"Diffomasiya haqqında qanun"un qəbulu gözlənilir
Əflatun Amaşov: "Bu məsələ
ola bilsin ki, parlamentin payız sessiyasında gündəliyə
salınsın"
Diffomasiya
ilə bağlı müzakirələr son zamanlar daha intensiv xarakter alıb. Bu
sahə ilə əlaqədar artıq bir neçə qanun layihəsi də
hazırlanıb. Lakin nəzərə almaq lazımdır ki, sözügedən
qanunun qəbulu ilə bağlı cəmiyyətdə fikir müxtəlifliyi
mövcuddur.
Belə
ki, yazısında yol verdiyi böhtan və təhqir elementlərinə
görə jurnalistin cinayət məsuliyyətinə cəlb edilməməsinin
reketçiliyin daha da genişlənməsinə gətirib çıxaracağı
düşüncəsində olanlar da var. Bununla belə diffomasiya ilə
bağlı məsələnin Milli Məclisin payız sessiyasında müzakirə
ediləcəyi ehtimalı da səsləndirilir.
Azərbaycan
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov da bunu mümkün
sayır. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə
diffomasiya ilə bağlı qanun var və yaxud da qanunvericilikdən
jurnalistin məsuliyyətə cəlb olunması ilə bağlı maddələr
çıxarılır. "Azərbaycan Avropaya inteqrasiyanı daha da sürətləndirən
bir ölkə kimi gec-tez belə bir qanun qəbul etməli və
ya qanunvericiliyə dəyişiklik olunmalıdır. ?urnalistlə vətəndaş
arasında olan münasibətlər cinayət müstəvisində deyil,
mülki müstəvidə öz həllini tapmalıdır. ?urnalist bilərəkdən
səhv edibsə, o zaman həbs olunmalı deyil, cərimə və
müəyyən inzibati qaydada cəzalanmalıdır. Müxtəlif jurnalist
təşkilatları müxtəlif layihələrlə çıxış ediblər.
Azərbaycan jurnalistlərinin son qurultayında da biz bu məsələni
müzakirə etdik. Bu yaxınlarda Avropa Şurasında keçən diskussiyalarda
bu məsələ müzakirə olundu. Belə bir qayda mütləq
olmalıdır. Ancaq söhbət vaxtdan gedir ki, nə zaman ola bilər. Prezident
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun müsabiqə ilə bağlı elan etdiyi layihələr
arasında da bu məsələ gündəmdədir ki, diffomasiya ilə
bağlı vəziyyət necədir və bununla bağlı nələr etmək
mümkündür. Mənə elə gəlir ki, heç nəyə məhəl
qoymadan bu sahədə hakimiyyətlə KİV arasında diskussiyaları
genişləndirmək lazımdır. Cəmiyyət bu istiqamətdə
məlumatlandırılmalıdır". Ə.Amaşovun sözlərinə görə,
bu məsələləri daha açıq şəkildə müzakirə etmək
lazımdır ki, tərəflər özünün rolunu bilsin. Ə.Amaşov qeyd
edib ki, indiki halda Mətbuat Şurasına daxil olan şikayətlər diffomasiya
sahəsində çoxsaylı problemlərin olduğunu göstərir. "Ayrı-ayrı
insanların şərəf və ləyaqətləri alçaldılır. Gözləmək
ki, ümumiyyətlə mətbuatda vəziyyət tam durulsun,
jurnalistlər etik normalara tam əməl etsinlər, bundan sonra
qanun qəbul olunsun, elə bilirəm ki, bu düzgün olmazdı. Bir müddət
bundan əvvəl MŞ adından Milli Məclisin rəhbərliyinə
müraciət ünvanlamışdıq ki, bu məsələnin müzakirəsini
gündəmə çıxarsınlar. Ola bilsin ki, parlamentin payız sessiyasında bu
məsələ gündəliyə salınsın. Yəqin ki, bu məsələnin
müzakirəsi bir müddət çəkə bilər. İnanmıram ki,
"Təhsil haqqında" qanun kimi çox çəksin, amma gecikə
bilər. Bundan başqa əmin deyiləm ki, diffomasiya ilə bağlı
məsələlər ilk mərhələdə qanun şəklində
həyata keçirilsin. Mənə elə gəlir ki, əvvəlcə
qanunvericiliyə müəyyən əlavə və dəyişiklik
oluna bilər və orada Cinayət Məcəlləsində
bir sıra maddələr çıxarıla bilər".
Firdovsi
Şərq.- 2009.- 7 iyul.- S. 7.