Vətən mücadiləsi
(Əvvəli
ötən sayda)
Tədricən bu yolun alternativsizliyinə
hamı əmin olurdu.
İlk vaxtlar
Kremlin qorxusundan Bakıdakı
kölə hakimiyyətin
və onun kölə jurnalistikasının
yaxına buraxmadığı,
adını çəkməyi
belə yasaq etdiyi, mətbuatda ünvanına haqsız tənqidlər, hətta təhqiramiz yazılar dərc edildiyi bir zamanda, biz etiraz əlaməti olaraq nəinki Heydər Əliyev barəsində pozitiv xarakterli məqalələr,
intervyülər hazırlayır,
haqqında müsbət
rəylər dərc edirdik, hətta o böyük şəxsiyyətlə
əlaqə saxlayaraq müxtəlif məsləhətlərini,
tövsiyyələrini alırdıq, informasiya blokadasında qalan Naxçıvandan redaksiyamıza
göndərdiyi Ali Məclisin
rəsmi materiallarını
nöqtəsinə-vergülünə toxunmadan dərhal çapa verirdik (qorxaq hakimiyyətin Heydər Əliyevə qarşı
yaratdığı süni
"yaş senzi" maneəsinə etiraz olaraq "Vətən səsi"nin 24.04.1992-ci il
tarixli 15-ci sayında yazdığım "Ağıl
hardadır?" yazısını,
qəzetimizin bu mövqeyini tənqid edən rəsmi dövlət qəzetinə
cavab olaraq isə 1.05.1992-ci il tarixli 16-cı sayımızda
çap etdirdiyim
"Həyat"ın gopgopuna
cavab" adlı yazılarımı da xatırlayıram).
Ümumiyyətlə, o dövrlərdə Azərbaycan
xalqının ən yetgin, qabaqcıl mübariz qüvvələri
qaragüruhla mücadilədə
üzünü əfsanəvi
şəxsiyyətin yaşadığı
Naxçıvana doğru
çevirirdi. Beləcə "91-lər"in məlum
Müraciəti meydana
çıxanda da
"Səs" qəzeti
ilə yanaşı, hörmətli həmkarımız
Ağabəy Əsgərovun
redaksiyamıza təqdim
etdiyi Müraciətin
mətnini biz də paralel olaraq eyni vaxtda "Vətən səsi"ndə
çap etdik. Bir neçə gün sonra isə möhtərəm Heydər
Əliyevin Naxçıvandan
göndərdiyi Cavab mətnini alıb qəzetimizin səhifələrində
yerləşdirdik. Azadlıq, müstəqillik
uğrunda mübarizələrin
ən fəal qüvvələri olan, eyni zamanda Qarabağ
problemindən ən çox əziyyət çəkib məhrumiyyətlərə
düçar olan qaçqın soydaşlarımız
arasında qəzetin bu sayları əl-əl gəzirdi.
Az sonra
"Heydər baba, gəl bu xalqı
fəlakətdən qurtar"
mövzulu plakatlarla Binə aeroportuna axışacaq sadə adamlar sevimli rəhbərin cavabından
ruhlanaraq qayıdacağı
günü səbrsizliklə
gözləyirdilər.
H.Əliyev ən çətin anlarda tərəddüd etmədən xalqın səsinə səs vermişdi, Azərbaycanın
azadlığı uğrunda,
müstəqil dövlətçiliyimizin
xilası naminə mübarizələri dəstəklədiyini
bildirmişdi. ömrünün
qalan hissəsini də xalqına bağışlayan dahi lider vətənpərvər
insanların çağırışını
mətanətlə qəbul
edib köməyə gəlirdi! Vaxtilə qurub yaratdığı ölkəni, canından artıq sevdiyi xalqını xilas etmək üçün qayıdırdı...
Və həqiqətən də yenidən hakimiyyətə
qayıdan xilaskar ona ümid bəsləyənlərin
gözləntilərini doğrultdu,
ölkəni uçurumdan,
xalqı fəlakətdən,
dövləti yox olmaqdan xilas etdi. Bütün dünya dahi
şəxsiyyətin fövqəladə
qəhrəmanlığının, tarixi xilaskarlıq missiyasının şahidi
oldu. Ulu öndərin hakimiyyətə
qayıdışı ilə
Azərbaycanda qurtuluş anı başlandı! 1993-cü il iyunun 15-i tarixə Qurtuluş günü kimi yazıldı. Xaosdan, hərc-mərcilikdən, özbaşnalıqdan
qurtuluş...
Tarix bir daha sübut
etdi ki, Azərbaycan xalqı müdrik xalqdır və o öz dahi oğluna inamında yanılmayıb. Hələ
1990-cı il Qanlı Yanvar hadisələri zamanı
Kremlin anti-Azərbaycan siyasətinə
qətiyyətlə etiraz
edən Heydər Əliyev həmişəki
kimi yenə də xalqın yanında idi. Səhhətindəki problemlərə
baxmayaraq təkrarən
böyük siyasətə
qayıtmağa razı
olan ümummilli lider vəhşi təcavüzə məruz
qalan doğma yurda özü ilə ümid işığı gətirdi,
əhalidə yaşamaq,
işləmək, sabaha
inam hissləri oyatdı. Ən ümdəsi ölkə vətəndaşlarını Vətən
uğrunda mübarizələrə
səfərbər etdi...
O böyük İnsan
məhz belə fövqəladə qüdrətə
malik şəxsiyyət
idi!
...H.Əliyevin qayıdışı
ilə xalqın azadlıq hərəkatı
dalğasında siyasi
səhnəyə çıxmış,
hətta müvəqqəti siyasi olimpə qalxa bilmiş tribuna aşiqləri savadsız,
səriştəsiz davranışları
ilə özlərindən
sonra total dağıntılar
və viranəliklər
qoyaraq qaçdılar. Ə.Vəzirov
və A.Mütəllibovdan
sonra hakimiyyəti ələ kecirənlər
adi bir həqiqəti
nəzərə almamışdılar
ki, dövlət idarəciliyi çox ciddi elmdir, o naşılıq sevməz,
sistemsiz, pərakəndə
özfəaliyyət üsulu
ilə ölkə yönləndirilməz (hələ
qəzetimizin 1992-ci il 10 iyul tarixli 26-cı sayında çap etdiyim "Belə zarafat olmaz, bəylər" başlıqlı tənqidi
məqaləmdə mən
məhz bu məqamlara toxunmuşdum).
Qəribədir ki, bütün işləri ildırım
sürətilə həyata
keçirərək əhali
üçün misli
görünməmiş firavanlıq
yaradacağını vəd
edib sadəlövh kütlənin çiyinləri
üstündə hakimiyyət
taxtına qalxan populistlərin əsil siması zamanı yetişincə ifşa olunsa da, onlar
yenə sakitləşmək
bilmədən hələ
uzun müddət siyasi sabotajlarını davam etdirdilər. Ancaq xalq
artıq öz sözünü demişdi.
Seçim edilmiş, geri
alınan hakimiyyət
bacarıqlı əllərə
etibar olunmuşdu.
(Bu münasibətlə "Vətən səsi"nin 2.07.1993-cü il sayında dərc edilmiş "Ədalət
zəfər çaldı"
adlı yazımı xatırlayıram).
Həmin gündən etibarən Heydər Əliyev gecəli-gündüzlü gərgin
zəhməti, yuxusuz gecələri, böyük
təcrübə, bacarıq
və iradəsi hesabına dağıdılmış,
parçalanmış respublikanı
yenidən qurmağa başladı. Bədnam "Talış-Muğan provokasiyasına"
son qoyuldu, "Sadval"çılar
öz yuvalarına çəkildilər, dövlət
çevrilişi cəhdlərinin,
az qala
ənənəyə çevrilən
terror aktlarının qarşısı
alındı. Dahi siyasətçi
qısa vaxt ərzində ölkədə
ictimai-siyasi vəziyyəti
stabilləşdirdi, həyat
öz axarına düşdü, "Ermənistan"la
qanlı müharibə
dayandırıldı. Totalitar rejimdən qurtulan müstəqil respublikada köklü siyasi, iqtisadi, hüquqi islahatlar aparılmaqla yeni demokratik sistem quruculuğu sürətlə davam etdirildi.
...Bəli, o ağır, amma şanlı keçmişdən
soraqlar indi arxivlərdə qalıb.
O illərin sədası
çox sonralar çap etdirdiyim "öncə Vətəndir"
adlı kitabımda, həmçinin "Vətən
səsi"nin vərəqləri saralmış
səhifələrində yaşayır.
Vətənə məhəbbət,
xalqa sevgi, dövlətə rəğbət
hissləri ilə dopdolu... Hər sayı xaosun, hərc-mərcliyin ölkəni
dağıtmaması üçün
bir daha naşıların, səriştəsizlərin,
satqınların hakimiyyət
olimpinə qalxmasına
imkan verməməyin vacibliyini xatırladaraq...
Etiraf edim ki, tariximizin o mürəkkəb, məsuliyyətli
dönəmlərində redaksiyada
zamanın nəbzini dəqiq tuta bildiyimiz, həqiqət sözünü ucadan deməkdən çəkinmədiyimiz,
xalqın iradəsini doğru-düzgün ifadə
etdiyimiz üçün
"Vətən səsi"nin sabiq Baş redaktoru kimi çox qürur duyur, böyük məmnunluq hissi yaşayıram. Əminəm ki, bu gün Baş
nazirin müavini, Dövlətqaçqınkomun sədri
Əli Həsənovun
xüsusi diqqət və qayğısı sayəsində Qaçqın
və Məcburi Köçkünlər
üzrə Dövlət
Komitəsinin rəsmi
orqanı kimi fəaliyyətini davam etdirən "Vətən
səsi"ndə çalışan qələm dostlarım da eyni hissləri yaşamaqdadırlar...
Bəli, böyük şəxsiyyət
Heydər Əliyevin təkrar-təkrar xalqı
əmin etdiyi kimi, artıq Azərbaycanın müstəqilliyinin
dönməzliyi və
əbədiliyi təmin
olunub. Doğma Vətənimizin inkişafı məhz Ulu öndərin arzuladığı səviyyədə
müvəffəqiyyətlə gedir. Onun layiqli yetirməsi və davamçısı
olan hörmətli Prezident İlham Əliyevin rəhbərliyi altında
sürətli inkişaf
tempinə görə
regionda lider ölkəyə çevrilmiş
Azərbaycan Respublikası
tam müstəqil siyasət
yürüdərək dövlətimizin
daha da möhkəmlənməsi,
Vətənin müdafiə
qabiliyyətinin artması,
xalqın rifah halının yaxşılaşması
yolunda ilbəil daha böyük uğurlarla irəliləməkdədir.
Belə irəliləyiş əlbəttə,
təsadüfi deyil. Çünki
inamla gedilən bu uğur yolu
- mübariz Vətən
oğullarının, xalqın
qabaqcıl nümayəndələrinin
sevib seçdiyi, bir zamanlar "Vətən səsi" kollektivinin də arzuladığı və
uğrunda mücadilə
verdiyi yeganə düzgün, alternativsiz -
Heydər Əliyev yoludur.
Akif ƏLİ
Təzadlar.- 2010.- 27 aprel.- S.7.