Laçının işğal günü anılıb

 

Rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub

 

 Qarabağ Azadlıq Təşkilatı (QAT) Laçının işğalının 17-cı ildönümü ilə bağlı Laçın ictimaiyyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib, anım mərasimi keçirib. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarını ziyarət ediblər.   

Laçın Rayon İcra hakimiyyəti başçısı Ramiz Cəbrayılov xiyabanda "Şəhidlərə abidə" kompleksinin önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxunub. Sonra jurnalistlərə açıqlama verən R.Cəbrayılov bildirib ki, onları Laçından 17 il ayırsa da, işğal günü gözləri önündən kino lenti kimi keçir. İcra başçısının sözlərinə görə, Laçının işğal olunması həmin dövrdə ölkə rəhbərliyinin yerində olmaması, vəzifənin millətin mənafeyindən yüksək tutulması, xalqa biganə münasibət, ordunun müxtəlif adamlara xidmət etməsi işğala böyük şərait yaradıb: "Laçın Qarabağın yeganə qapısı idi, həmin qapını əldən verməklə digər rayonların işğalının əsası qoyuldu".

Qeyd edək ki, rayonun işğalının ildönümü ilə bağlı QAT həm bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, beynəlxalq təşkilatlar hələ ikili standartlar mövqeyindən çıxış edərək işğalçı Ermənistanın hərəkətlərinə adekvat qiymət vermək, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq etmək, Azərbaycanın haqlı mövqeyini müdafiə etmək, öz yurdlarından zorla qovulmuş yüzminlərlə azərbaycanlının haqqını tanımaq istəmir: "Minsk qrupu həmsədrlərinin fəaliyyəti isə Azərbaycan xalqının heysiyyatına toxunmaqdan da çəkinməyən 3 təlxəyin oyunbazlığına çevrilib. Gah tut arağından, gah kərpiclə ev tikməkdən, gah da sıçrayış film çəkməkdən danışan bu təlxəklər Azərbaycan xalqını təhqir etməkdən başqa bir işlə məşğul deyillər". QAT bəyan edir ki, Ermənistanın onun havadarlarının hərəkətlərinə dözmək olmaz danışıqlar prosesi dayandırılmalıdır: "Azərbaycan Laçının ərazilərini "dəhliz" ya hər hansı başqa ad altında ermənilərin nəzarətinə verilməsi perspektivindən birdəfəlik imtina etməli, beynəlxalq təşkilatların, vasitəçilərin bu məzmunda təkliflərini qətiyyətlə rədd etməlidir. Əgər vasitəçilər Dağlıq Qarabağdakı 50 min erməni üçün dəhliz məsələsində təkid edirlərsə, onda Rusiyanın Dağıstan bölgəsindəki 200 min, Gürcüstandakı 600 min azərbaycanlının Azərbaycana rahat gedib-gələ bilməsi üçün həmin ölkələrlə Azərbaycan arasında da dəhliz təmin olunmalı, Naxçıvanın blokada vəziyyətindən çıxarılması Azərbaycanın digər əraziləri ilə əlaqələrinin bərpa edilməsi üçün isə 1920-ci ildə Sovet Rusiyasının volyuntarist qərarı ilə Ermənistana verilmiş qədim Azərbaycan bölgəsi Zəngəzur özümüzə qaytarılmalıdır". Təşkilat, həmçinin bildirir ki, beynəlxalq təşkilatlar Ermənistandan Laçında erməniləri məskunlaşdırdığına bununla da beynəlxalq qanunları kobud şəkildə pozduğuna görə cavab tələb etməli, kənardan oraya gətirilərək məskunlaşdırılmış ermənilərin dərhal çıxarılması üçün addımlar atmalıdır. Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etməyi beynəlxalq hüquq normalarına uyğun olaraq işğalçı Ermənistana qarşı özünümüdafiə hüququnu reallaşdırmağı, azadlıq müharibəsinə başlanmasını zəruri sayan QAT ictimaiyyətə müraciət edərək hər hansı təslimçi sülhün ölkəmizə qəbul etdirilməsinə yol verməməyə, bütün ictimai siyasi qüvvələri beynəlxalq təşkilatların antiazərbaycan mövqeyinə qarşı vahid mövqedən çıxış etməyə çağırıb.

  

 

Firdovsi

 

Şərq.- 2009.- 19 may.- S. 7.