Gəzdirirsən
Özünü düz tanıdıb,
içdə yalan gəzdirirsən,
İçkidən "tövbə" edib
saxta iman gəzdirirsən.
Qatılıb sərxoş
insanlar yığışan
məclisə sən,
Şərabdan hallanaraq başda duman gəzdirirsən.
Qızışıb şirə
dönürsən - iç
üzün aşkar olur,
Tövbəni batil edən müqəvva can gəzdirirsən.
Tamahın üstələyib
misri qılınc kəsərini,
Şəraba kölə olub, gah da ki
qan gəzdirirsən.
İtirib heysiyyəti,
həm də ədəb-ərkanı sən,
İçi boş bir cəsədi
özünə şan
gəzdirirsən.
Aldadıb pak tanıdıb özünü
dosta-tanışa,
Yalanın faş olanda əfi-ilan gəzdirirsən.
İmanın, insanlığın...
nəyin var - tamah girovu,
Sən çoxu dağıtmısan,
azı qurban gəzdirirsən.
Yoluna göz dikənlər fəryad çəkir, qan ağlayır...
Çünki bu fəlakəti gizli, pünhan gəzdirirsən.
Səfərli nigarandır
bu qorxulu taleyindən,
At tamah yükünü ki, görək vicdan gəzdirirsən!
Məni
Müdirimiz qonaq etdi bir istəkan
çaya məni...
Heyrətləndim, ey İlahi, nədən salıb saya məni?!
Peysərin də qaldırmazdı hər gün salam
verəndə mən,
Bu gün
sanki aparacaq təmtəraqlı toya məni!
Söhbət açdı
bu dünyanın
"bivafa kəc rəftar"ından...
Yaman məftun
eyləmişdi bu
"səxavət" "sayə" məni!
Qarabağın işğalından
çox danışdı
"yana-yana",
Tapıb zəif
damarımı, hey basırdı
qıya məni!
Təbriz, Zəncan,
Marağanın həsrətindən
"kövrəldi" də,
Ərdəbildən çox
danışdı... gah
"apardı" Xoya
məni!
Deyəndə ki, dünya
Qəfil yaman diksindirdi nitqindəki riya məni!
Demirdi ki, rüşvət ilə kaşanələr yaratmışam-
Hiyləgər söz-söhbətinə
eləmişdi "dayə"
məni!
Demə, gələn
yoxlamalar cinayətin açıb-tökmüş...
Söz-söykəyi etmək
imiş harayına-haya
məni!
Niyazxan Səfərli
Təzadlar.- 2010.- 6 aprel.- S.15.