Taxılın qiyməti
12 qəpikdir
Növbəti ildə
heç kim taxıl
əkmək niyyətində
olmayacaq
Müşfiq Həsənov:
"Ayrı-ayrı adamların torpaq fondunda əkin işləri aparmaqla Azərbaycanda etibarlı ərzaq təminatını sual altında qoyuruq".
Ölkədə istehsal olunan taxılın qiyməti aşağı olduğundan əkinçilər böyük itki ilə üz-üzə
dayanıblar. Hazırda bir kilo əla nov buğdanın
qiyməti 12 qəpikdir.
Bu da maya
dəyərindən aşağıdır.
Məhz buna görə istehsalçılar istehsal etdikləri məhsulu satmaqdan imtina etmək məcburiyyətində
qalıblar. Lakin bu da problemdən çıxış yolu deyil. Çünki yenidən əkinə hazırlaşmaq üçün əkinçiyə müəyyən
qədər vəsait
lazımdır. Sahibkarların qəzetimizə
verdikləri məlumata
görə, hazırda 12 qəpiyə satılan taxıl istehsalçıya qazanc gətirmir. Ona görə də onlar növbəti ildə taxıl əkmək niyyətində
olmadıqlarını bildirirlər.
Ekspertlər isə yaranan problemlərin kompleks şəkildə həll olunmasının tərəfdarıdırlar. "Yeni Həyat-İqtisadi İnkişaf" İctimai Birliyinin sədri, iqtisadçı ekspert Müşfiq Həsənov məsələ ətrafında
danışarkən bildirdi ki, aqrar-sənaye kompleksinin davamlı inkişafını təmin edən xüsusi dövlət proqramları hazırlanmalıdır. "Dövlət fondundan 60 min hektar əraziyə kimsə taxıl əkibsə, bu, davamlı inkişafın əsası deyil. Əsas kolxoz və sovxozların islahatı nəticəsində əmlak
payı kimi bölünmüş torpaq sahələrində cəmləşmiş
kənd təsərrüfatı
məhsulları istehsalçılarının
yeni strukturda idarəetmə formatının yaradılmasıdır. Yəni təsərrüfatçı
formalarının təsdiqi.
Bu da ərzaq
məhsullarının istehsalı
sahəsində, xüsusilə
də kənd təsərrüfatı məhsulları
istehsalı sahəsində,
onun emalında, alqısında, satqısında, o sahəyə xidmətlərin
göstərilməsində rəqabət
mühiti yaradır".
M.Həsənov söylədi ki,
Arqanizm Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları
istehsalçılarına aqroservis
xidmətləri göstərsə
də, əkinçilərə
alternativ xidmətlər
təklif edən, yəni rəqabət mühiti yarada biləcək
obyektlər olmadığı üçün kəndlilərin istehsal etdikləri məhsulun maya dəyəri artır. Baxmayaraq ki, dövlət güzəşt tətbiq edir. Ölkədə kifayət qədər dəyirmanların olduğunu vurğulayan ekspertin fikrincə, bir çox dəyirman sahibləri öz aralarında sözləşərək
məhsul bolluğu olan şəraitdə taxılı daha aşağı
qiymətə almağa çalışırlar: "Buna görə də xaricdən idxal olunan taxıl
məhsullarına gömrük vərgisinin tətbiqi ilə bağlı irəli sürülən təklif təqdirəlayiqdir.
Lakin belə olan halda biz daxili bazarı qorumuş olsaq da, ortaya
digər problem çıxa bilər. Yəni yerli və baha
qiymətə alınan taxıl istər-istəməz
un məmulatlarının qiymətində də özünü göstərəcək. Bu, dolayısı ilə
həm də qiymət artımına şərait yarada bilər. Bütün bunların kompleks
həll olunması üçün hesab edirəm
ki, aqrar-sənaye kompleksinin struktur islahatı başa çatdırılmalıdır,
bazar infrastrukturu formalaşdırılmalıdır. Bu olmadan, ayrı-ayrı adamların dövlətin torpaq fondunda əkin işləri aparmaqla Azərbaycanda etibarlı ərzaq təminatını sual altında qoyuruq".
Seymur
Şərq.- 2009.- 30 iyun.- S. 5.