Əsrin ən dəhşətli soyqırımı...
Xocalıda mülki əhali görünməmiş
qəddarlıqla qətlə
yetirilib, əsir götürülənlərə amansız işgəncələr
verilib
1992-ci il,
fevralın 25-dən 26-na keçən
gecə... Bu gecə
Azərbaycan xalqının
qan yaddaşıdır.
Bu tarixdə Xocalı
faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biri
kimi Azərbaycan xalqının qan yaddaşına yazıldı.
Ermənistan silahlı
qüvvələri, Azərbaycanın
Dağlıq Qarabağ
ərazisindəki erməni
silahlı dəstələri,
keçmiş SSRİ-nin
Xankəndində yerləşən
366-cı motoatıcı alayının
şəxsi heyətinin
və ağır hərbi texnikasının
bilavasitə iştirakı
ilə Xankəndi ilə Əsgəran arasında yerləşən
Xocalı şəhərini
zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı
siyasətini həyata
keçirdi. Xocalının işğalı zamanı
bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq,
106 qadın, 70 qoca xüsusi amansızlıqla
öldürüldü. Erməni
qəsbkarları o gecə Xocalı sakinlərinə qarşı
amansız işgəncələr
törətdi. İnsanların
başları kəsildi, gözləri çıxarıldı, hamilə
qadınların qarınları
süngü ilə deşik-deşik edildi, meyitlər insanlığa
ləkə gətirəcək
bir şəkildə təhqir edildi. Erməni vəhşiliyi nəticəsində 1000-dən
artıq dinc sakin müxtəlif dərəcəli güllə
yarası alaraq şikəst oldu. Onların 76 nəfəri yetkinlik yaşına çatmamış uşaqlar
idi. Xocalı qırğını zamanı 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini,
130 uşaq isə valideynlərindən birini
itirmişdir. 56 nəfər
xüsusi qəddarlıqla
öldürülmüş - diri-diri yandırılmış,
başlarının dərisi
soyulmuş, bədən
əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə
qadınların qarnı
süngü ilə deşik-deşik edilmişdi.
"Xocalının işğalına dair istintaq materialları"nda bildirilir ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin (Seyran Ohanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak edib. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial" hüquq müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.
Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib. Həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Erməni cəlladlarının törətdikləri bu vəhşilik və vandalizm aktı bəşəriyyətin əsl soyqırımı kimi tanıdığı və tarixdə yaşanmış faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. Nə yazıq ki, dünya birliyi hələ də mənfur erməni işğalçıları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərə göz yumur.
Aytən Tağıyeva
Şərq.- 2009.- 26 fevral.- S. 5.