MSK referendumun yekun nəticələrini açıqlayıb

 

Dünən komissiya növbəti toplantısını keçirib

 

 Dünən Mərkəzi Seçki Komissiyası (MSK) növbəti iclasını keçirdi. İclasın gündəliyinə uyğun olaraq martın 18- ölkədə keçirilmiş referendumla bağlı MSK-ya daxil olan müraciətlərə baxıldı. Çıxış edən komissiyanın katibi Natiq Məmmədov bildirdi ki, referendum prosesi ilə bağlı Mərkəzi Seçki Komissiyasına 180 akt təqdim edilib.      

İki təşviqat qrupu tərəfindən təqdim edilən həmin aktlar referendum prosesində qanun pozuntularının baş verməsilə bağlı olub. "Məsələ ilə bağlı MSK-da aktların araşdırılması üçün xüsusi ekspert qrupu yaradılıb araşdırmalar aparılıb". N.Məmmədov bildirdi ki, araşdırma qrupuna 10 nəfər MSK üzvü daxil edilib. Qrup aktlarda adı hallanan məntəqə dairə seçki komissiyalarında yoxlamalara başlayıb lazımi sübutlar toplayıb. MSK-ya qanun pozuntuları ilə bağlı təqdim edilən aktların 35 seçki dairəsi üzrə 161 seçki məntəqəsini əhatə etdiyini deyən N.Məmmədov qeyd etdi ki, qrup həmin məntəqə seçki komissiyalarında ayrıca araşdırmalar aparıb, məntəqələrdə müşahidə aparan səs verən vətəndaşlardan izahatlar toplanıb: "Araşdırmalar zamanı isə maraqlı faktlar üzə çıxıb. Belə ki, MSK araşdırma qrupunun rəyinə əsasən, quruma təqdim edilən 180 aktın əksəriyyətinin saxta olduğu aşkarlanıb. Araşdırma qrupunun yoxlamaları zamanı məlum olub ki, Mərkəzi Seçki Komissiyasına təqdim edilən aktlardan 77-nin üzərində sonradan düzəlişlər edilərək saxtalaşdırılıb. Bundan başqa, 103 akt isə adıçəkilən məntəqələrdə müşahidə aparmayan şəxslər tərəfindən tərtib edilib. 103 aktın 45- araşdırma apararkən məlum olub ki, həmin aktları tərtib edən hər üç müşahidəçidən cəmi 1-i məntəqələrdə həqiqi müşahidə aparıb. Qalan iki müşahidəçinin isə heç biri referendum günü, ümumiyyətlə, ölkə üzrə heç bir məntəqədə müşahidə aparmayıb". N.Məmmədov bildirdi ki, MSK-ya daxil olan aktlar etibarsız hesab edilməli ləğv olunmalıdır. Bundan əlavə aktların bəziləri barəsində araşdırmalar aparılması üçün Baş Prokurorluğa göndərilməlidir. Onun sözlərinə görə, həmin aktlar bəzi şəxslər tərəfindən bilərəkdən saxta üsulla hazırlandığı üçün bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.   

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanov isə aktların saxta hazırlanması barədə səslənən fikirlərə etirazını bildirdi. Komissiya üzvü qeyd etdi ki, Mərkəzi Seçki Komissiyasının araşdırma qrupu bu məsələdə birtərəfli araşdırma aparıb, aktlardakı faktlara diqqətli yanaşılmayıb. Müşahidəçilərin məntəqələrdə müşahidə aparmaması məsələsinə gəlincə isə A.Qurbanov dedi ki, referendum prosesini izləyən müşahidəçilər bir məntəqədə sonadək müşahidə aparmayıb. Həmin müşahidəçilər hər məntəqədə 10-15 dəqiqə müşahidə aparmaqla digər məntəqələrə yollanıb buna görə araşdırma qrupu həmin müşahidəçilər barədə səhv fikir səsləndirir. MSK üzvü həmçinin qeyd etdi ki, o referendumda özü müşahidəçi olub məntəqədəki qanun pozuntusu barədə protokol tərtib edərək Mərkəzi Seçki Komissiyasına təqdim edib: "Protokolda məntəqə üzrə göstəricilər Mərkəzi Seçki Komissiyasının göstəriciləri ilə düz gəlməyib". MSK sədri Məzahir Pənahov isə bildirdi ki, istənilən məntəqəyə daxil olan müşahidəçi ilk olaraq məntəqə komissiya sədri tərəfindən qeydiyyata götürülür həmin şəxsin koordinatları məntəqənin qeydiyyat kitabına qeyd edilir. Aktlarda müşahidəçi kimi adları göstərilən müşahidəçilər isə ölkə üzrə heç bir məntəqədə qeydiyyata düşməyib. Məntəqələrdən gələn protokollara gəlincə isə MSK sədri qeyd etdi ki, referendumun nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına cəmi 14 protokol daxil olub həmin protokolların hamısı MSK-nın saytında yerləşdirilib. Daxil olan protokolların 10-un nəticələri MSK-nın nəticələri ilə düz gəlib. Digər 4 protokol isə göstəricilərdə səhvə yol verildiyindən ləğv edilib. 

Müzakirələrdən sonra MSK üzvlərinin səsverməsilə aktların ləğv edilməsi barədə qərar qəbul edildi. Daha sonra Mərkəzi Seçki Komissiyası 2009-cu il martın 18- keçirilmiş referendumun yekun nəticələrini açıqladı. Nəticələrə görə, ölkə üzrə 4 milyon 917 min 805 seçici müəyyənləşdirilib həmin seçicilərin 3 milyon 483 min 173-ü referendumda iştirak edib. Ölkə üzrə ümumi seçicilərin 70,08 faizi Konstitusiyanın 29 maddəsində ediləcək dəyişikliklə bağlı öz mövqeyini bildirib. Rəsmi nəticələrə görə, seçicilərin 87,4 faizi 12-ci maddənin, 87,61 faizi 15-ci, 88,11 faizi 17-ci, 87,33 faizi 18-ci, 87,56 faizi 19-cu, 87,85 faizi 25-ci, 87,30 faizi 29-cu, 87, 91 faizi 32-ci, 87,62 faizi 39-cu, 87, 54 faizi 48-ci, 87,49 faizi 50-ci, 87,56 faizi 67-ci, 87,71 faizi 71-cü, 87,75 faizi 72-ci, 88,15 faizi 75-ci, 89,09 faizi 84-cü, 87,71 faizi 88-ci, 87,19 faizi 92-ci, 87,42 faizi 95-ci, 87,42 faizi 96-, 87,35 faizi 101-ci, 89,76 faizi 108-ci maddənin, 87,91 faizi 109-cu, 87,50 faizi 125-ci maddənin, 87,50 faizi 129-cu, 87,69 faizi 130-cu, 87,58 faizi 131-ci, 87,15 faizi 146-, 87,50 faizi isə 149-cu maddənin lehinə səs verib. Rəsmi nəticələri nəzərə alaraq Mərkəzi Seçki Komissiyası referendumu baş tutmuş hesab etdi referenduma yekun vurulması ilə bağlı qərar qəbul etdi.

  

 

Firdovsi.

 

Şərq.- 2009.- 31 mart.- S. 2.