"Azərbaycanın mövqeyi birmənalıdı"

 

 Elmar Məmmədyarov: "Münaqişə yalnız ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll oluna bilər

 

Azərbaycan diplomatiyasının 90 illiyi ilə bağlı dünən xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə ölkəmizin xarici ölkələrdəki səfirləri diplomatlar Naxçıvan Muxtar Respublikasında bir sıra tədbirlərdə iştirak ediblər.   

XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Şərq"ə açıqlamasında bildirib ki, nazir Elmar Məmmədyarovun rəhbərliyi ilə Azərbaycan diplomatları Naxçıvandakı tədbirlərə dünən ilk olaraq Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarətlə başlayıblar. Daha sonra Heydər Əliyev muzeyi ilə tanış olan Azərbaycan diplomatları Naxçıvan Dövlət Filarmoniyasında Kamera orkestrinin konsertində iştirak ediblər. Diplomatlarımız Naxçıvanda Culfa gömrük keçid məntəqəsi Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələri ilə yaxından tanış olublar. Daha sonra isə Azərbaycan diplomatlarının iştirakı ilə Naxçıvan Ali Məclisində iclas keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Pakistandakı səfiri Eynullla Mədətli çıxış edərək Azərbaycan diplomatiyasının 90 ildə keçdiyi şərəfli tarixdən bəhs ediblər. Nazir Elmar Məmmədyarov konfrans iştirakçıları qarşısında çıxışı zamanı Azərbaycan diplomatlarının öz peşə bayramlarının 90 illiyini Naxçıvanda qeyd etmələrinin səbəbsiz olmadığını deyərək Naxçıvanın Azərbaycana ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini xatırladıb. Naxçıvanda gedən tərəqqi abadlıq işlərini yüksək qiymətləndirən nazir bunu əsası ulu öndər tərəfindən qoyulan bu gün prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi kimi dəyərləndirib. Azərbaycan diplomatiyasının tarixinə toxunarkən isə nazir Elmar Məmmədyarov "bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdı" deyərək Xalq Cümhuriyyətinin parlament üzvləri Həmid ağa Şahtaxtinski İbrahim Əbilovun ozamankı Azərbaycan dövlətinin siyasətinin formalaşmasında mühüm rol oynayan siyasi şəxslər olduğunu xatırladıb. Sovet dönəmi zamanında da diplomatiya sahəsində parlaq simaların yetişdiyini qeyd edən nazir Elmar Məmmədyarov Azərbaycanda milli şüurun dirçəlməsinin yeni mərhələdə ölkəmiz üçün böyük kadr potensialının yaranmasına gətirib çıxardığını bildirib.

Keçmiş SSRİ-nin dağılmasından sonra ölkəmizin Ermənistanın hərbi təcavüzü ilə üzləşdiyini ərazilərimizin 20 faizinin işğal edildiyini xatırladan xarici siyasət idarəsinin rəhbəri müstəqillik əldə etdikdən sonra aparılan fəal xarici siyasətin nəticəsi olaraq dünya dövlətlərinin beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi istiqamətində səylərinin gücləndirildiyini deyib. Nazir Azərbaycanın bugünkü geosiyasi vəziyyəti haqqında da danışıb. "Azərbaycan ətrafda olan geniş bölgədə baş verən strateji siyasi iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycanın siyasi iqtisadi qüdrəti, strateji coğrafi mövqeyi, zəngin təbii ehtiyatları xarici siyasət prioritetlərinin təmin olunmasında böyük əhəmiyyətə malikdir. Azərbaycan öz milli mənafeyinə uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə sabit münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir. Ölkəmiz xarici əlaqələrin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərə çarpan hörmət edilən ölkəyə çevrilib. Xarici siyasət məqsədlərini daha da təkmilləşdirib. Avstraliya istisna olmaqla, bizim bu gün dünyanın bütün qitələrində diplomatik nümayəndəliklərimiz mövcuddu". Çıxışı zamanı Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlərdən danışan nazir beynəlxalq təşkilatların dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Ermənistanın təcavüzkar siyasətini pisləyən qətnamələr qəbul etdiklərini qeyd edib. "Biz Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə, Minsk qrupu həmsədrlərinin vasitəçilik yardımı əsasında həll edilməsi istiqamətində səylərimizi davam etdiririk. Azərbaycanın mövqeyi birmənalıdı. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq prinsipləri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll oluna bilər". Nazir hazırda rəsmi Bakının bu istiqamətdə siyasətini aktiv şəkildə davam etdirdiyini bildirib.

  

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 8 iyul.- S. 5.