60 yaş nədir
hələ?
Bu gün görkəmli akademik İsa Həbibbəylinin
60 illik yubileyidi
Dünyada elə insanlar var ki, onlar
Tanrının onlara verdiyi ömür payını
tək özləri üçün deyil, daha
çox ətrafdakı insanlar üçün yaşayırlar.
Belə sadə insanlardan biri, hər zaman təvazökarlığı və insanların problemlərinə həssaslığı
ilə seçilən akademik İsa Həbibbəylidi. Bu gün NDU-nun rektoru, millət vəkili, akademik İsa Həbibbəylinin
60 yaşı tamam olur.
1949-cu ilin oktyabrın 16-da Naxçıvan MR-in Şərur rayonunun Dan yeri (Danzik) kəndində göz açan İsa
müəllimin çox maraqlı həyat yolu olub. 1967-ci
ildə o vaxtkı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olan İsa Həbibbəyli
tələbəlik illərində
ictimai tədbirlərin
aktiv iştirakçılarından olub. Elə "Dünya vəfasız
deyil", "Mənim
şəhərim" adlı ilk
şeirləri məhz tələbəlik
illərindən mətbuata yol alıb. Tələbəlik
illərində qələmə aldığı bədii publisistik
yazıları "Şərq
qapısı"nda nəşr olunub. Taleyin
onu akademik Məmmədcəfər Cəfərovla
qarşılaşdırması isə bu cavan
və istedadlı gəncin elm
yolunda sanki yaşıl işıq olur. Ali məktəbi bitirəndən sonra bir müddət
müəllimlik fəaliyyəti ilə məşğul olan
İsa Həbibbəyli
1973-cü ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. 1980-ci ildə "XX əsrin əvvəlləri Azərbaycan
romantik lirikası" mövzusunda namizədlik, 1996-cı ildə isə Nizami adına Ədəbiyyat İnstitutunun
Elmi Şurasında "Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri"
adlı doktorluq işi müdafiə edib. "Ədəbiyyat nəzəriyyəsi"
və "Ədəbi yüksəklik" adlı kitabları nəşr olunub. 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin
elmi işlər üzrə prorektoru, 1995-ci ildə Naxçıvan Atatürk Araşdırma
Mərkəzinin rəhbəri seçilib. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin
rektorudu. 1997-ci ildə Naxçıvan Ali Məclisinin deputatı seçilib. Ədəbiyyat sahəsindəki
araşdırmaları, xüsusi ilə
də görkəmli ədib Mirzə Cəlil
Məmmədquluzadənin irsinin araşdırılması sahəsindəki müstəsna xidmətləri olan İsa Həbibbəyli
bu gün təkcə
Azərbaycanda deyil, həm
də dünyada görkəmli cəlilşünas alim kimi tanınır. Onun elmi fəaliyyəti
ilə yanaşı, rəhbərlik etdiyi ali məktəbin dünyada tanıdılması sahəsində də xüsusi
xidmətləri var. Bütün bunların nəticəsidir ki, Naxçıvan MR-in
yaranmasının 85 illiyi münasibəti
ilə Muxtar Respublikanın inkişafındakı xidmətlərinə
görə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən
ən yüksək mükafat "Şərəf"
ordeni ilə təltif edildi.
Dostları - görkəmli
ziyalı, sadə və təvazökar insan olan İsa
müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı
və uğurlar arzu edərək "60 yaş nədir hələ?" - deyirlər.
Şərq.- 2009.- 16 oktyabr.- S. 6.