YAP təşviqat kampaniyasına başlayıb
Hakim partiya
budəfəki bələdiyyə seçkilərində
qadınların və gənclərin namizədliyinə üstünlük verəcək
Yeni Azərbaycan Partiyası bələdiyyələrdə həm
qadınların, həm gənclərin xüsusi çəkisinin artırılması istiqamətində təşviqat
kampaniyasına başlayıb.
Bu barədə jurnalistlərə
açıqlamasında məlumat verən YAP İcra katibi, millət vəkili Əli Əhmədov deyib ki, partiya tərəfindən
irəli sürülən namizədlər arasında
30-35 faiz qadınlar və təxminən bu qədər də gənclər təmsil olunurlar:
"Bizim apardığımız təhlil nəticəsində
məlum olub ki, mövcud bələdiyyələrdə
qadınların və gənclərin xüsusi çəkisi həddindən artıq aşağıdır. Təxminən 3-4 faiz civarında qadınlar və elə bundan o qədər fərqlənməyən
sayda gənclər bələdiyyələrin sıralarında
təmsil olunurdular.
Təbiidir ki, bu, nə qadınların, nə də ki, gənclərin Azərbaycan cəmiyyətinin
ictimai həyatında tutduğu yerə, demoqrafik çəkisinə və xüsusiyyətinə uyğun gəlmirdi".
Partiyanın seçki kampaniyası nəticəsində
irəli sürülən namizədlərin bələdiyyə
üzvlüyünə seçilməsinə
çalışacağını vurğulayan icra katibi həmçinin
əlavə edib ki, bu, insanların
onlara verdiyi səslərdən asılı olacaq: "Amma hər halda bizim irəli sürdüyümüz namizədlərin
siyahısında gənclər
və qadınlar geniş təmsil olunduğundan, bələdiyyə
seçkiləri nəticəsində
insanların verdiyi səslərin nəticəsində
də YAP-nin irəli sürdüyü namizədlər arasında bələdiyyəliyə üzv
seçilənlərin içərisində
qadınlar və gənclərin xüsusi çəkisinin yüksək olacağına inamımız var". Partiyanın Azərbaycanda bütün bələdiyyələrə namizəd
irəli sürmək niyyətində olduğunu açıqlayan Ə.Əhmədov
deyib ki, Azərbaycanda 1700-dən artıq
bələdiyyələrə seçkilər keçiriləcək
və həmin bələdiyyələrə təxminən
20 minə yaxın namizəd irəli sürüləcək: "Güman edirəm ki, bir neçə gün
ərzində
Ə.Əhmədov müxalifətin seçki hazırlığından da danışıb. Millət vəkili artıq neçə illərdir ki, Yeni Azərbaycan
Partiyasının müxtəlif seçkilərdə özünə hər hansı problem yaradan rəqiblə qarşılaşmadığını qeyd edərək partiyanın ciddi rəqiblərin meydanda olmasını istəyir: "Bu, bir yandan bizim üçün
yaxşıdır, ona görə ki, seçkilərdə
biz asanlıqla nailiyyətlər
və uğurlar qazanırıq. Digər tərəfdən isə biz bir partiya olaraq istərdik ki, ciddi rəqiblər olsun ki, onlarla
ciddi mübarizə nəticəsində qələbə
qazana bilək".
Ə.Əhmədov deyib ki, indiki bələdiyyə seçkilərində isə hələlik müxalifət partiyaları tərəfindən
ciddi şəkildə seçki prosesinə qatılacaqları ilə bağlı bəyanatlardan savayı hər hansı addımlar müşahidə olunmur. Onun sözlərinə görə,
biz keçən bələdiyyə
seçkilərində olduğu
kimi, yenə də müxalifət partiyalarının namizəd irəli sürməsi ilə bağlı çətinliklərlə üzləşdiyi
müşahidə edilməkdədir.
Nəsimi
Şərq.- 2009.- 15 oktyabr.- S. 3.