Azərbaycan qlobal siyasətdə: Xarici siyasətin formalaşması"

 

Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək

 

 Azərbaycan diplomatiyasının 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bu gün Bakıda ölkəmizin xarici ölkələrdəki səfirləri, eləcə Bakıdakı xarici ölkə diplomatlarının iştirakı ilə "Azərbaycan qlobal siyasətdə: Xarici siyasətin formalaşması" adlı beynəlxalq konfrans keçiriləcək.  

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Şərq"ə bildirilib ki, konfransa sədrliyi xarici işlər naziri Elmar Məmmədyarov edəcək. Konfransda, həmçinin Türkiyə Böyük Millət Məclisinin sabiq sədri keçmiş xarici işlər naziri Hikmət Çətin əsas məruzəçilərdən biri olacaq. Azərbaycan diplomatiyasının qlobal əhəmiyyəti ilə bağlı həmçinin Gürcüstanın sabiq xarici işlər naziri Tedo Çaparidze (Gürcüstan), Türkiyə İqtisadiyyat Texnologiya Universitetinin rektoru Mustafa Aydın, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunun müşaviri Artyom Malgin, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Hayfa Universitetinin professoru Brenda Şaffer digər xarici qonaqlar məruzəçi kimi çıxış edəcəklər. Konfrans çərçivəsində həmçinin "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" kitabının təqdimat mərasimi olacaq. XİN-in mətbuat xidmətindən bildirilib ki, kitabın redaktorları Atlantika Şurası yanında Avrasiya Enerji Mərkəzinin direktor müavini, transatlantik enerji təhlükəsizliyi məsələləri üzrə elmi işçisi Aleksandros Petersen (ABŞ) Azərbaycan Diplomatik Akademiyasının diplomatik xidmət proqramı üzrə direktoru Fariz İsmayılzadədir.   

Qeyd edək ki, iyulun 9-da da yubiley tədbirləri davam edəcək. Sabah Azərbaycan XİN rəhbərliyi diplomatlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra isə Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binasının üzərində 1919-1920-ci illərdə bu binada Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin yerləşməsi haqqında xatirə lövhəsinin açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Azərbaycan diplomatlarının 90 illik yubileyi günün Azərbaycan Xarici İşlər Nazirliyinin muzeyinin açılış mərasimi olacaq. Mərasimdə nazir Elmar Məmmədyarovun çıxışı, eləcə "Azərbaycan diplomatiya tarixi 1918-1920-ci illər", "Azərbaycan Xalq Cümhuriyyətinin sənədləri" kitablarının təqdimat mərasimi olacaq.

   

 

Vüsalə

 

Şərq.- 2009.- 8 iyul.- S. 2.