Qarabağ məsələsi Türkiyə Ermənistan sərhədinin açılması

 

 Bir sürədən bəri, öncə Azərbaycan sonra Türk mətbuatında Ermənistan-Türkiyə sınırının açılacağı yolundaki xəbərlər üzərinə yazılanları söylənənləri takib etməyə çalışıram. Tam bu xüsusda yazmayı düşünərkən "Şərq" qəzetinin baş redaktoru hörmətli Akif Aşırlı zəng eləyib məndən bu barədə görüşlərimi yazmağımı istəməsiylə bu yazını qələmə alıram.  

Amma etiraf eləyim ki, A.Aşırlının istəyini bir qədər ləngitmək yoluna getdim, çünki istəyirdim ki, həyəcanlar bir az yatışsın mən daha soyuq başla bu məsələyə öz münasibətimi bildirim. Mənim, ümumiyyətlə, məsələlərə hisslərimizlə yanaşdığımız barədə öz-özümüzə bir iradım var. O səbəblə çox düşünüb az danışmaq az yazmaq gərəkdiyinə inanıram. Bir yazdıqlarımızın müsbət bir nəticənin ortaya çıxardılmasında köməyinin olmasına diqqət yetirməliyik. İndi söylənəcək bəzi sözlərin yeni incikliklər alınqanlıqlar yaratmasına meydan verməməliyik. Məqsəd bağcıyı döymək deyil, üzümü yeməkdir. Əlbəttə, yaranacaq bu kimi incikliklər ancaq hər iki qardaş dövlətin düşmanlarının çörəyinə bal sürər.

AKP hüküməti dış politikada indiyə qədər heç bir Türkiyə hükümətinin atmaya cəsarət edəmədiyi addımlar atdı. İllər uzunu davam edən məsələlər ya çözülüb ya da çözülmə yoluna girib. Bunlardan biri Ermənistan ilə Türkiyə arasında xronikləşmiş mahiyyət qazanmış məsələlərdir. İllərdən bəri bəzi üçüncü dövlətlər erməni diasporası bu durumu Türkiyəyi çəşidli sahələrdə sıxıştırmak üzrə ustalıqla kullanırlar. Bizim nəslin çocukluq çağında ASALA terroru vardı. Ona, əlliyə yakın seçkin masum diplomatımızı qurban verdik. Ardından türklərin ermənilərə soyqırımı uyğuladığı biçimində bir iddia bir çox mahfildə milli parlaməntolarda haqsız olaraq qəbul edildi. Mənim nəslim yene on illərdir ABŞ başqanlarının hər yıl 24 apreldə türklərin ermənilərə soyqırımı etdiyini təlaffuz etdi edəcək, ya da Kongres eyni iddianı qəbul etdi edəcək qorxusuyla bunların olmaması üçün ölkəmin verdiyi mücadilə bəzı bədəlləri izləməklə keçdi, keçir. Bu halın Türkiyənin sırtında ağır bir yük təşkil etdiyinə şübhə yox, Türkiyənin artıq bu ağır yükdən qurtulmaq istəməsini anlayışla qarşılamaq lazımdır.

Görüldüyü kimi, son vaxtlarda erməni diasporunun üçüncü ölkələrin təsirini məhdudlaşdırmaq üzrə Türkiyə bəzi addımları atma nöqtəsinə gəlib. Bu nöqtədə qardaş Azərbaycandan gələn təpkilər, Türkiyədə bəzi mühitlərdə qafa qarışıqlığına səbəb olmuş kimi görünür. Zira Türkiyənin ötədən bəri Azərbaycan ilə ilişkisinin "uniqallığı", Azərbaycanın menfaatları üstündə nəcə titrədiği hərkəsə malumdur. Gəlinən bu nöqtədə hükümətimizin Azərbaycanı bir oldu-bitdiylə üz-üzə qoyacağını düşünmürem.  

Azərbaycanda bəzi mühitlərin son durumdan AKP hükumətini məsul bilmesi gerçəyə uymamaqdadır, burada bir dövlət siyasəti söz konusudur. Yene Ermənistan ilə ölkəmiz arasındakı görüşmələrin mimarlarından iki aparıcısının daha əvvəl Azərbaycanda səfir olaraq çalışmış olması Azərbaycanın hassasiyyətlərini çox yaxından bələd olan diplomatlar olması məndə atılacaq addımlar sonucunda Azərbaycanın mənfaatlərinin icab etdiyi qədər himayə olunacağına tam bir güvən yaratmaqdadır. Bunu da əlavə edim ki, Türkiyə Ermənistanla müzakirə etdiyi məsələləri bu yoldakı inkişafı Azərbaycan ilə həmişə bölüşməkdədir. O səbəblə, Azərbaycan tərəfinin birdən-birə etiraz yoluna müraciət etməsi az əvvəl qeyd etdiyim kimi burada birmənalı qarşılanmadı. Rusiya faktorunun dövrəyə girdiyi uğursuz Gürcüstan hərbindən sonra Rusiyanın ixtilafları zorakılıqla həllətmədən çekinmədiyini göstərməsinin Azərbaycanın tövründə Türkiyəyə zidd bir yönəlişə yol açdıyı təhlili yapılmaqdadır. Cənab İlham Əliyevin İstanbuldakı "Mədəniyyətlər İttifaqı" görüşünə gəlip doğrudan-doğruya Azərbaycanın görüş etirazlarını anlatmayı seçməmiş olması da Türkiyədə diqqətlə not edildi.

O biri tərəfdən Ermənistan Türkiyə sərhədinin açılmasıyla başlayacaq yeni prosesdə Ermənistanın Türkiyənin təsir və nüfuz sahəsinə girərək Qarabağ məsələsində də çözümə daha istəkli ola biləcəyi yolundakı ötədən bəri irəli sürülən bəzi görüşlərin varlığını qeyd etməlidir. Hətta bəzi politoloqlara görə, gəlinən nöqtədə, bölgədə şərtlərin qismən deyişdiyi və Türkiyənin bəlkə də çox uzun vaxt keçmədən Ermənistanla qapını açacağı da ehtimal edilməkdədir. Amma bunu Azərbaycana rəğmən etməyəcəkdir və etməməlidir.  

Bu halda Azərbaycan mətbuatında bazi gəlişmələri anlamaq bir az çətindir. Bu problemin ortaya çıxmasını sağlayan quvvələr acaba indi də duyğularımıza hitab edərək məsələnin əlimizi-qolumuzu bağlamaya davam etməsinimi arzulayırlar? Unutmayaq ki, erməni məsələsi başda Çarlıq Rusiyasının yaratdığı bir sorundur. Bu xüsusda A.Glinkonın kitabının hatırlanma vaxtıdır. 1827 ve 1828-ci illərdə Rusiya özü baxımından çox böyük bir uzaqgörənliklə İran və Türkiyə ermənilərini bugünkü ixtilafın ən böyük mənbəyi olan bir türk torpağı olan Qarabağa, o vaxt əhalisi tamam müsəlman türklərdən meydana gələn İrəvana və Naxçıvana köçürmüşdür. Bugünkü hududları içində Ermənistanın quruluşu bu planın bir sonucudur.

Yenə 1993-cü ildə Ermənistanın Azərbaycanın torpaqlarının beşdə birini işğal etməsi və bir milyona yaxın Azərbaycan vətəndaşının köçkün duruma düşməsi və binlərcəsinin öldürülməsiylə sonuçlanan təcavüz də rus oyununun bir nəticəsidir. Rusiya Qafqazdakı nüfuzunu davam etdirmək üçün bu ixtilafın ilanihayə davamından yanadır. Daha əvvəl də Ter-Petrosyan dövründə ixtilafın iki dəfə çözüm mərhələsinə gəldiyini, lakin ixtilafın davamında mənfaatları olan bölgə ölkələrinin son anda bunu əngəllədiyini bilirik. Biz də uzaqgörən olmalı və atacağımız cəsur addımlarla məsələyi həll edib uşaqlarımıza barış və rifah içində yaşayacaqları bir bölgə qoyub gətməyi bacarmalıyıq. Erməni düşmənçiliyi etmək yerinə yayılmaçı erməni siyasətiylə davamlı, soyuqqanlı, qərarlı və əsaslı bir mübarizə aparmalıyıq.  

Türkiyənin 1993-cü ildən bəri ən yetkili ağızlarından hər fürsətdə bəyan etdiyi Ermənistanla sərhədlərin açılmasını, Qarabağ ixtilafının çözümünə də bağlı olduğu şərtindən vaz gəldiyinə inanmam. Ermənistanla Azərbaycanın prezidentlər və hariciyə nazirləri səviyyəsində görüşdüyünü, halq diplomasisi deyilən bəzi kiçik addımların atılmış olduğunu, hətta bəzi azərbaycanlı yetkililərin Qarabağa gedərək sözdə idarənin yönəticiləriylə görüşdükdən sonra işğal altındakı ərazilərini ziyarət etdiklərini bilirik. Bunlar nə üçün edilməkdə isə Türkiyə Ermənistan arasındakı görüşmələrin də nihai amacı budur. Bununla birlikdə Türkiyənin Azərbaycana rəğmən bir addım atmaması gərəkdiyinə inandığımı açıqlıqla bir dəfə daha söyləmək istəyirəm.

Türkiyənin bunu da diqqətə alması gərəkir ki erməni diasporunu və onun dostlarını tatmin etmək heç bir zaman mümkün deyildir. Addımlar atılarken bunun da nəzərdə saxlanması yaxşı olar. Yenə unudulmamalı ki, ermənilər də, bütün vahşilikləriylə beraber, özləri də böyük oyuncuların mağdurudur və anlaşma iradəsinə sahib oldukları da şübhəlidir.  

P.S. Mən bu yazını qurtardıqdan sonra, Türkiyə hükumeti adına açık-aşkar bir açıqlama verilib ki Azərbaycanla Ermənistan Qarabağ ixtilafında razılığa gəlmədikcə Türkiyə hər hansı bir addım atmayacaq. Türkiyə ilə Azərbaycan xalqı bir millətdir və bizim münasibətlərimiz mənfaata deyil, qardaşlığa söykənir. Bu son söz, adamın yadına, Mustafa Kamalın borc istəməsi üzərinə, Nəriman Nərimanovun 23 Mart 1921-ci ildə Atatürkə yazdığı bir məktubda dediyi bu sözləri yada salır:   

"Cənab general, bizim Türk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və hər zaman əlinizdən tutacağıq."  

 

21 aprel 2009-cu il, İstanbul şəhəri

  

Fethi Gedikli

 

Şərq.- 2009.- 23 aprel.- S. 5.