"17 il fəaliyyət göstərən
Əli Əhmədov:
"Bunlar bəzi hallarda məntiqə sığmayan bəyanatlar
verməkdən əl
çəkmirlər"
Azərbaycan- Ermənistan münaqişəsinin həll
olunması istiqamətində
vasitəçilik missiyasını
öz üzərinə
götürən həmsədr
ölkələrin uzun
müddət heç
bir nəticə əldə edə bilməməsi artıq ciddi narahatçılıq
doğurur. Siyasi partiyalar, ayrı-ayrı qurumlar həmsədrlərin
və ya missiyanın formatının
dəyişdirilməsini tələb
edirlər.
Dünən isə daha bir narazılıq
Yeni Azərbaycan Partiyasının icraçı
katibi, millət vəkili Əli Əhmədovdan eşidilib.
Millət vəkili parlamentdə çıxışı
zamanı və sonra jurnalistlərlə söhbətində həmsədrləri
ciddi tənqid atəşinə tutub.
"Azərbaycan-Ermənistan, Dağlıq
Qarabağ münaqişəsinin
nizama salınması məqsədi ilə yaradılmış Minsk Qrupunun
həmsədrlərinin təmsilçilərinin
bəzi hallarda bütövlükdə vasitəçilik
məntiqinə sığmayan
bəyanatları Azərbaycan
cəmiyyətini narahat
etməyə bilməz.
Azərbaycan münaqişənin
sülh yolu ilə həll olunmasının tərəfdarı
olduğunu dəfələrlə
bəyan edib və eyni zamanda
17 il fəaliyyət göstərən Minsk Qrupunun
işinin Azərbaycan
cəmiyyətini qane etmədiyi ilə bağlı fikirlər ölkə rəhbərliyi
səviyyəsində də
söylənilib. Hesab
edirəm ki, vasitəçilik missiyasını
üzərinə götürmüş
insanlar və qurumlar ilk növbədə
onların vasitəçilik
missiyasının həyata
keçirilməsi bu və ya digər
mənada kömək
edən istənilən
təşəbbüsü dəstəkləməyə borcludurlar.
Bu, onların vasitəçilik
missiyasının məntiqindən
irəli gələn həqiqətdir"
- Həmsədrlərin tez-tez
müxtəlif bəyanatlarla
çıxış etməsi
nədən qaynaqlanır?
- Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, bunlar bəzi hallarda məntiqə sığmayan bəyanatlar
verməkdən əl
çəkmirlər və
konkret olaraq Minsk Qrupunda Fransanı təmsil edən nümayəndənin Dağlıq
Qarabağ münaqişəsinin
nizama salınmasının
Ermənistanla Türkiyə
arasında sərhədlərin
açılması ilə
heç bir əlaqəsi olmadığı
haqqında bəyanatlar
səsləndirib. Azərbaycan
cəmiyyəti, ölkə
prezidenti bu iki məsələnin bir-biri ilə bilavasitə əlaqədar
olduğunu bildirib. Bu,
Azərbaycan cəmiyyətinin
mövqeyidir.
- Bəs nə üçün bu mövqeyə qarşı
belə münasibət
var?
- Hesab edirəm ki, belə mövqeyə
qarşı çıxılması
Minsk Qrupunun missiyasını
həyata keçirən
təmsilçi tərəfindən
səslənirsə, bu,
vasitəçilik funksiyasına
və missiyasına sığışmayan bir
hərəkətin həyata
keçirilməsi deməkdir.
Mən hesab edirəm ki, Milli Məclis və burada təmsil olunan deputatlar da Minsk Qrupunun həmsədrlərindən
və onların təmsilçilərindən bütövlükdə
nizamasalınma prosesinin
məntiqinə uyğun
gəlməyən bu cür vərdişlərdən
əl çəkməyi
onlara xatırlatmalıdırlar.
Bu vərdişlər prosesin
gedişinə müsbət
yox, mənfi təsir göstərir.
- Həmsədrlər heç
bir qurumun münaqişənin həlli
istiqamətində irəli
sürdüyü təşəbbüsü
dəyərləndirmək belə istəmirlər.
- Münaqişənin nizama
salınması istiqamətində
kiminsə və yaxud hansısa bir qurum tərəfindən
müsbət təşəbbüs
irəli sürülürsə,
onlar gərək bunu dəstəkləsinlər.
Ancaq biz bunun əksini görürük.
Bir neçə dəfə bu təkrar olunub. O cümlədən də Birləşmiş Millətlər
Təşkilatında Azərbaycanın
təşəbbüsü ilə münaqişə ilə bağlı məsələ müzakirə
olunanda həmsədrlər
tamamilə əks mövqe tutdular. Digər bir halda Türkiyə ilə Ermənistan arasında sərhədlərin
açılması məsələsinin
Dağlıq Qarabağ
münaqişəsinin nizama
salınması ilə
əlaqələndirildiyi barədə
bəyanatlar səsləndirildikdə
Fransanı təmsil edən nümayəndə
tamamilə fərqli mövqe ortaya qoyub. Vasitəçilik məntiqindən çıxış
etsək, istər-istəməz
bu fikrə gəlinməli idi ki, Fransanı təmsil edən nümayəndə bunu dəstəkləməli idi.
Mən hesab edirəm ki, həmsədrlər bütün
yaxşı təklifləri
dəstəkləməyə borcludurlar. Bu, onların üzərinə düşən
missiyanın məntiqindən
irəli gələn borcdur ki, biz bunu görmürük.
- Azərbaycan və Ermənistan prezidentlərinin
Sankt-Peterburq görüşündən
nəsə gözlənilirmi?
Belə bir fikirlər səslənir ki, münaqişə ilə bağlı baza prinsipləri razılaşdırıla bilər.
- Hər bir görüş
keçirilirsə, demək,
o görüşdən nəsə
gözləməyə dəyər.
Aəzərbaycan münaqişənin
nizama salınması üçün bütün
addımları atır,
amma təəssüf
hissi ilə qeyd etmək istəyirəm ki, bu, indiyədək həll olunmayıb.
- Həmsədrlər 2009-cu ildə
münaqişənin həlli
istiqamətində müsbət
irəliləyişlərin olacağını bildiriblər.
Sizcə, Azərbaycanın
xeyrinə hansısa müqavilənin imzalanması
gözlənilirmi?
- Bütün münaqişələr,
o cümlədən Dağlıq
Qarabağ münaqişəsi
də mürəkkəb
münaqişədir və
bunun həll olunması da səylər, böyük
zəhmət tələb
edir. Amma bizim bütün niyyətlərimiz ondan ibarətdir ki, münaqişə tezliklə
həll olunsun. Azərbaycan qədər münaqişənin tezliklə
həll olunmasına çalışan tərəf
yoxdur.
- Dəfələrlə həm
müxalifət partiyaları,
həm də hakim partiyanın nümayəndələri
bu cür fikirlər səsləndirirlər,
amma həmsədrlərin
mövqeyi dəyişmir.
Missiyanın formatında
dəyişiklik ola bilərmi?
- Mən belə hesab edirəm ki, vasitəçilər öz missiyasını yerinə yetirməyi sadəcə olaraq regiona səfər etmək və bəyanat verməkdə görməməlidirlər. Azərbaycan
prezidenti bunu deyib. İşlər görülüb və bunu qiymətləndirməmək
olmaz. Amma fakt bundan ibarətdir
ki, münaqişə
həll olunmayıb, işğal altında olan torpaqlarımız azad edilməyib. Ona görə də biz Minsk Qrupunun bütövlükdə fəaliyyətinə
qiymət verərkən
həm tərəflərin
mövqelərinin yaxınlaşdırılması
istiqamətindəki səylərinə
və o səylərin
müəyyən nəticələrinə,
həm də reallığın indiyə
qədər dəyişilməməsinə
istinad edərək
biz öz mövqeyimizi
bildiririk. Mənim yanaşmam bundan ibarətdir ki, əgər bir qurum uzun müddət
öz vəzifəsini
yerinə yetirə bilmirsə, ən azından formatının
dəyişdirilməsi haqqında
düşünmək lazımdır.
Rəşad Baxşəliyev
Şərq.- 2009.-23 may.- S. 5.