Azərbaycan ABŞ-a hesabat təqdim edib

 

Sənəd Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektlərini əks etdirir

 

 Vaşinqtonda keçirilən "Azərbaycan-ABŞ: 11-ci təhlükəsizlik dialoqu" çərçivəsində Azərbaycan tərəfi Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektlərini əks etdirən hesabat təqdim edib. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ-ın Milli Mətbuat Mərkəzində dialoqun nəticələrinə dair keçirdiyi brifinqdə bu açıqlamanı verib.  

Nazir müavini 1996-cı ildən başlayan Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu çərçivəsində bu il aparılan müzakirələr barədə açıqlama verib. Qeyd edək ki, nazir müavini Araz Əzimov ABŞ dövlət katibinin siyasi hərbi məsələlər üzrə müavini Endrü Şapironun həmsədrliyi altında keçirilən müzakirələrdə nümayəndə heyətləri bölgədə kütləvi qırğın silahlarının, narkotik maddələrin dövriyyəsinin yayılmasının qarşısının alınması, terrorla mübarizə, Xəzər hövzəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, ABŞ-ın bölgədəki maraqları digər məsələlər müzakirə edilib. Həmçinin tərəflər bu sahələr üzrə ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi yollarını da nəzərdən keçiriblər. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Vaşinqtonun hüquq ekspertləri XİN-in hazırladığı Dağlıq Qarabağ münaqişəsinin hüquqi tərəfini açıqlayan hesabatla tanış olublar. Onlar birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyini bildiriblər. Araz Əzimovun sözlərinə görə, Ermənistanın danışıqlarda əsas gətirdiyi "öz müqəddəratını təyinetmə" prinsipi "ərazi bütövlüyü" ilə ziddiyyət təşkil etməməlidir. "Azərbaycan tərəfi güzəşt kimi öz sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının statusunun müəyyən edilməsi məsələsinə baxmağa hazırdır. Lakin bu proses bölgədən didərgin salınan 70 min nəfər azərbaycanlı icmasının iştirakı olmadan baş tuta bilməz". Daha sonra nazir müavini münaqişənin nizamlanması prosesində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə toxunub. Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın münaqişənin həll edilməsi üçün daha çox səy göstərəcəyinə ümidvar olduğunu bildirib. "Biz indi bölgənin sabitliyi təhlükəsizliyi üçün nəticələrin tələb olunduğu bir anda yaşayırıq" deyən Araz Əzimov Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinə toxunub. Nazir müavini Ermənistan-Türkiyə sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinə aid olmadığını düşünənlərə bölgədəki proseslərə ehtiyatla yanaşmağı tövsiyə edib.

     

 

Vüsalə

 

Şərq.- 2009.- 7 noyabr.- S. 2.