Əsgərlər ruhlandı

 

Deputatlar, QHT nümayəndələri media kapitanları cəbhə xəttinə baş çəkiblər

 

 Aprelin 23- bir qrup deputat, QHT nümayəndəsi media mənsubları cəbhə bölgəsinə səfər edib. Orduya ictimai nəzarət çərçivəsində baş tutan səfərdə nümayəndə heyəti əvvəlcə Bərdədə, Ağdamda yerləşən hərbi hissələrdə olublar. Qoşunların təmas xəttinə gedən heyət üzvləri durbinlərlə düşmən tərəfin mövqelərini müşahidə etmək imkanına malik olublar. 

Səfər təəssüratlarını "Şərq"lə bölüşən "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Ağdamda ilk dəfə olduğunu vurğuladı. 

- Digər bölgələrdə yerləşən hərbi hissələrdə olmuşdum, amma Ağdamda yox. Həm bu baxımdan səfər mənim üçün maraq doğururdu. Həmin vaxt hava dumanlı çiskinli idi. Lakin buna rəğmən Ağdamı uzaqdan müşahidə edə bildik. Hərbi hissələrdə hərbi xidmətə yeni çağırılan əsgərlərlə görüşdük. Yataqxanalarına, yeməkxanalarına baxdıq, onların şəraiti ilə, hərbi hissənin digər sahələrdəki vəziyyəti ilə şəxsən maraqlandıq. Sözün açığı, həm əsgər yeməkxanası, həm yataqxanalardakı şərait, əsgərlərin özlərinin orduya münasibəti məndə belə təəssürat yaratdı ki, vəziyyət ümumən yaxşıdır. Əsgərlər arasında hərbi xidmətə inam var. Hərbi hissənin komandanlığı ilə görüşdük, ayrı-ayrı zabitlərlə söhbətlərimiz oldu. Hərbi hissədə əsgərlərin hazırlığı, əhval-ruhiyyəsi, özlərinə inamı lazım olan səviyyədədir.   

Son zamanlar bir sıra hərbi hissələrdə "dedovşina" faktlarının qeydə alındığını nəzərə alaraq A.Quliyevdən bu istiqamətdə hər hansı nüansı sezib-sezmədiyini də soruşduq  

- Mənim gizirlərlə, yeni gələn əsgərlərlə təklikdə söhbət etmək imkanım oldu. Ən müxtəlif suallar ünvanladım, yalan demiş olsaydılar, hiss edərdim ki, səmimi danışmırlar. Belə qənaətə gəldim ki, həmin yerdə əsgərlərə münasibətdə belə faktlar yoxdur. Başqa yerlərdə, başqa zamanlarda necə olacağını deyə bilmərəm. Əsgərlərdən bunu eşitmədim hiss etmədim. 

Qeyd edək ki, son zamanlar erməni silahlı qüvvələrinin sərhəd boyu ərazilərdə mütəmdi olaraq təlimlər keçirdikləri vurğulanır. Durbin vasitəsi ilə düşmən mövqelərini izləmiş baş yazardan bunu da dəqiqləşdirməyə çalışdıq:   

- Hava dumanlı olduğuna görə elə bir hərəkət hiss etmədik. Məsafə çox idi, ön nöqtələrin arasında bir kilometrə qədər məsafə vardı. Hər iki tərəfin hazırlıq vəziyyəti ilə bağlı olduğumuz hərbi hissədə komandanlıq geniş məlumat verdi. Dediyindən belə qənaətə gəldim ki, qarşı tərəfdə texniki hərbi hazırlıq o qədər yaxşı vəziyyətdə deyil, hətta 1994-95-ci illərlə müqayisədə heç bir dəyişikliyin olmadığını dedilər. Əlbəttə, mən bunu təsdiq, təkzib edə bilmərəm."   

Səfər heyyətinin digər üzvü, millət vəkili Aydın Mirzəzadə isə belə səfərlərin vaxtaşırı edildiyini, ordu barədə həm parlament, həm də cəmiyyətdə tam təəssüratın formalaşmasına yardımçı olduğunu söylədi.   

- Ən diqqətçəkən məqam ondan ibarədir ki, bu gün zabitlər korpusu orduda gedən prosesləri, əldə edilən nailiyyətləri açıq şəkildə cəmiyyətə göstərməkdə maraqlıdırlar. Ümumi təəssüratım bundan ibarət oldu ki, Azərbaycanda güclü, professional, ali hərbi komandanın əmrini yerinə yetirməyə hazır olan silahlı qüvvələrimiz var. Məqsədli surətdə ön xətdə duran hərbi hissəyə getdik orda əsgərlərlə söhbət etdik, onların sosial vəziyyəti ilə tanış olduq, yeni hərbi xidmətə çağırılmış əsgərlərin şəraiti, onların adaptasiyası ilə yaxından maraqlandıq. Komandanlıqla söhbət etdik, cəbhədəki vəziyyətlə bağlı onlardan məlumat aldıq əvvəldən etdiyimiz xahişə uyğun olaraq bizi cəbhə xəttinə buraxdılar. Orda əsgərlərlə birlikdə biz düşmən mövqeyini birbaşa müşahidə edə bildik. Düzdür, hava dumanlı olduğundan Ağdam şəhərini bir sıra arzuladığımız obyektləri görə bilmədik. Ancaq bununla belə cəbhə xəttində Azərbaycan mövqelərinin çox düzgün, mühəndis qaydalarına uyğun olaraq qurulduğunu gördük. Keşik çəkən, postda duran əsgər zabitlərimizin gözündə qorxu yox, əsl vətənpərvərlik, vəzifəyə bir məsuliyyət hiss etdik. Onlar hansı məsuliyyəti daşıdıqlarını xalqın onlara hansı etimad göstərdiyini yaxşı başa düşürlər. Ümumən Azərbaycan ordusu ən müasir silahlarla silahlanıb. Bu, həm ağır texnikaya, həm yüngül silahlara aiddir. Zabitlərimiz onların rəhbərlik etdiyi əsgərlər döyüş texnikasına çox yüksək səviyyədə yiyələniblər, taktiki döyüş əməliyyatlarına dair çox ciddi planlar var. Ümumi şəkildə bizə verilən məlumatlar orda olanların hamısını qane etdi. Səfərimiz bir daha onu göstərdi ki, dövlət Azərbaycan, Silahlı Qüvvələrinin möhkəmləndirilməsi üçün bütün imkanları səfərbər edib. Ordu quruculuğu, zabitlərimizin sosial problemlərinin həlli bu gün dövlətimiz prezidentimizin diqqət mərkəzindədir. Eyni zamanda eşitdiyimiz kəşfiyyat məlumatları göstərdi ki, Ermənistan ordusunda texniki təchizat zəifdir, rüşvətxorluq, qarabağlılarla Ermənistandan gələnlər arasında böyük konfliktin olması adi bir haldır. Bir sıra hallarda isə onlar ancaq görüntü yaratmaq üçün hansısa xırda təlimlər keçirirlər. Səfərimiz zamanı hər birimiz ordumuzla qürur hissi duyduq.

  

 

Firdovsi

 

Şərq.- 2009.- 25 aprel.- S. 8.