10 aprel.- S. 2.