Parlamentin yaz
sessiyası gərgin keçib
Bu müddətdə
99 qanun və qərar qəbul edilib
Milli Məclisin yaz
sessiyasında Azərbaycan
dövləti və xalqı üçün çox
əhəmiyyətli qanunlar
və qərarlar qəbul olunub. İctimaiyyətin diqqət mərkəzində olan və üzərində 15 il işlənən "Təhsil haqqında" qanun layihəsi bu sessiya çərçivəsində
müzakirəyə çıxarılıb
və qəbul edilib.
Dünən parlamentin yaz sessiyasının yekunlarına dair keçirilən mətbuat konfransında çıxış edən vitse-spiker Bahar Muradova bu müddət ərzində görülən işlər, qəbul olunmuş qanun və qərarlar, səfərlər və qəbulu gözlənilən layihələr barədə geniş açıqlama verib.
Bahar Muradova
qeyd edib ki, MM-in yaz sessiyası
dövründə 17 iclası keçirilib, 99 qanun və qərar qəbul edilib. Yaz sessiyasının
14 iclası dövründə 68 qanun və qərar,
o cümlədən 1 Konstitusiya qanununa dəyişikliklərlə əlaqədar
12 qanun qəbul olunub. Bu dövrdə
parlamentdə 14 beynəlxalq
müqavilə ratifikasiya edilib. 107 qanuna dəyişikliklər edilib, bütövlükdə sessiyada 14 qərar çıxarılıb. "Növbədənkənar sessiya
isə çox səmərəli keçib. Milli Məclisdə 31 qanun və qərar
qəbul edilib. 4 qanun və 2 Konstitusiya qanununa dəyişikliklər edilib.
14 qanunverici qərar qəbul olunub, 1 beynəlxalq müqavilə ratifikasiya edilib, 12 qanuna dəyişiklik və əlavələr olub".
"Demokratiyanın inkişafı ilə bağlı bir sıra addımlar
atılıb"
"Bu dövrün yaddaqalan məqamı isə hesabatlar dövrü olmasıdır. Sessiya müddətində 2008-ci ilin
"Dövlət büdcəsinin
icrası haqqında" qanun qəbul olunub. "Nazirlər
Kabinetinin 2008-ci il fəaliyyəti haqqında"
hesabatı dinlənilib, İnsan hüquqları üzrə müvəkkilin məruzəsi, bələdiyyələrin
fəaliyyətinə inzibati
nəzarəti həyata
keçirən qurumun hesabatı dinlənilib" deyən vitse-spiker qeyd edib ki,
Milli Məclisdə Cinayət Məcəlləsi,
Mülki Məcəllə, Cinayət
Prosessual Məcəlləsinə
dəyişikliklər edilib.
"Könüllülük fəaliyyəti haqqında"
qanun qəbul olunub. Ölkədə demokratiyanın inkişafı ilə bağlı bir sıra addımlar
atılıb. İnsan hüquqları üzrə müvəkkil, "KİV haqqında",
"Televiziya və radio yayımı haqqında"
qanunlara əlavə və dəyişikliklər edilib.
Sessiyada Mənzil Məcəlləsi
təsdiq edilib
Növbədənkənar sessiya
müddətində Azərbaycan
Sərhəd Xidmətinin
90 illik yubileyi, diplomatik xidmətdə fərqlənməyə görə
medal, diplomatik xidmət
orqanının 90 illiyi ilə bağlı yubiley medalının təsis olunması ilə bağlı qanun qəbul olunub. Sessiya dövründə bir
sıra yaşayış yerlərinin adlarının dəyişdirilməsi, ərazi
bölgüsü və inzibati ərazi quruluşu haqqında qanunlara dəyişikliklər
edilib.
İqtisadi sahəyə
gəlincə isə sessiya müddətində,
"Xüsusi iqtisadi zonalar haqqında", "Milli Bank haqqında" qanunlar, Vergi Məcəlləsinə, "Sahibkarlıq
fəaliyyəti haqqında"
qanuna dəyişikliklər
olunub, Mənzil Məcəlləsi təsdiq
edilib.
Elmlə bağlı yeni qanun
qəbul ediləcək
Bahar Muradova bildirib ki, Milli Məclisdə
sosial sahələri əhatə edən mühüm sənədlər də qəbul olunub. Əmək Məcəlləsinə dəyişikliklər edilib, əhalinin keyfiyyətli dərman vasitələri ilə təmin olunmasında yaranmış problemlərin aradan qaldırılması üçün "Dərman vasitələri haqqında" qanun müzakirəyə çıxarılıb və qəbul olunub. "Təhsil qanunu uzun müddətdən
sonra qəbul olundu. Gələcəkdə
isə təhsil sahəsini tənzimləyə
biləcək yeni qanunların qəbulu gözlənilir. Qarşıda bizi "Elm və tədris haqqında" qanun layihəsinin qəbulu gözləyir.
MM-in komitələrinin ümumilikdə
84 iclası keçirilib
Bütün bunlarla yanaşı, Milli Məclis beynəlxalq əlaqələrin
inkişafına da diqqətlə yanaşır. Milli Məclisin
hazırda 73 ölkə ilə dostluq qrupu var. Sessiya
müddətində komitələrin
işi yaddaqalan olub. Komitələr artıq bir sıra
qurumlarla əlaqəli
şəkildə fəaliyyət
göstərir. Bu günə qədər komitələrin ümumilikdə
84 iclası keçirilib, 159 məsələyə baxılıb.
129 qanun və 4 qərar layihəsi qəbul olunub.
Parlamentə 25 min
666 təklif, ərizə
və şikayətlər
daxil olub
Millət vəkilinin sözlərinə
görə, vətəndaşlar
daim Milli Məclisə müraciət edirlər. Son zamanlar müraciətlərin
sayı azalmaqdadır. Bu il Milli
Məclisin aparatına 25 min 666 təklif, ərizə və şikayətlər daxil olub. Bu da
ötən illə müqayisədə 9 faiz azdır. Bu dövr
ərzində MM-də
2781 vətəndaş qəbul
olunub. Komitə sədrləri tərəfindən
550 nəfər qəbul
olunub. Onlardan 75 nəfəri elektron poçt vasitəsilə qəbula yazılıblar.
Payız sessiyasında
"Ali təhsil haqqında"
qanun müzakirəyə çıxarılacaq
Parlamentin payız sessiyasında bir sıra mühüm
qanunlar qəbul olunacaq. Onlardan biri də Tikinti
Məcəlləsi, "Həbs
yerlərində saxlanılan,
təqsirləndirilən şəxslərin
hüquqlarının müdafiə edilməsi haqqında",
"Dövlət büdcəsindən
maliyyələşən təşkilatlarda
işçilərin əməyinin
ödənilməsinin təmin
edilməsi haqqında",
"Ali təhsil haqqında"
qanun layihələrinə
baxılması nəzərdə
tutulur.
Rəşad Baxşəliyev
Şərq.- 2009.- 8 iyul.- S. 3.