XOCALI FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI LİTVA RESPUBLİKASI SEYMİ ÜZVLƏRİNİN AVROPA PARLAMENTİNƏ MÜRACİƏTİ

Vilnüs şəhəri, 25 fevral 2012-ci il.

Bu ilin fevralın 25-də yad dövlətlərin silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölməsində yerləşən Xocalı şəhərinə soxulmasının burada əksəriyyəti qadın, qoca uşaqlardan ibarət olan 613 nəfər dinc şəhər sakinini vəhşiliklə qırmaqlarının 20 ili tamam olur.

Litva xalqı Azərbaycan xalqının ağrısını yaxşı başa düşür təəssüflə qeyd edir ki, keçmiş Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi hüquqi baxımdan  dəyərləndirilməsindən fərqli olaraq Xocalı faciəsinin təqsirkarları indiyə qədər cəzalandırılmayıblar.

Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım günündə, məhv edilmiş əhalinin doğmalarının həmçinin bu fəlakətə məruz qalanların dərdinə şərik olduğumuzu bildiririk onlara səmimi-qəlbdən baş sağlığı veririk, bütün Azərbaycan xalqına isə həmrəylik duyğularımızı ifadə edirik.

Biz – Litva Respublikaı Seyminin üzvləri, hazırda davam edən münaqişəyə diqqəti cəlb edərək vurğulayırıq ki, Avropa Parlamentində 20 may 2010-cu il tarixində qəbul edilmiş 2216 saylı Rezolyusiyanı əhəmiyyətli sənəd kimi qiymətləndiririk bu sənəddə təcavüzkarın hərəkətlərinə verilmiş mənəvi siyasi dəyərləndirmələrə tərəfdar olduğumuzu izhar edirik həmin sənəddə təsbit edilmiş prinsipial müddəaların yerinə yetirilməsi üçün dəstək verdiyimizi bildiririk.

İnanırıq ki, Xocalı faciəsinə Avropa Parlamentində siyasi qiymət veriləcək bu qanlı hadisələr Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul olunacaqdır.

Sizinlə birlikdə ümidvarıq ki, Avropa Parlamentinin sözügedən Rezolyusiyasının tələbləri yerinə yetirələcək bu yolla tarixi ədalət bərpa olunacaq, qonşu xalqların münaqişəsi isə keçmişin tutqun üzüntülü səhifələri kimi xatırlanacaqdır.

Litva Respublikası Seyminin üzvləri:

Emanuelis ZİNGERİS                    

Egidiyus VAREYKİS

Arunas VALİNSKAS

Arturas MELYANAS

Arminas LİDYAKA

Valentinas STUNDİS

Mantas VARAŞKA

Daynyus BUDRİS

Pyatras AUŞTRYAVİÇYUS

10.  Andryus BURBA

11.  Kazimieras KUZMİNSKAS

12. Rimantas SİNKYAVİÇYUS

13.Vityanis Povilas ANDRYUKAYTİS

14.Vitautas GALVONAS

15. Gintaras SONGAYLA

16. Ritas KUPÇİNSKAS

17. Kazimieras UOKA

18. Gediminas NAVAYTİS

19. Aureliya STANSİKİENE

20. Pyatras LUOMANAS

21. .Arune STİRBLİTĖ

Litva dilindən tərcümə edəni: Litva azərbaycanlıları cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının rəhbəri, Azərbaycanın əməkdar jurnalisti Mahir Həmzəyev.

 

Vilnüs, 25 fevral 2012-ci il.

www.slaptai.lt xəbərlər portalı.- 2012.- 25 fevral.