"Bakı. Mart 1918-ci il. Azərbaycanda talanlar sənədlərin dili ilə"

 

MTN 1918-ci il mart soyqırımı hadisələrindən bəhs edən kitab nəşr edib

 

Milli Təhlükəsizlik Nazirliyi 1918-ci il mart soyqırımı hadisələrindən bəhs edən kitab nəşr edib.   

Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin tərtib etdiyi kitab "Bakı. Mart 1918-ci il. Azərbaycanda talanlar sənədlərin dili ilə" adlanır. Kitab Birinci Dünya müharibəsinin əvvəlindən başlayaraq bütövlükdə Zaqafqaziya Cənubi Qafqazda müsəlman əhaliyə onların əmlakına münasibətdə törədilmiş zorakılıq, talan qarət faktlarının təhqiq edilməsi üçün 1918-ci ilin iyul ayında Azərbaycan hökuməti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən toplanmış sənədlərdən ibarətdir.   

 Komissiyanın materialları xüsusi əhəmiyyət kəsb edir, çünki onların toplanması mühafizəsi dövlət orqanları tərəfindən həyata keçirilib. Rəsmi sənədlər olan bu materiallar təkcə hüquqi baxımdan deyil, həm tarixi-siyasi diplomatik cəhətdən çox böyük əhəmiyyətə malikdir. Kitaba Fövqəladə İstintaq Komissiyası tərəfindən toplanmış materialların yalnız bir qismi daxil edilmişdir: 1918-ci ilin mart ayında Bakıda onun ətrafında baş vermiş hadisələrlə bağlı sənəd. Bu hadisələr zamanı bolşevik-daşnak dəstələri əksəriyyəti azərbaycanlılar olan 12 mindən çox günahsız insanı məhv edib; 1918-ci ilin mart-sentyabr aylarında azğınlaşmış erməni silahlı dəstələrinin zorakılığına məruz qalmış Bakı şəhərinin ətraf kəndlərin sakinlərinin şahid ifadələri; "Bakı şəhərində talan haqqında" işin araşdırılması ilə əlaqədar məhkəmə-istintaq sənədlərinin bir qismi.   

Kitaba daxil edilmiş sənədlər 1918-ci ildə Bakıda onun ətrafında baş vermiş hadisələrə bu faciələri yaşamış müxtəlif insanların gözü ilə baxmağa imkan verir.   

Dinc müsəlman əhaliyə münasibətdə ermənilərin törətdiyi vəhşiliklər qəddarlıqlara dair faktların çoxluğu, tanınmış imkanlı azərbaycanlıların ünvanlarının əvvəlcədən hazırlanmış siyahılarının olması barədə məlumatlar, şəhərin müxtəlif hissələrində döyüş əməliyyatlarının eyni vaxtda mütəşəkkil formada başlanması, dinc azərbaycanlı əhalinin məqsədyönlü kütləvi şəkildə məhv edilməsi planının mövcud olmasını göstərir.   

 Kitabda bu məsələnin tarixinə həsr edilmiş elmi oçerk ətraflı köməkçi informasiya xarakterli məlumatlar, habelə Bakı şəhərinin onun rayonlarının 1913-cü ilə aid xəritəsi verilmişdir. Nəşrin baş məsləhətçisi Azərbaycan Respublikası Əsir İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov, elmi redaktoru tarix elmləri namizədi Məmməd Cəfərlidir . 

   

 

Məlahət

 

Şərq.- 2009.- 31 mart.- S. 7.