"Biz "Diffamasiya haqqında" qanunun əleyhinə deyilik"

 

Əli Həsənov: "Bunun qəbul olunmasının tərəfdarıyıq, amma bunun üçün biz işləməliyik"

 

Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Trend News-a eksklüziv müsahibəsi

 

-"Diffamasiya haqqında" qanunun qəbulunun vacibliyi ilə bağlı müxtəlif fikirlər səslənir. Bu qanunun mövcud vəziyyətdə qəbulunu məqsədəuyğun sayırsınızmı? Qanunun qəbulu reketçiliyin artmasına səbəb olmayacaq ki?

- Bugünkü çıxışımda da qeyd etdim Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz jurnalistlərin həbsə alınmasının, peşə fəaliyyətinə görə kiminləsə məhkəməyə düşməsinin bunun nəticəsində həbsdə yatmasının tərəfdarı deyilik. Biz, jurnalistlərin peşə fəaliyyətini sərbəst azad şəkildə həyata keçirməsinin, onların sərbəst informasiya toplaması yaymalarının tərəfdarıyıq. Dövlət olaraq bu sahədəki fəaliyyətimizi buna yönəldirik. Təəssüflər olsun ki, Azərbaycan jurnalistlərinin bugünkü peşəkarlıq səviyyəsi çərçivəsində bu qanunu qəbul etmək hələ ki, bizim üçün qeyri-mümkün görünür. Səbəb odur ki, qeyri-professional insanla ictimai özünü idarəetmə, ictimai davranış qaydalarına riayət etmə insanlar qarşısındakı məsuliyyəti hiss etmə uyğun gəlmir. Biz "Diffamasiya haqqında" qanunun əleyhinə deyilik. Bunun qəbul olunmasının tərəfdarıyıq, amma bunun üçün biz işləməliyik eyni zamanda "Diffamasiya haqqında" qanunu bizdən daha çox müstəqil dövlətçilik, azad media təcrübəsi olan ölkələr qəbul etməlidir. Onlarda bu sınaqdan keçməlidir ondan sonra biz onlara baxıb, müvafiq təcrübələri nəzərə almaqla bu yolu keçməliyik. İndi Avropa Şurası doğru yolda deyil. Bu tipli qanunları, təcrübələri kiçik təcrübəsi az olan ölkələrdə tətbiq etmək istəyir (Moldova, Azərbaycan, Albaniya, Makedoniya, Gürcüstanda). Niyə "Diffamasiya haqqında" qanunu birinci olaraq, Almaniya, Fransa, İngiltərə, Belçika Hollandiya qəbul etməsin, kiçik dövlətlər qəbul etsin? Ona görə bu cür eksperimentləri daha təcrübəli ölkələrdə, insanlar arasında həyata keçirmək lazımdır. Bu tipli qanunları böyük dövlətlərdə tətbiq etmək lazımdır. O zaman biz bunu qəbul tətbiq edəcəyik.

- Avropa Şurası ilə Azərbaycan hökuməti arasında bu məsələyə yanaşmada fikir ayrılığı nə dərəcədə dərindir?

- Avropa Şurası bu sahədə bizi anlayır, eyni zamanda onların öz məqsədləri, siyasətləri var. Onları da başa düşürəm. Əlbəttə, onların məqsədi bütövlükdə üçüncü kiçik dövlətlərdə onlara lazım olan jurnalist fəaliyyətini əldə etməkdir. Amma bizi azad jurnalist fəaliyyəti ilə bağlı həm dövlətimizin, millətimizin taleyi, onun mentaliteti, dəyərləri düşündürür. Buna görə bəzi məsələlərdə Avropa Şurası ilə fikir ayrılığı mövcuddur. Onlar bizi anlayır biz onları anlayırıq.

- Mətbuatın peşəkarlığını şəffaflığını artırmaq üçün kimi islahatlara ehtiyac görürsünüz?

- İlk növbədə, jurnalist təhsili sahəsindəki vəziyyət bir az da Avropa standartlarına, dünya təhsil sisteminin, "Boloniya sistemi"nin qayda qanunlarına uyğunlaşdırılmalıdır. Təəssüflər olsun ki, son zamanlar mediaya qeyri-peşəkarlar çox daxil olub hazırda Azərbaycan mediasındakı jurnalistlərin böyük qismi jurnalist təhsili olmayan, jurnalistika ilə əlaqələri zəif olan insanlardır. Ona görə jurnalist cəmiyyətdə fəaliyyət göstərərkən əlbəttə, başqa insanların hüquqları yaxud o sahə ilə bağlı professional fəaliyyətdən daha çox sensasiya axtarışına gedir. Bu isə problemlərin ortaya çıxmasına səbəb olur. Sonrakı dövrdə jurnalist peşəkarlığının artırılması sahəsində ilkin tədbirlər təhsil təlimlərlə bağlı olmalıdır. Bu təlimlər müxtəlif qurumlar - Mətbuat Şurası, jurnalist təşkilatları, eləcə mətbuat xidmətləri fəaliyyəti ilə bağlı dövlət tərəfindən aparılmalıdır, yəni jurnalistlər o vəziyyətə gətirilib çıxarılmalıdır ki, onlar cəmiyyətin informasiya tələbatını ödəmək gücündə olsun eyni zamanda, cəmiyyətdə qanunlar çərçivəsində işləməyi öyrənsin. Şəffaflıq məsələsi önəmli məsələdir. Əlbəttə, dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində biz dövlət idarəçiliyinin şəffaflaşdırılmasını prioritet vəzifələrdən biri kimi qoymuşuq, yəni dövlət idarəçiliyinin şəffaflaşdırılması o deməkdir ki, jurnalistlərin medianın diqqətindən, eləcə onların vasitəsilə ictimaiyyətin diqqətindən kənarda dövlət idarəçiliyindən heç qalmamalıdır. Hər bir fəaliyyət şəffaf olmalıdır. Hər bir fəaliyyət insanları maraqlandırırsa, o elan olunmalıdır cəmiyyət bütövlükdə dövlətin gördüyü işlərlə tanış olmalıdır. Bu yöndə biz əlbəttə, strukturlarımızı, media ilə işləyən qurumlarımızı müvafiq standartlara gətirməliyik.

- Milli Mətbuat Günündə jurnalistlərin əfvi məsələsi gündəliyə gələ bilərmi? 

- Azərbaycanda jurnalist fəaliyyətinə görə həbs olunmuş jurnalistlərin əksəriyyətini Azərbaycan Prezidenti əfv edib. Hazırda həbsdə olan jurnalistlər qeyri-jurnalist fəaliyyətinə görə həbsə alınmış insanlardır. Əlbəttə, arzu edirəm ki, onlar da həbsdə qalmasın. Düşünürəm ki, onlar artıq islah olunub. Onlar müəyyən məsələlərdə belə deyək, səhvlərini başa düşüblər, amma bu məsələ Əfv Komissiyasından, onun sədri olan cənab Prezidentdən asılıdır. Ona görə mən bu məsələ ilə bağlı konkret bir şey deyə bilmərəm.

- Venesiya Komissiyasi Seçki Məcəlləsinə yenidən əlavə dəyişikliklərin tərəfdarıdır bununla bağlı bir neçə dəfə Azərbaycan hökumətinə jest göndəriblər. Xüsusən seçki komissiyalarının paritet əsasda formalaşdırılmasının tərəfdarı kimi çıxış edirlər. Bununla bağlı Sizin mövqeyinizi öyrənmək istərdik...

- Seçki komissiyalarının paritet əsasda formalaşdırılması qeyri-mümkündür. Ən azından hazırkı Azərbaycan şəraitində qeyri-mümkündür, çünki Azərbaycanda siyasi təşkilatlar, siyasi partiyalar qanunun tələblərini, prinsipial razılaşmaları öz siyasi ambisiyaları, siyasi maraqları çərçivəsində daima pozurlar açıq bəyan edirlər ki, belə olmalıdır. Venesiya Komissiyasını başa düşürəm. Venesiya Komissiyası üzv ölkələrdə bu fəaliyyətlə məşğul olmalıdır bunu Azərbaycanda da edir, amma Azərbaycan reallığı bizim üçün əsas şərtdir. Azərbaycanın milli ictimai maraqları, sabitlik digər məsələlər, seçki institutlarının dinamik fəaliyyəti bizim üçün əsas məsələdir. Eyni zamanda, Avropa Şurası standartları çərçivəsində.

- Azərbaycanda müxalifətin zəifliyinin fəlsəfəsində duran əsas məqamlar hansılardır?

- Azərbaycanda müxalifət ilk növbədə, yeni şəraitdə işləməyi öyrənməlidir. Ənənəvi, start məqamda başladıqları prinsipləri, metodları indiki Azərbaycanda keçərli deyil. Təəssüflər olsun ki, Azərbaycan müxalifəti hələ düşünür ki, müstəqilliyin ilk günlərində onlar Azərbaycan qarşısında Kommunist Partiyasının buraxılmasında, rejimin dağıdılmasında xidmətləri var bu xidmətə görə hələ xalqı, milləti özlərinə borclu hesab edirlər. Elə bilirlər ki, o vaxt göstərdikləri effektivliyi çoxlarında şübhə doğuran fəaliyyətlərinə görə onlara səs verməlidirlər. Azərbaycan xalqı indi tamam başqa xalqdır, praqmatik düşüncəyə malikdir. Onun marağını ifadə etməsən, hakimiyyətə gələcəyin təqdirdə, xalqa verəcəyin xeyri, respublikanın inkişafına, milli vəziyyətin yaxşılaşdırılmasına göstərəcəyin xidməti sübut etməsən, buna insanları inandırmasan, Azərbaycanda siyasətlə məşğul olub, nəticə əldə etmək qeyri-mümkündür. Buna görə onlar bu şəraitdə işləməyi, dəyərləndirmələri öyrənməli, insanların etimadını, rəğbətini qazanmağın yollarını vasitələrini yenidən düşünməlidirlər.

 

  

Şərq.- 2009.- 11 iyun.- S. 3.