Nizami muzeyində baş redaktorlarla görüş keçirilib

 

Rəfael Hüseynov təmir işləri muzey eksponatları ilə qonaqları tanış edib

 

 Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycanın aparıcı KİV rəhbərləri ilə görüş keçirilib. Görüşdə çıxış edən muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rəfael Hüseynov bildirib ki, qarşıdan gələn həftələrdə bu tip xüsusi dəvətlər olacaq.   

Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 yaşının tamam olduğunu xatırladan professor vurğulayıb ki, bu il həm dahi Azərbaycan şairi Nizami Gəncəvinin vəfatının 800 illiyi qeyd ediləcək. "Muzeyin böyük zalında ayrı-ayrı yeni ekran əsərlərinin premyerası müzakirəsini, tematik şeir gecələrini keçirməyi düşünürük. Muzeydəki yeni "Stenvey" royalı vaxtaşırı təşkil edilən ədəbi-musiqili axşamlarda ən mahir pianoçuların ifası üçün açıq olacaq. Muzeydə yeni yaradılan "Ədəbi salnamə. Bədii-sənədli videoxronikalar" şöbəsində respublikada ölkədən kənarda tanınan rejissor operatorlar toplanıb, yaxın vaxtlarda ayrı-ayrı klassiklərimiz ədəbi abidələrimiz haqqında öyrədici təbliğ, təşviqedici qısametrajlı filmlərin istehsalına başlanacaq. Məqsəd həmin filmlərin həm orta məktəb auditoriyalarına, həm teleekranlara, həm xarici ölkələrdə çıxaraq söz sərvətimizi o sərvətləri yaradanları daha artıq tanıtmaqdır. Muzeylə fəal əməkdaşlıq edən, ekspozisiyanın fondların zənginləşməsinə, ədəbiyyatımızın inkişafına xüsusi töhfələr verən şəxslərə "Muzeyin fəxri qonağı" kitabçası təqdim edilməsi ənənəsinin əsası qoyulur. Bu kitabçanın sahibləri üçün muzeyə gəliş biletsiz olacaq".

Binanın tarixi barədə məlumat verən R. Hüseynov buranın 1850-ci ildə birmərtəbəli karvansara kimi tikildiyini, 1915-ci ildə isə ikinci mərtəbənin artırılaraq, "Metropol" mehmanxanasına çevrildiyini qeyd edib. "1918-1920-ci illərdə bina ilk Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin həm , həm yaşayış yeri olub. 1920-30-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı yerləşdirilib. 1939-cu il noyabrın 1-də Nizaminin qarşıdan gələn 1941-ci ilə təsadüf edən doğumunun 800 illiyi münasibəti ilə Azərbaycan hökumətinin qərarı ilə şairin xatirə muzeyini yaratmaq haqda qərar qəbul edilir. Nizami muzeyinin yaradılaraq, həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov Mikayıl Hüseynovun layihəsi ilə əsaslı təmir aparılıb, fasaddakı heykəllər quraşdırılıb, daha iki mərtəbə əlavə edilib. 1939-cu ildən sonra binada əsaslı təmir yenidənqurma işləri aparılmayıb, yalnız cari təmirlər həyata keçirilib. Muzey ekspozisiyasını qurmaq üçün müharibə illərində gərgin gedib. Amma muzey qapılarını tamaşaçı üzünə yalnız qələbədən sonra - 1945-ci il mayın 14-də açıb. İllər keçdikcə yalnız Nizaminin həyat yaradıcılığına həsr edilən bu muzey bütöv Azərbaycan Ədəbiyyatını mədəniyyətini əks etdirən unikal muzeyə çevrilib". R.Hüseynov vurğulayıb ki, prezident İlham Əliyevin təşəbbüsü qayğıları ilə əsaslı şəkildə yenidənqurma təmir işləri aparıldıqdan, tam yeni bir ekspozisiya yaradıldıqdan sonra artıq qapılarını tamaşaçıların üzünə açıb. "Muzey qapılarını tamaşaçı üzünə yalnız qələbədən sonra - 1945-ci il mayın 14-də açdığına görə muzeyin kütlələr üçün açılış gününü bu tarixə təyin etdik. Parisdə hər ayın ilk bazar günü muzeylər tamaşaçılara pulsuz xidmət edir. Biz bir ənənənin təməlini qoyduq. Hər ayın 14-də muzeyə gəliş açıq qapı prinsipi üzrə olacaq". Professor deyib ki, 2004-cü il dekabrın 30-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin muzeyə gəlişindən sonra 2005-ci ilin yayında hazırlanan layihələr əsasında əsaslı yenidənqurma təmir-bərpa işləri başlanıb. Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdisə, hazırda yeni ekspozisiyada 25 mindən çox eksponat yer alır. "Təmir yenidənqurmanın getdiyi müddətdə muzeydə daimi nəşr ediləcək 5 toplunun əsası qoyulub ilk cildləri işıq üzü görüb. Muzeyin bütün zalları kompyuterləşdirilib, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılıb, 3 dildə informasiya bazası yaradılıb, audio-video materialları seyr emək üçün 14 monitor dinləmə qurğularıyla təmin edilən xüsusi böyük zal təşkil edilib. Yaxın zamanlarda muzeydə daimi fəaliyyət göstərməyə başlayacaq, ölkənin ən parlaq insanlarını qovuşduran "Ziyalılar klubu"nun ilk yığıncağı olacaq. Muzeyin böyük zalında ayrı-ayrı yeni ekran əsərlərinin premyerası müzakirəsini, tematik şeir gecələrini keçirməyi düşünürük".

Sonra R. Hüseynov qonaqları muzeylə yaxından tanış edib.

Qeyd edək ki, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binası 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilib.

         

 

Firdovsi

 

Şərq.- 2009.- 19 may.- S. 5.