Ciddi hazırlıq
işləri aparılmalıdır
Qalib QHT rəhbərləri
ilə layihələrin
müzakirəsi aparılıb
Dünən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında
2009-cu il maliyyə yardımı müsabiqəsinin qalibi olmuş 46 layihənin rəhbərləri
ilə görüş keçirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliği və müdafiəsi, sosial problemlərin həllinə dəstək, qaçqın və məcburi köçkünlərin, əlil,
veteran və şəhid ailələrinin sosial problemlərinin həllinə kömək məsələləri müzakirə olunub.
Şuradan verilən məlumata görə, katibliyin icraçı direktoru Fərasət Qurbanov layihələrin icrasında effektivliyinin təmin olunması üçün ciddi
hazırlıq işlərinin aparılmasını və görülən tədbirlərə
yardımçı münasibətin bəslənməsini vacib
sayıb. O həmçinin hesabatlarda, donor-resipient məsələlərində QHT rəhbərlərini məsuliyyətli
və dəqiq olmağa çağırıb.
Çıxış edən Şura üzvü Vüqar Qədirli
bildirib ki, təşkilatlar donorun müqavilə tələblərinə
və şərtlərinə
əməl etməlidirlər. Şura üzvü
layihələrin icrasına
müxtəlif maneələrin
yarandığı təqdirdə
QHT-lərə dəstək
verəcəklərini deyib.
Belə görüşlərin əhəmiyyətindən
danışan QHT rəhbərləri
Məhərrəm Zülfüqarlı,
Etimad Əsədov, Faiq İsmayılov, İradə Rzazadə, müzakirə edilən məsələlərə öz
münasibətlərini bildiriblər.
Firdovsi
Şərq.- 2009.- 11 iyun.- S. 4.