"Elmar Məmmədyarov peşəkar diplomatdır"

 

Cümşüd Nuriyev: "O, nazir kimi indiyə qədər Azərbaycanla bağlı hər hansı səhv addım atmayıb"

 

 -Bu məsələnin ortaya atılmasında tapşırıq Qərbdən gəlib. Çünki Elmar Məmmədyarov həmin dövlətlərin buradakı səfirləri ilə bəzi vaxt kəskin danışmaq qabiliyyətinə malikdir...  

Cənubi Qafqaz regionunda geosiyasi proseslərin sürətlə dəyişməsi bölgənin aparıcı ölkəsi kimi Azərbaycanın xarici siyasət kursu ilə bağlı çevik manevrlər etməsi ilə müşayiət olunmaqdadır.      

Bu, xüsusi ilə Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinin gündəmə gətirilməsi və bu məsələ ilə bağlı Azərbaycanın strateji partnyorları sırasında olan Birləşmiş Ştatların birtərəfli mövqe tutmasından sonra özünü daha açıq şəkildə büruzə verib. Onu da qeyd edək ki, Azərbaycanla bağlı baş verən proseslərə artıq rəsmi Bakı çox operativ şəkildə münasibət bildirdiyindən son illər Azərbaycanın diplomatik sahədə uğurları da bir qədər artıb. Hətta buna nümunə kimi, ötən il BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamə layihəsinin qəbulu prosesini göstərmək olar. ATƏT-in Minsk qrupuna həmsədrlik edən belə deyək ki, dünyada aparıcı söz sahibi olan - ABŞ, Rusiya Avropanın mövqeyini ifadə edən Fransanın əleyhinə çıxmasına baxmayaraq rəsmi Bakı qətnamə layihəsinin qəbulu üçün bütün diplomatik səylərini səfərbər edə istədiyi nəticəyə nail ola bildi. Azərbaycanın xarici siyasət kursunda kifayət qədər açıq cəsarətli addımlar atması elə bu yaxınlarda Rusiyanın Ermənistana 800 milyon dollar silah verməsi ilə bağlı rəsmi Bakı Moskva arasında yaşanan qalmaqalda Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə açıq şəkildə etiraz bildirilməsində özünü büruzə verdi. Qeyd edək ki, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasətin həyata keçirilməsində əsas Xarici İşlər Nazirliyinin üzərinə düşdüyündən bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun istefaya göndərilməsinin mümkünlüyünə dair məlumatların yayılması birmənalı qarşılanmır. Qeyd edək ki, bu məlumatların əsas mənbəyi müxalifət mətbuatı olduğundan yayılan xəbərlərin reallaşması da o qədər inandırıcı deyil. Bununla belə məlumatlarda Azərbaycanda kifayət qədər qərbyönümlü şəxs kimi tanınan, hətta XİN-ə rəhbərlik etməyə başladığı gündən nazirliyin işində köklü dəyişikliklər etməyə nail olan Elmar Məmmədyarovun diplomatik jestlərinin Moskva tərəfindən müsbət qarşılanmadığı onun postundan uzaqlaşdırılması ilə bağlı Rusiya tərəfindən çağırışların edildiyi bildirilir. Onu da qeyd edək ki, bir qədər əvvəl Bakıya silah qalmaqalına son qoymaq üçün səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda bu məqsədinə nail ola bilməmişdi. Elmar Məmmədyarovun ona açıq şəkildə Azərbaycanın silah qalmaqalına nöqtə qoymadığını bildirməsi rəsmi Moskva tərəfindən o qədər xoşagələn hal sayılmadı. Bu baxımdan da bəzi ekspertlər nazir Elmar Məmmədyarovun Rusiya üçün xoşagələn fiqur olmamasını mümkün sayırlar. Politoloq Cümşüd Nuriyev isə əksinə, nazir Elmar Məmmədyarovun istefaya göndərilməsinin mümkünlüyünə dair məsələlərin ortaya atılmasında Azərbaycandakı Qərb ölkələrinin səfirliklərinin bəzi müxalifət partiyalarının nəzarətində olan media qurumlarının əli olduğunu bildirir. Onun fikrincə, bu məsələnin ortaya atılmasında tapşırıq Qərbdən gəlib. "Çünki Elmar Məmmədyarov həmin dövlətlərin buradakı səfirləri ilə bəzi vaxt kəskin danışmaq qabiliyyətinə malikdir. Ona görə bu məsələnin ortaya atılmasında sifarişin Qərbdən gəldiyi birmənalıdır. Ola bilsin ki, bu, cəmiyyətin reaksiyasını yoxlamaq üçün ortaya atılıb"- deyən Cümşüd Nuriyev bildirib ki, Azərbaycan prezidenti öz kadr siyasətini hansısa ölkələrin istəyi üzərində qurmur. " müxalifət mətbuatının bunu yazması heç bu məsələnin belə olacağı demək deyil. Sadəcə olaraq Elmar Məmmədyarov Azərbaycan xarici siyasətində uzun müddət boşluq olduqdan sonra bu sahəyə rəhbərlik etməyə gələn professional diplomatdır. O, nazir kimi indiyə qədər Azərbaycanla bağlı hər hansı səhv addım atmayıb. Əksinə, lazımi məqamlarda çıxıb, çox aydın şəkildə Azərbaycanın mövqeyini bildirib"- deyən Cümşüd Nuriyev xarici işlər nazirinin müsbət cəhətlərindən birinin hansısa qruplaşmalarda təmsil olunmaması sırf işi ilə məşğul olması olduğunu deyib. Politoloq onu da bildirib ki, nazir Məmmədyarov daha çox qərbyönümlü şəxs kimi qiymətləndirilsə , əslində o, Azərbaycanın maraqlarını mövqeyini yaxşı ifadə edə bilən peşəkar diplomatdır. "Siyasətdə elə məsələlər var ki, prezident onunla bağlı mövqe bildirmir. Hərəkət edir. Ancaq ölkənin mövqeyi haqqında xarici işlər naziri danışmalı olur. Bu baxımdan da son illər Azərbaycanın diplomatik uğurlar qazanmasında ölkə başçısı xarici işlər nazirinin birgə işləməsinin böyük rolu var" deyən Cümşüd Nuriyev onu da bildirib ki, Elmar Məmmədyarova qarşı Qərb ölkələrinin kəskin mövqe tutması nazirin regionda baş verən son hadisələrə sərt mövqe bildirməsi həmin ölkələrin rəsmiləri ilə sərt tonda danışması ilə bağlıdır. "Qərb ölkələrində başa düşmürlər ki, qərbyönümlü şəxs olmaq heç Qərb deyir, onu etmək deyil. Elmar Məmmədyarov hər şeydən əvvəl Azərbaycanın övladıdır peşəkar diplomat kimi o, öz ölkəsinin nüfuzunu qaldırmağa çalışır". Bu baxımdan da Cümşüd Nuriyev nazirin vəzifəsindən uzaqlaşdırılacağına inanmır. Onun sözlərinə görə, həm regiondakı proseslərin, həm DQ münaqişəsi ilə bağlı danışıqlar prosesinin həssas bir məqama keçdiyi bir vaxtda nazirin postundan uzaqlaşdırılması gözlənilən deyil. Bu məsələnin birbaşa prezidentin səlahiyyətlərinə aid olduğunu xatırladan ekspertə görə, xarici işlər naziri bu gün Azərbaycan üçün qiymətli kadrlardan biridir. "Ona görə Qərbin sifarişini yerinə yetirən media qurumları məqsədli şəkildə onun ətrafında kampaniya aparırlar. Çünki indiyə qədər Azərbaycan XİN-ə hazırkı nazir qədər peşəkar diplomat rəhbərlik etməyib".

   

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 23 aprel.- S. 4.