NABUKKO Azərbaycana nə vəd edir?
Sülhəddin
Əkbər: "Bu layihə də Azərbaycanın təhlükəsizlik
maraqlarına xidmət edir"
Sərdar Cəlaloğlu: "Hələlik
enerji layihələrinin siyasi əhəmiyyətindən biz
lazımi şəkildə istifadə edə bilmirik"
Uzun müddətdən bəri Avropa ölkələri arasında əsas müzakirə mövzularından birinə çevrilən NABUKKO
layihəsinin reallaşması
üçün hökumətlərarası
müqavilənin imzalanması
baş tutsa da, müzakirələr yenə də səngimir. Buna səbəb
isə boru kəməri üçün qaz mənbəyinin dəqiqləşdirilməməsidi.
Artıq Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov
türkmən qazının
NABUKKO-ya verilməsinə
maraqlı olduğunu bəyan edib. Ancaq ekspertlər
rəsmi Aşqabadın bu məsələ ilə bağlı tez-tez fikir dəyişikliyi
etdiyini və bu baxımdan da
Berdiməhəmmədovun bəyanatının
hələlik nə dərəcədə real olduğunu
söyləməkdə çətinlik
çəkirlər. Onu da qeyd edək ki, bu vaxta
qədər Qərb rəsmiləri öz bəyanatlarında ilkin mərhələdə qaz
mənbəyi rolunu Azərbaycanın oynayacağını bildirsələr də, rəsmi Bakı dəfələrlə bu layihədə tranzit ölkə kimi iştirak etdiyini açıqlamışdı. Hətta yekun sazişin imzalanmasına da Azərbaycan tranzit ölkə kimi qatıldı. Bununla belə bu günlərdə Böyük Britaniyada səfərdə
olan Azərbaycan prezidenti Azərbaycanın
NABUKKO-da iştirakı məsələsinə yenidən
toxunarkən Azərbaycan
qazının bu kəmərlə ixracının mümkünlüyünü də istisna etməyib. Qeyd edək ki, layihənin
reallaşmasında Azərbaycan
həlledici ölkələrdən
sayılır. Çünki rəsmi Bakının
bu layihəyə qoşulmaması Mərkəzi Asiyanın qaz ehtiyatlarını
Rusiyadan kənar ərazi ilə aparmaq istəyən Avropa üçün İran
istisna olmaqla demək olar ki, heç bir
alternativ variant qoymur.
Belə olan halda NABUKKO-nun Azərbaycan
üçün nə kimi əhəmiyyəti ola bilər?
Rəsmi
Bakı öz siyasi
probleminin - DQ münaqişəsinin
həllində bu layihədən yararlana biləcəkmi? Ekspertlərin
məsələyə münasibəti
ilə
Politoloq Sülhəddin Əkbər:
- Layihənin reallaşması ilə bağlı artıq əsas
addım atılıb və bunu müsbət
qiymətləndirmək lazımdı.
Praqada imzalanan sənəd daha çox siyasi
iradəni əks etdirirdi. Burda isə artıq
layihənin reallaşdırılmasına
qərar verilib. Heç şübhəsiz ki, Azərbaycan NABUKKO-nun reallaşmasında
maraqlıdı və bu layihə də BTC, Bakı-Ərzurum qaz kəməri kimi Azərbaycanın təhlükəsizlik maraqlarına
xidmət edir. Qaldı ki, Azərbaycanın NABUKKO-ya qaz verməsinə,
bu barədə açıqlamanı prezident hələ Praqada olarkən də bildirmişdi. Çünki Azərbaycan tranzit
ölkə olmaqla yanaşı, həm də öz qazını
satmaq istəyən dövlətdir və ona da öz
resurslarını ixrac etmək üçün bu kəmər lazımdı. O ki qaldı bu layihənin
siyasi əhəmiyyətinə,
hesab etmirəm ki, bu kəmərin
çəkilməsinə razılıq
verməsi DQ münaqişəsinin
həllinə hər hansı təsirinə, əslində mən belə bir dəyişikliyi
gözləmirəm. BTC-nin,
Bakı-Ərzurum qaz kəmərinin çəkilməsinin
Azərbaycanın bu siyasi probleminin həllinə nə qədər köməyi oldusa, bu layihəyə
qoşulmağın da bir o qədər köməyi ola
bilər. Qərbin Azərbaycanın siyasi
probleminin həllinə
yanaşmasına ən yaxşı misal "
ADP-nin sədri Sərdar Cəlaloğlu:
- Hesab edirəm ki, BTC Azərbaycan üçün hansı mənanı daşıyırsa, NABUKKO layihəsi də eyni mənanı
ifadə edir. Bu iki layihənin
demək olar ki, mahiyyəti eynidir. Sadəcə, BTC neft, NABUKKO isə
qaz kəmərləridir.
Mən hesab edirəm ki, Azərbaycanın transmilli layihələrdə
iştirakı vacibdir və Azərbaycanın
NABUKKO-da iştirakı vacibdir. Mən o fikirlə tamamilə
razıyam ki, Azərbaycan iştirak etməsə, layihənin reallaşması ümumiyyətlə
sual altında qala bilərdi. Çünki Mərkəzi Asiyadakı qaz ehtiyatlarının Avropaya daşınması üçün ən yaxşı
variant Azərbaycandı. Azərbaycan Avropa
və Asiya arasında körpü rolunu oynayır. Azərbaycan olmasa, Avropa həmin qazı ya Rusiyadan, ya
da İrandan Türkiyə ərazisinə keçirmək məcburiyyəti
ilə üz-üzə qala bilər ki, Rusiya variantı
Avropaya ümumiyyətlə
maraqlı deyil. İranın isə Qərblə ciddi problemləri var. Ona görə də
hesab edirəm ki, bu layihədən
Azərbaycan təkcə
iqtisadi maraqlarını deyil, həm də siyasi maraqlarını təmin etməyə çalışmalıdı.
Ancaq çox təəssüflər olsun ki, hələlik
enerji layihələrinin
siyasi əhəmiyyətindən
biz lazımi şəkildə
istifadə edə bilmirik.
Vüsalə
Şərq.- 2009.- 16 iyul.- S. 4.