Müxalifət partiyaları da gənclərə qadınlara güvənir

 

Bələdiyyə seçkilərində onların imkanlarından istifadə olunacaq

 

 Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyələrdə daha çox qadınların gənclərin təmsil olunmasının tərəfdarıdır. YAP-ın icraçı katibi Əli Əhmədov bu səbəbdən qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədləri sırasında daha çox qadınların gənclərin üstünlük təşkil edəcəyini istisna etməyib. Maraqlıdır, bələdiyyə seçkilərində iştiraka qərar vermiş digər partiyalar bununla bağlı düşünür?

ADP-nin sədr müavini Həsrət Rüstəmov: 

- Bələdiyyələrə maraq partiyada o qədər çox deyil. Bunun səbəbi bələdiyyələrin statusu keçirilən seçkilərlə bağlıdır. Partiya üzvləri nisbətən iri bələdiyyələrdə mübarizəyə qatılmağa daha maraqlıdırlar. Biz hələ ki, partiyadaşlarımızı yaş cinsi ilə əlaqədar diferensiya etməmişik. Bundan başqa bu şüarla çıxış etmək partiyanın imkanları xaricindədir. Reallığı nəzərə alsaq, təşkilatda qadınların gənclərin sayı baxımından belə bir məsələni şüar kimi götürmək düzgün olmazdı. İqtidarın imkanlarından fərqli olaraq müxalifət qurumlarında bu imkan azdır. Biz yaşından, cinsindən asılı olmayaraq bələdiyyə üzrə seçilmək imkanı daha geniş olan şəxsləri namizədlər sırasına salmağa çalışacağıq. 

AMİP-in mətbuat katibi Əli Orucov bildirdi ki, onlarda bu məsələdə məhdudiyyət olmayacaq.

- Düzdür, AMİP fəaliyyətində gənclərə imkan verir hesab edirəm ki, seçkilərdə onların potensialından, enerjisindən istifadə etmək lazımdır. Qadınlar da hərzamankı kimi üstün mövqelərini qoruyub saxlayıblar. Çalışacağıq ki, namizədlər arasında gənclər olsun. Amma məhdudiyyət olmayacaq ki, filan qədər gənc, filan qədər qadın olmalıdır.   

Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə hakim partiyanın bu mövqeyini təqdir etdi.   

- Qadın gənclərin siyasi proseslərdə aktiv iştirak etməsi yaxşıdır. Biz siyasətimizdə bu xəttə üstünlük veririk. Partiyanın rəhbərliyində əsasən gənclər təşkil olunur. Məclisdə kifayət qədər intellektli qadınlar da var. Amma bələdiyyə seçkilərində qadınların gənclərin üstünlük təşkil edib-etməyəcəyi barədə indidən hər hansı söz deyə bilmərəm. Çünki hələ namizədlərin siyahısı müəyyənləşdirilməyib.   

   

 

Firdovsi

 

Şərq.- 2009.-  12 iyun.- S. 7.