Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi başladı

 

 Layihə dünyada başlayan böhranın fəsadları nəzərə alınmaqla hazırlanıb

 

Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Dünənki iclasda baş nazir Artur Rasizadə, nazirlər komitə rəhbərləri, başqa hökumət üzvləri iştirak ediblər. 

İlk çıxış edən spiker Oqtay Əsədov bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, makroiqtisadi göstəricilərdə özünü hərtərəfli göstərir: "Son dövrlərdə dünya iqtisadiyyatında maliyyə bazarlarında yaranan böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını mənfi proseslərə qaşrı müqavimət qabiliyyətini qoruyub saxlayıb. Bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulda 6 faizdən çox artım qeydə alınıb. Bu da dünya ölkələri arasında ən yüksək göstəricilərdən biridir".

 

"İlk dəfə strateji valyuta ehtiyatları 19 milyard dollardan artıq olub"

 

Spiker qeyd edib ki, Azərbaycan tarixində ilk dəfə strateji valyuta ehtiyatları bu il 19 milyard dollardan artıq olub. MM sədri bildirib ki, 2010-cu ilin büdcəsi 2008-ci ildə dünyada başlayan böhranın fəsadları nəzərə alınmaqla hazırlanıb, neftin qiyməti isə dövrün reallıqları dünyanın enerji bazarlarında gözlənilən dəyişikliklər əsas götürülərək hesablanıb.  

Spikerin sözlərinə görə, 2010-cu ilin büdcəsi sosialyönümlü, investisiya tutumlu müdafiə xarakterlidir: "Göstərilən bu istiqamətlərdən birinə üstünlük verilsə, cəmiyyətdəki sosial-iqtisadi tarazlıq pozula bilər".

 

Büdcənin gəlirləri 10 015 mln, xərcləri isə 11 264 mln. manat nəzərdə tutulub

 

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə geniş məruzə ilə çıxış edib. Komitə sədri bildirib ki, Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsi sosial müdafiə yönümlüdür. Dövlət büdcəsinin layihəsinə əsasən, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat həcmində nəzərdə tutulub ki, nəticədə, gələnilki dövlət büdcəsində 1 249 mln. manat həcmində kəsirin yaranacağı gözlənilir. Növbəti il üçün inflyasiyanın 3 faiz proqnozlaşdırıldığını deyən Z.Səmədzadə son illər hökumətin inflyasiyanın cilovlamaq istiqamətində gördüyü tədbirlərin nəticə verdiyini qeyd edib.

 

Neftin qiyməti 45 dollardan götürülüb

 

Sonra iclasda büdcə ilə bağlı Maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, sənəd hazırlanarkən dünya iqtisadiyyatında, həmçinin beynəlxalq maliyyə bazarlarında baş verənlər, neftinenerji daşıyıcılarının qiyməti, beynəlxalq maliyyə təşkilatlarının proqnozları nəzərə alınıb. Neftin qiyməti 45 dollardan götürülüb. Nazirin fikrincə, 2010-cu ildə bir sıra vergi növü üzrə vergi dərəcələrinin azaldılması, sadələşdirilmiş vergitutma dövriyyəsinin 90 mindən 150 min manata çatdırılması planlaşdırılır.

 

Təhsil xərclərinə 1 276,8, müdafiə xərclərinə isə 1 205,8 milyon manat nəzərdə tutulub

 

Nazir bildirib ki, büdcənin xərclərinin 6 590 milyon manatı cari xərclərə, 4 387 milyon manatı əsaslı xərclərə, 87 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Cari xərclərin tərkibində sosial müdafiə sosial təminat xərclərinin xüsusi çəkisi 10.6 faiz, təhsil xərclərinin xususi çəkisi 11.3 faiz, səhiyyə 4.3, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri idman xərclərinin xüsusi çəkisi 1.5 faiz təşkil edəcək. Bundan başqa, 2010-cu ilin dövlət büdcəsində 1 276,8 mln. manat həcmində təhsil xərcləri, 1 205,8 mln. manat həcmində müdafiə xərcləri, 1 192,3 mln. manat həcmində sosial müdafiə sosial təminatı xərcləri, 1 042,3 mln. manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 mln. manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 mln. manat həcmində səhiyyə xərcləri nəzərdə tutulub.

 

Şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 8 milyon manat ayrılıb

 

Nazirin sözlərinə görə, 2005-ci illə müqayisədə 2010-cu ildə təhsil xərcləri 3 dəfə, səhiyyə xərcləri 4.2 dəfə, mədəniyyət, incəsənət KİV idman xərcləri 3.4 dəfə artıb. 2010-cu ildə həmin sahələr üzrə bir sıra proqramın tədbirlərin, elmi-tədqiqat layihələrinin, o cümlədən prezident yanında yeni yaradılmış Elmin İnkişafı Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 8 milyon manat vəsait nəzərdə tutulub.

Kənd yerlərinin təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc müəllimlər üçün davamlı olaraq dövlət büdcəsindən 2.5 milyon manat vəsait ayrılıb.

 

KİV-ə dövlət yardımı xərcləri üçün 2 milyon manat veriləcək

 

Samir Şərifov bildirib ki, ölkədə aztəminatlı ailələrin əhalinin sosial təminatını yaxşılaşdırılması istiqamətində davamlılığın təmin edilməsi məqsədi ilə 2010-cu ilin dövlət büdcəsindən əmək pensiyalarının baza hissəsinin maliyyələşdirilməsinə 1 milyard 59 milyon manat, ünvanlı sosial yardımın maliyyələşdirilməsinə isə 354 milyon, qaçqınların məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərə 182.3 milyon manat vəsait yönəldiləcək. QHT-lərə dövlət qayğısını gücləndirmək məqsədi ilə 2.8 milyon manat, kütləvi informasiya vasitələrinə dövlət yardımı xərcləri üçün isə 2 milyon manat vəsait ayrılıb.

      

 

Rəşad Baxşəliyev

 

Şərq.- 2009.- 11 noyabr.- S. 3.