“Azərbaycan Macarıstan mədəniyyətlərin dialoqu"
Budapeştdə dördüncü Beynəlxalq Elmi konfrans keçirilib
Budapeştdə Azərbaycan-Macarıstan mədəniyyətlərin
dialoqu" silsiləsindən dördüncü Beynəlxalq Elmi konfrans
keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyi və Diasporla iş
üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi,
AMEA-nın İqtisadiyyat İnstitutunun və Macarıstan EA Dünya İqtisadiyyatı
İnstitutunun, eləcə də Macarıstan- Azərbaycan parlamentlərarası
dostluq qrupunun iştirakı üzrə keçirilən konfransda əsasən
iqtisadiyyat, hüquq və siyasi məsələlər müzakirə
edilib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
"Şərq" o bildirib ki, konfransda ilk olaraq çıxış edən Azərbaycanın
Macarıstandakı səfiri Həsən Həsənov bildirib ki, bu
konfrans iki ölkə arasında elmi forumlar silsiləsində keçirilən
sayca dördüncü tədbir olsa da, macarıstanlı və azərbaycanlı iqtisadçı alimlərin
iştirak etdiyi ilk forumdu. Qeyd edək ki, tədbirdə çıxış edən
Macarıstanın xarici işlər naziri Peter Balajin təbrik məktubu
göndərilib. Azarbaycanın iqtisadi inkişafı barədə danışan
AMEA-nın iqtisadiyyat İnstitutunun direktoru İsa Əliyev ölkənin
iqtisadi strategiyasının formalaşmasında milli lider Heydər Əliyevin
rolunu və fəaliyyətini xatırladaraq bu xəttin indi də
davam etdirildiyini bildirib. Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun
direktoru Andraş İnotai isə rəhbərlik etdiyi institutda Dünya
iqtisadiyyatının durumu, eləcə də ayrı-ayrı ölkələrin
iqtisadi vəziyyətinə dair araşdırmalar aparıldığını bildirib.
Qeyd edək ki, tədbirdə hər iki ölkədən
olan iqtisadçı alimlər çıxış ediblər. Sonra konfrans iştirakçılarına
Azərbaycan haqqında sənədli film nümayiş etdirilib. Qeyd edək
ki, Dördüncü Elmi konfransın "Tarix, arxeologiya, etnoqrafiya,
linqivistika" bölməsi noyabrın 17-19-da keçiriləcək.
Vüsalə
Şərq.- 2009.- 10 noyabr.- S. 4.