"Erməni vandalizmi"  kitabının təqdimatı keçirildi

 

Ötən şənbə günü Rəşid Behbudov adına Mahnı Teatrında Rusiya Federasiyasının (RF) Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun  Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə şair-publisist, ictimai-siyasi xadim Mirkazım Seyidovun "Erməni vandalizmi" adlı publisistik kitabının təqdimat mərasimi keçirildi.

Müəllifın adı çəkilən kitabı RF-nin "Pritinq" nəşriyyatı tərəfindən üç dildə - rus, ingilis, azərbaycan dillərində nəfis şəkildə, 3000 nüsxədə çap edilib. Dünya siyasət düzəninin indiki həssas, erməni təbliğat maşının məmləkətimizə, eyni zamanda bütöv türk dünyasına qarşı başladığı uydurma uydurma olduğu qədər gülünc iddialarının ayaq tutub yerimək istədiyi bir zamanda ərsəyə gələn "Erməni vandalizmi" kitabı müəllifin, eləcə milli ləbliğatımızın uğuru kimi dəyərləndirilə bilər.

Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, "Erməni vandalizmi" kitabı işıq üzü gördükdən sonra Mirkazım Seyidovun dövlətimiz, millətimiz, türk dünyası qarşısında yerinə yetirdiyi bu mənəvi borc RF-də hələ geniş nüfuz dairəsinə malik erməni lobbiçiliyinin, millətçi ünsürlərinin təziq təqibinə məruz qalıb. Düşmən təbliğatı dayaqlarının bunca narahatçılığı təbii ki, səbəbsiz deyil. Kitabda heç bir milli kökə malik olmayan "erməni", "hay" adlı etnik dəstənin zaman-zaman özgə gücləri hesabına dünyaya ö/zünü millət kimi sırımaq cəhdlərini alt-üst edən tarixi faktlar yetərincədir.

Bir çox Qərb dövlətlərinin, Türkiyənin Baş naziri  R.T.Ərdoğanın dediyi kimi, "ermənistan adlı məkanı xəritədə göstərə bilməyən" siyasətbazları tərəfindən qondarma "soyqrım" iddialarının tanındığı, ABŞ-ın ermənipərəst konqresmenlərinin prezident Obamaya xüsusi müraciət ünvanladığı bir məqamda "Erməni vandalizmi" kitabı bəlkə mühüm siyasi hadisədir. Hələlik kiçik tirajla işıq üzü görən belə bir gərəkli sənədin daha böyük tirajla dünya ictimaiyyətinə təqdim olunmasına böyük ehtiyac var. Bu həm dölətçiliyimizin, həm millətimizin dəyərli insanlarının mənəvi borcudur.

Tədbirdə respublikamızın tanınmış ziyalıları, dövlət rəsmiləri, millət vəkilləri, KİV nümayəndələri, habelə beynəlxalq təşkilatların, səfırliklərin təmsilçiləri iştirak edirdilər.

Tədbir iştirakçıları ilk olaraq Rəşid Behbudov adına Mahnı Teatrının foyesində hazırlanmış ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlardan bəhs edən foto-stendlə tanış oldular, sonra isə tədbirin rəsmi açılışı oldu Rusiyanın Novosibirsk şəhərində Xocalı faciəsinə həsr edilmiş mətbuat konfransının video yazısı nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan Mirkazım Seyidov bu kitabı böyük ürək ağrısı zəhmətlə ərsəyə gətirdiyini qeyd etdi. Bildirdi ki, bu onun erməni vandalları tərəfindən xalqımızın başına gətirilmiş müsibətlərə, genosid siyasətinə qarşı yönəlmiş yeganə sonuncu əsəri deyil. Bundan sonra da ermənilərin xalqımıza türk dünyasına qarşı törətdiyi ümumbəşəri cinayətlərini ifşa edən, tarixi qaynaqlara, faktlara əsaslanan nəşrlərini təmənnasız çap etdirəcəyini, bütün qanuni üsullardan, metodlardan istifadə edərək dünya iclimaiyyətinin diqqətinə çatdıracağını dilə gətirdi. Daha sonra qed etdi  ki, qoy dünya ictimaiyyəti ikili standartlardan əl çəksin. Ermənilərin öz riyakar tarixi keçmişi bu günkü vassal siyasəti ilə özgə torpaqlarında formalaşdırdıqları işğalçı Ermənistan Respublikasının ya forpostun deyil - 20%-dən artıq ərazisi işğal edilmiş, ümumbəşəri dəyərlərə malik tarixi mədəniyyət abidələri talan edilmiş, öz ata-baba yurdlarından qovularaq qaçqın məcburi köçkünə çevrilmiş bir milyondan artıq insanın taleyinə biganə qalmasın, Azərbaycan Respublikasının ədalətli mövqeyini müdafiə etsin.

Tədbirdə çıxış edən digər natiqlər belə bir kitabın məhz Rusiyada üç dildə çap etdirilməsinin orada yayımlanmasının böyük əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, belə kitablar ermənilərin türk xalqlarına qarşı törətdikləri soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınmasında təşviqat vasitəsi kimi tutarlı vəsaitdir.

Tədbir iştirakçılarına Mirkazım Seyidovun "Erməni Vandalizmi" kitabı hədiyyə edilmiş, o cümlədən Novosibirsk şəhərində çap edlən "Odlar yurdu" jurnalı, Forumun Xocalı soyqırımına siyasi hüquqi qiymət verilməsi ilə əlaqədar ABŞ Prezidenti Barak Obamaya, Rusiya Federasiyasının Prezidenti Dimitri Medvedyevə bir çox beynəlxalq təşkilatlara ünvanladığı müraciətinin surətləri, habelə Xocalı faciəsinə həsr edilmiş təqvimlər paylandı.

 

 

Qələndər Xaçınçaylı

 

Təzadlar.- 2010.- 27 aprel.- S.9.