Qarabağ Forumu
keçirilib
Partiyalar ATƏT-in
Dünən Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü
ilə Qarabağ Forumu keçirilib. Tədbirdə Azərbaycanın bir
qrup müxalifət partiyası ATƏT-in Minsk Qrupunu
Dağlıq Qarabağ probleminin həllində Ermənistanın mövqeyini dəstəkləməkdə qınayıb.
Vurğulanıb ki,
problemin həllində
vasitəçilik edən dövlətlər təcavüzkar
Ermənistanı çəkindirmək
üçün heç bir addım atmayıb,
əksinə, problemin
həlli adı altında Azərbaycanı işğal faktoru ilə
barışmağa, Dağlıq Qarabağa müstəqillik verilməsi istiqamətində
hüquqi prosedurlara razılıq verməyə yönəlmiş aşkar təzyiqlərə başlayıblar.
Forum iştirakçıları sonda birgə bəyanatla çıxış ediblər. Bəyanada qeyd olunub ki, vasitəçi dövlətlər Qarabağ problemindən istifadə etməklə Azərbaycanın
yerləşdiyi regionda nüfuz savaşı aparır
və bu savaş Azərbaycanın haqq və hüquqlarının
tapdanması ilə müşayiət olunur. Sənədə imza atanlar problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində,
beynəlxalq prinsiplərə
uyğun həllini mümkün hesab etdiklərini,
Dağlıq Qarabağda antiterror əməliyyatlarının
aparılmasının zəruriliyini
diqqətə çatdırıblar.
Firdovsi
Şərq.- 2009.- 4 iyul.- S. 7.