Moskva musiqi bayramına hazırlaşır
"Avroviziya-2009"un iştirakçıları və
mahnıları bəlli olub
"Avroviziya-2009" mahnı
müsabiqəsinə ev sahibliyi edəcək Rusiya paytaxtı
bu musiqi bayramına ciddi hazırlaşır. Müsabiqənin
keçiriləcəyi yer artıq bəllidir. "Olimpiyski"
idman kompleksi müsabiqənin keçirilmə yeri olaraq rəsmən
təsdiqlənib. Builki müsabiqənin rəmzi isə Simurq
quşudur.
"Avroviziya-2009"
mahnı müsabiqəsinə qatılacaq dövlətlərin
əksəriyyəti də öz
iştirakçısını artıq təsdiqləyib.
Onlar haqqında qısa məlumatı oxucularımıza təqdim
edirik.
Albaniya - Keysi Tola - xanım
müğənni "Məni öz arzularına
götür" mahnısını ifa edəcək.
Azərbaycan - Aysel Teymurzadə
- "Həmişə" mahnısı ilə.
Almaniya - Aleks Si və
Oskar Loyya - Bu duet müsabiqədə
ifa edəcək
"Miss Kiss Kiss Bang" mahnısı
ilə qalib olacağına əmindir.
Belorus - Petr Yelfimov
Bolqarıstan - Krassimir Avramov
- "İllüziya" kompozisiyasını
təqdim edəcək.
Bosniya-Hersoqovina - "
Danimarka - müğənni Brink
"Believe Again" mahnısı ilə.
İngiltərə - Ceyd İven
- xanım müğənni
"My Time" mahnısını ifa edəcək.
İsveçrə
- Bazeldən olan "Lavbaqz" qrupu
İslandiya - Yohanna - 18 yaşlı
müğənni xanım
"Bu həqiqətdir" kompozisiyası ilə çıxış edəcək.
Yohanna 8 yaşından böyük
səhnəyə çıxıb.
İslandiya televiziyası ilə
keçirilən açıq
səsvermədə məhz
Yohannanın mahnısı
qalib gəlib.
Norveç - Bu ölkəni beloruslu müğənni Aleksandr Rıbak özünün yazdığı
"Fairytale" mahnısı ilə təmsil edəcək.
Hollandiya - kişilərdən ibarət "de Toppers" üçlüyü
ilə təmsil olunacaq. Səhnədə 3 kişini rəngarəng
geyimli 3 qadın müşayiət edəcək.
Üçlük "Shine" mahnısını
oxuyacaq.
Ermənistan - ötənilki müsabiqəyə
1 xanım ifaçı
çıxaran Ermənistan
bu dəfə ikisini yollayır. İnqa və Anuş Arşakyan bacıları "Jan-Jan"
mahnısını ifa
edəcək.
Yunanıstan - Sakis Ruvas - İstanbulda
keçirilən "Avroviziya-2004" müsabiqəsində ona
3-cü yeri qazandıran
"Shake İt" mahnısını
bir daha səsləndirmək fikrindədir.
Gürcüstan - "Stefane & 3G" qrupu "Biz təzyiq istəmirik" (yaxud
"Biz Putini istəmirik")
mahnısı ilə çıxış edəcək.
Gürcüstanda mahnı seçimi
turuna rəhbərlik edən ingilis prodüser Stiven Badi belə hesab edir ki,
bu mahnı həm Rusiya əhalisində, həm də bütün müsabiqə iştirakçılarında
böyük təəssürat
oyadacaq.
Kipr - Kristina Metaksa - bu
xanım müğənni
müsabiqənin ən
cavan iştirakçısıdır.
16 yaşlı Kristinanın "İşıldaquş"
mahnısında həyata
inamın vacibliyindən
söhbət açılır.
Makedoniya - "Next Time" qrupu. Martin və Stefan adlı
əkiz qardaşlardan
ibarət qrupun rok stilində ifa edəcəyi mahnı "Nə qalacaqsa, o" adlanır.
Qardaşlardan biri mahnını
oxuyacaq, digəri isə gitarada ifa edəcək.
Sloveniya - Bu ölkə də
müsabiqəyə qrup
təqdim edib. "Kvartissimo" qrupu "Love Symrhone" mahnısı ilə çıxış edəcək.
Çernoqoriya - "Həyatımdan get" mahnısı ilə Andrea
Demitroviç Çernoqoriya
və ispan musiqisini birləşdirib.
Türkiyə - Hadisə "Düm
tək-tək" mahnısı
ilə.
Fransa - Bu ölkənin müsabiqəyə yolladığı
ifaçı bütün
digər iştirakçılar
arasında ən məşhurudur; Patrisia Kaas - əlavə təqdimata ehtiyac yoxdur. Sadəcə, Fransa dövlət televiziyası atrisiya Kaasın müsabiqəyə
göndərilməsini belə
izah edib: çoxdandır Fransa müsabiqədə birincilik
əldə etmir.
Finlandiya - səhnəyə Valdos Pipl çıxacaq.
Rumıniya - Yelena George "Balkan qızları"
mahnısı ilə çıxış edəcək.
Ukrayna - hələ iştirakçını
dəqiqləşdirməyib. Müsabiqədə iştirakları daha çox ehtimal olunan Potap və Nastya
Kamenskilər maliyyə
böhranını səbəb
göstərərək iştirakdan
imtina ediblər.
İndi belə məlumat gəzir ki, Ukraynanı məşhur rusiyalı aktyor Boris Moiseyev təmsil edə bilər. Ancaq B.Moiseyev hələ qərarını dəqiqləşdirməyib.
İştirakçısını
seçməyən ölkələrdən
biri də müsabiqənin ev
sahibi Rusiyadır. Hazırda 15 namizədin adı məlumdur: Aleksa, Breykdaun, Valeriya, Aleksey Vorobyov,
"Venqer kollektiv",
Polina Qriffits, Kvatro, Tomas Kristansen, "Şahzadə Avenyü",
Tim Roks, Anna Semenoviç,
Nikolay Fokeyev,
"Plazma", "Nano",
"Uniseks". Rusiyanı bu 15 namizəddən
kimin təmsil edəcəyi martın 7-də
keçiriləcək final turunda məlum olacaq. ORT kanalının
rəsmiləri bildiriblər
ki, Rusiya növbəti dəfə müsabiqənin qalibi olmağı qarşısına
məqsəd qoymayıb.
Ölkəni layiqincə təmsil
edəcək ifaçının
olması kifayətdir.
Müsabiqənin aparıcıları da hələ müəyyənləşməyib. Ehtimal olunanlar arasında Filip Kirkorov, Yana Çurikova, İvan Urqan, Alsu, Andrey
Malaxov, Kseniya Sobçak, Sergey Lazarev, Lera Kudryavtseva və İlya Laqutenko kimi rus estradası və şou-biznesinin tanınmış isimləri
var.
Məlahət Rzayeva
Şərq.- 2009.- 4 mart.- S. 8.