"Evrovizion-2009" qalmaqalı

 

"Milliyyət" ermənilərə "əriştə" kəsir

 

 Qəzet Aysellə Araşın diskvalifikasiya oluna biləcəyini yazıb

 

"Evrovizion-2009" mahnı yarışmasında Azərbaycanın uğurunu Ermənistan heç cür sinirə bilmir. Bədnam qonşularımız Azərbaycan təmsilçiləri Aysel Teymurzadə Araşın qələbəsinə kölgə salmaq üçün qarayaxmalara başlayıblar.   

Ermənistan iddia edir ki, müsabiqənin finalından öncə səsvermənin qaydaları ilə bağlı hazırlanmış video-çarxda sözügedən ölkənin qarşısında sıra nömrəsi yazılsa da, SMS nömrəsi guya yazılmayıb. Azərbaycan İctimai Televiziyası müsabiqənin final günü səsvermə zamanı ölkələr ifaçıların kod nömrəsi yayımlanarkən guya Ermənistanın kod nömrəsini efirə verməyib. Bu səbəbdən Azərbaycandan Ermənistana bir səs belə göndərilməyib. Əslində, bu məsələ bir neçə gündür ki, müzakirə mövzusudur. İctimai Televiziya Radio Yayımları Şirkəti isə srağagün keçirilən mətbuat konfransında bu məsələyə münasibətini bildirib. Şirkətin ictimaiyyətlə əlaqələr monitorinq şöbəsinin müdiri, "Evrovizion" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Məmmədov "Şərq"ə açıqlamasında səsvermənin obyektiv olduğunu burada hər hansı pozuntuya yol verilməsinin qeyri-mümkünlüyünü bildirmişdi: "Səsləri gizlətmək mümkün deyil. Səslər Almaniya İslandiyada hesablanıb səsvermədən öncə hər bir ölkəyə faksla göndərilib. Ona görə səsləri gizlətmək ehtimalı yoxdur. Ola bilsin, hansısa texniki nasazlıq üzündən səsvermə alınmasın. Amma ümumilikdə səsvermədə heç bir pozuntu olmayıb". T.Məmmədov həmçinin Ermənistan tərəfinin ittihamlarını da cavablandırıb. İTV rəsmisi qeyd edib ki, Ermənistan tərəfinin İctimai Televiziyanı məhkəməyə vermək istəyi çox yanlış bir şeydir: "Bütün Azərbaycan xalqı hansı nömrə ilə səs verəcəyini bilirdi. Əgər Ermənistanın kodu bilinməsəydi tamaşaçılar bundan xəbərsiz olsaydı, o zaman Azərbaycandan Ermənistan təmsilçilərinə 43 səs göndərilməzdi. Halbuki Azərbaycandan Ermənistana 43 səs göndərilib. Bu, rəsmi məlumatdır. Ancaq həmin 43 səs heç bir faiz göstəricisinə malik olmadığı üçün canlı yayımda açıqlanmayıb".

Dünənsə bu məsələ Türkiyə mətbuatında geniş yer alıb. Türkiyənin "Milliyyət" qəzeti bu mövzunu "Aysel & Araş diskvalifikasiya oluna bilir" başlığı altında manşetə daşıyıb.

"Evrovizion"da üçüncü olaraq böyük bir başarı yaxalayan Aysel Araş cütlüyü diskalifiye ola bilir. Azəri televiziyonunun yayıncılıq suçu sabit görülürsə, Hadisə üçüncülüyə yüksələcək" xəbərini verən qəzet yazır ki, Ermənistanın dövlətlərarası televiziya kanalı 54-cü "Evrovizion" mahnı yarışmasında Azərbaycanda yarışmanı yayımlayan İctimai Televiziyanın erməni mahnısının SMS nömrəsini bağladığını həmin nömrəyə səslərin göndərilməsinin qarşısını aldığını iddia edir. Ermənistan bununla bağlı "Evrovizion" şurasına rəsmi məktubla artıq müraciət edərək Azərbaycandan şikayətçi olduqlarını ifadə edib. Müraciətdə yarışmanın qaydalarına uyğun olaraq Azərbaycanın ya cərimə edilməsi, ya da yarışmanın nəticələrinin ləğvi istənilir (Sadəcə, bu maraqlıdır ki, "Milliyyət" qəzetinə düşüb, ermənilər üçün "əriştə kəsir"?! - M.R.).

Dünən məsələ ilə əlaqədar T.Məmmədovla təkrar əlaqə saxladıq. İTV rəsmisi "Şərq"ə açıqlamasında bildirdi ki, Ermənistan tərəfinin iddiaları tamamilə əsassızdır: "Ermənilər öz günahlarını ört-basdır etmək üçün belə hay-küy qaldırıblar. Bilirsiniz ki, səslərin açıqlanması zamanı erməni tərəfi əlində Azərbaycanın işğal altında olan ərazisindəki abidənin şəklini tutmuşdu. Bu, Dağlıq Qarabağdakı qondarma rejimin efirdə nümayişi idi. beynəlxalq normalara, AYB-nin qaydalarına tamamilə zidd hərəkət idi. Bir təxribat idi. Məlumdur ki, Ermənistan özünün təqdimat çarxına Dağlıq Qarabağdakı abidələri daxil etmək istəmişdi, lakin Azərbaycanın AYB- müraciətinin nəticəsi olaraq buna icazə verilməmişdi. Onlar isə öz istəklərini başqa variantda həyata keçirdilər. Bununla da qanunu pozdular. Buna görə Azərbaycan da Avropa Yayım Birliyinə qarşılıqlı iddia ilə müraciət edəcək. Qaldı ki, guya onların iddiası əsasında Azərbaycanın diskvalifikasiya ediləcəyinə, yaxud nəticələrin ləğvinə, bu, mümkün deyil. Məhkəməyə müraciət etmək istəyirlərsə, qoy etsinlər. Məhkəmə araşdırma apardıqda onların yalanı üzə çıxacaq. Azərbaycandan erməni təmsilçilərinə 43 səs göndərilib bu rəqəmlər AYB- bəllidir. Mən bir daha vurğulayıram ki, hansısa ölkənin SMS nömrəsini efirə verməmək, yaxud hansısa ölkənin kodunu bağlamaq mümkün deyil. 42 dövlətin yalnız 1 SMS nömrəsi var bütün iştirakçı dövlətlər bu nömrəni bilir ona səs göndərir. Bu proses Almaniyanın "Diaqame" şirkəti tərəfindən həyata keçirilir. Hansısa dövlətin ona müdaxilə imkanları yoxdur. Əgər ermənilər bu addımı atsalar, mən əminəm ki, məhkəmə həqiqəti üzə çıxaracaq Azərbaycanın haqlı olduğu bilinəcək. Onlar bu addımları ilə yalnız özlərini gülünc vəziyyətdə qoyacaqlar. artıq dediyim kimi, Azərbaycana qarşı iddia qaldırmaqla bizim uğurumuza kölgə salmağa çalışırlar özlərinin qanun pozuntusunu ört-basdır etmək istəyirlər".

 

      

Məlahət Rzayeva

 

Şərq.- 2009.- 21 may.- S. 8.