"Nazim Hikmət - poeziya poetika"

 

Martın 26-da Moskvada Millətlər Evində Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri, "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin prezidenti, professor Tofiq Məliklinin görkəmli türk şairinin həyat yaradıcılığına həsr olunmuş "Nazim Hikmətin  poeziya poetikası" adlı kitabının təqdimatı keçirilmişdir.

Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Türkiyənin Moskvadakı səfiri Xəlil Akıncı, Millətlər Evinin direktoru P.İ.Lempert, tarixçi alim, professor R.N.İvanov, İslamşünas, professor Qasım Kərimov, "Ocaq" Cəmıyyətinin, Yazıçılar Birliyi Moskva bölməsinin üzvləri, ziyalılar, tələbərər, aspirantalar iştirak etmişlər. 

Şair-tərcüməçi İ.Bədəybəyli giriş sözü ilə məclisi açaraq əvvəlcə müəllifə sonra da arzu edənlərə çıxış üçün söz verdi. Professor T.Məlikli N.Hikmətlə şəxsən tanış olduğundan canlı xatirələrlə bərabər, həm onun XX əsr dünya poeziyasının ən parlaq nümayəndələrindən biri kimi, xalqının azadlığı, gələcəyi yolunda yorulmaz bir mübariz olduğunu, yaradıcılığının Əkbər Babayev, Radiy Fiş s. kimi bir çox görkəmli alimlər tərəfibdən tədqiq olunduğunu, bu əsərində isə daha çox Nazimin şeiri poetikası incələndiyini bildirərək, kitab haqqında tənqidi fikirləri qəbul etməyə hazır olduğunu söylədi.

Anar Moskvada yaşayan azərbaycanlı Rusiya ziyalılarının ona qarşı xoş münasibətləri olduğunu qeyd etməklə bərabər, bir zamanlar Tofiq Məlikli ilə Türkiyə universitetlərində çalışdıqlarını dostluq etdiy günləri xatırlayaraq, böyük türk şairinin həyat yaradıcılığına həsr olunmuş yeni kitaba yüksək qiymət verdi.

Moskva Dövlət Dilçilik Universitetində oxuyan tələbə aspirantların Nazim Hikmətin şeirlərini türk dilində ifaları hamını heyran etdi.

İş adamı Azərbaycan Diasporunun tanınmış nümayəndələrindən olan Rafiq Qafarov bu elmi kitabın həm çox oxunaqlı olduğunu, şairin həyatından məlumatlarla zəngin olduğunu özü üçün çox maraqlı yeni məlumatlar öyrəndiyini dedi.

Türkiyənin Rusiyadakı səfiri Xəlil Akıncı özünün poeziya vurğunu olduğunu bildirərək, qadağan olunmasına baxmayaraq, hələ uşaqlıqdan Nazim Hikmətin şeirlərinin əlyazmalar şəklində Türkiyədə gizli yayıldığını, oxunduğunu sevildiyini bildirdi. O, qeyd etdi ki, "siyasəti sənətdən ayırmaq lazımdır. Türkiyənin böyük şairinin bütün dünyada qəbul edildikdən sonra öz vətənində qəbul olunması başlandı. İstanbulun Gülhanə parkında şairin şərəfinə Ceviz ağacları əkiləcək, park salınacaq". Səfir Tofik Məliklinin elmi əsərinə yüksək qiymət verərək bu kitabın həm tərcümə olunaraq türk oxucularına çatdırılmasını vacib bildi.

Şair Sultan Mərzili çıxışında Nazim Hikmətin yeni türk şeirinin yaradıcılarından olan Orxan Vəli ilə birlikdə həm Azərbaycan şeirinə Rəsul Rzadan başlayaraq bugünkü gənc müəlliflərə kimi, təsir göstərdiyini, Azərbaycan poeziyası ilə bağlılığını qeyd etdi. Nazim Hikmətin bir insan kimi faciəsini isə xalqının halına acıyan böyük şairin başqa bir sahəyə, siyasət aləminə baş vurması ilə bağladı. Şairlər xalqının halına yandıqca Xaqani kimi, Nəsimi kimi faciələrə gəlib çıxır, yəni siyasət poeziyadan tamam başqa bir sahədir.

Kitabdan bəhs edən S.Mərzili T.Məliklinin geniş tədqiqat materiallarından istifadə etdiyini, şairin yaradıcılıq laboratoriyasını yaxından araşdırdığını, onun inkişaf yollarını, uğur büdrəmələrini tədqiq etdiyini bütovlükdə XX əsr türk poeziyasının sanballı tədqiq olunduğunu qeyd etdi. Nazim Hikmətin yeni türk poeziyasına, onun nəzəri praktik inkişafına təsirini göstərməklə bərabər, həm bu kitabın elmi dəyərindən əlavə poeziyasevərlər üçün praktik əhəmiyyətli bir kitab olduğunu bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin qocaman üzvü, yazıçı, tarixçi alim, Böyük Vətən müharibəsinin veteranı Əbdül Hüseynov Nazim Hikmətlə bağlı maraqlı xatirələrindən danışaraq sonda Nizami Gəncəvi, Sultan Səlahəddin Xaqani Şirvani haqqındakı bədii-tarixi əsərlərini səfirə hədiyyə etdi.

Azərbaycan Beynəlxalq Bankının məsul işçisi, tanınmış ziyalı Azər Səfərov  belə müzakirələrin, təqdimatların çox böyük tərbiyəvi əhəmiyyətinin olduğunu qeyd etdi.

Sonda müəllif çıxış edərək qonaqlara iştirakçılara təşəkkürünü bildirərək, yeni kitabını hədiyyə etdi. Qonaqlar müəlliflə xatirə şəkilləri çəkdirdilər. 

 

 

Sultan Mərzili

 

Təzadlar.- 2010.- 24 aprel.- S.13.