Sahibkarlıq fəaliyyəti haqqında" qanuna yeni əlavə

 

Xarici şirkət firmaların rəhbərlərinin müavini azərbaycanlı olmalıdır

 

 Ötən gün Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti Dövlət quruculuğu komitələrinin birgə iclasında "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əlavə dəyişikliklər müzakirə olunub.   

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 1992-ci ildə qəbul edilmiş qanunun 10-cu maddəsinə üçüncü bənd əlavə olunmasını təklif ediblər. Z.Səmədzadə deyib ki, bu düzəlişi zəruri edən səbəb Azərbaycanda kifayət qədər kadr potensialının olmasıdır. "Həmin bənddə vurğulanır ki, təsisçiləri xarici vətəndaşlar ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının ya səhmlərinin 51 faizindən çoxu xarici vətəndaşlara ya xarici hüquqi şəxslərə məxsus olan xarici hüquqi şəxslərin filial nümayəndəliklərin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşları olmalıdır. Onların namizədlikləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Həmin filial nümayəndəliklərin dövlət qeydiyyatına alınmasına yalnız onların rəhbərlərinin müavinlərinin namizədlikləri razılaşdırıldıqdan sonra yol verilir. Bundan başqa kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı, balıqçılıq, mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz suyun istehsalı ilə bölüşdürülməsi, maliyyə, təhsil, səhiyyə, sosial xidmətlərin göstərilməsi, habelə digər kommunal, sosial şəxsi xidmət göstərilməsi sahələrində fəaliyyət təsisçiləri xarici vətəndaşlar ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının ya səhmlərinin 51 faizindən çoxu xaricilərə məxsus olan xarici hüquqi şəxslərin filial nümayəndəliklərin işçilərinin ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır". 

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına təklif olunub.  

   

 

Firdovsi

 

Şərq.- 2009.- 23 iyun.- S. 4.