"Gerçəyin özü"
adlı tədbir keçirildi
Tədbirdə erməni yalanları ifşa olundu...
Ötən həftənin
sonunda "Gənclərin Töhfəsi" İctimai Birliyi
"24 aprel qondarma erməni soyqırımı"nı
ifşa edən "Gerçəyin özü" adlı dəyirmi
masa keçirdi.
Tədbir Azərbaycan Respublikasının
himni ilə açıldı. Tarix Universitetinin direktor
müavini, professor Cəbi Bəhramov, erməni vəhşiliyindən
bəhs edən bir çox kitabların müəllifi, dəyərli
yazıçımız Aygün Həsənoğlu, BDU-nun
coğrafiya fakültəsinin magistrı, müharibə
veteranı Zülfü Qasımov, Elmlər
Akademiyasının dissertantı Niyazi Rəcəbov və
başqaları dəyərli fikirlər söylədilər. Tədbirdə
bir çox universitetlərin tələbələri, eyni
zamanda türkiyəli tələbələr də iştirak
edirdilər.
Professor Cəbi Bəhramov
dedi: "Bu gün bütün dünya türklərinə
atılan böhtan günüdür, insanlıq
qarşısında etmədiyimiz bir cinayətdə ittiham
edildiyimiz gündür. Türklərin bir siyasi qüvvə
kimi, bir millət olaraq formalaşması Qərb
dünyasının həmişə ehtiyat etdiyi məqam olub.
Əslinə baxanda 24 aprel deyilən bir şey yoxdur.
Böyük dövlət xadimi, türk dünyasının fəxri
sayılan Mustafa Kamal Atatürk deyirdi: "Hər səhər
Qərb ölkələrinin xadimləri yuxudan durub İstanbul
kimi qədim və möhtəşəm şəhərin
türklərin əlində olduğunu görəndə
onların qarınlarında sancı başlayır".
Qərb dünyası
indi də barışa bilmir ki, 2700 il yaşı olan,
böyük bir mədəniyyət mərkəzi sayılan bu
şəhər türklərindir. Türklər nəinki bu
şəhəri yaşatdı, onlar şəhərə yeni
bir ruh gətirdilər, türk mədəniyyətinin mərkəzinə
çevirdilər... Türklər dünyaya mədniyyət gətirdilər,
türklər vəhşiliyi rədd etdilər. Rus alimlərindən
Feodr Simyonov yazır ki, "Türklər hansı ərazini fəth
edirdilərsə, o yerdə yaşayan xalqların dilinə,
dininə, adət-ənənələrinə toxunmurdular. Şərait
yaradırdılar ki, onlar vətəndaş kimi yaşasınlar.
Yeganə tələbləri o idi ki, dövlətin
qanunlarına riayət etsinlər". Yenə həmin kitabda
yazılır ki, "Səlib yürüşləri
başlanarkən ermənilər başqa xalqlardan fərqli
olaraq Bizansa qarşı xəyanət yolunu tutdular". Onlar
eyni xəyanət yolunu Türkiyəyə qarşı da
tutdular. Yəni onların xislətini midiyalılar,
parfiyalılar, yunanlar, bizanslar, bir sözlə, hamı bildi -
bizdən başqa! çox təəssüf!
2000 il bundan əvvəl
yaşayan Roma müəlliflərindən biri Petroli yazir ki,
"Onlar da insandır, amma evlərində dörd ayaq üstündə
gəzirlər".
Roma imperatoru
Neron dünyada çox qəddar biri kimi tanınırdı.
Hətta o cəllad da bu millətin
xəyanətindən qorxurdu...
Yenə F.Simyonov kitabında yazır: "Səlib yürüşləri
zamanı əgər erməni xəyanəti olmasaydı, bütün səlib yürüşlərinin
iştirakçıları Mesopotomiyanın susuz torpaqlarında məhv olacaqdılar. Onlar xəyanət edib, səlibçilərə yol
göstərirdilər".
"İnsanlığın
yaratdığı ən
dəyərli nələr
varsa, bu tayfadan yan keçib.
Satqınlıq, xəyanət,
alçaqlıq, ikiüzlülük
bu tayfanın ən başlıca xüsusiyyətləridir". Bunu
nə türk yazır, nə azərbaycanlı. Bunu rus alimləri yazır... Bütün bu söylədiklərimin
24 aprellə bilavasitə
əlaqəsi var. XX əsrin
əvvəlində, daha
dəqiq desək,
1911-16-cı illərdə Rusiyanın,
İngiltərənin, Fransanın
və 1917-ci ildə Amerikanın nümayəndələri
Türkiyənin bölünməsi
ilə bağıi görüşlər keçirmişlər.
İndi də onlar həmin niyyətdədirlər.
Türkiyə böyük
olduğu zaman Azərbaycan da böyük olur. Türkiyənin parçalanmasına,
Azərbaycanın yüksəlməsinə
mane olmaq üçün
bu bir vasitədir.
Burda ermənilərə
olan qayğıdan heç bir söhbət getmir".
Aygün Həsənoğlu
isə dedi: "Siyasətdən ədalət
gözləmək sadəlöhvlükdür.
Siyasətdə ədalət
olmur, güc olur və biz güc olmağı bacarmalıyıq. Artıq
500 ilə yaxındır
ki, "böyük Ermənistan" qurmaq planları icra olunmağa başlayıb.
Ermənistanın Türkiyə
torpaqları üzərində
yaradılması nəzərdə
tutulurdu. Erməni alimi Yesoyanın özü etiraf edir ki, "Yalnız 1917-ci ildən sonra biz Ermənistanı indiki ərazilərdə yaratmağı qərara aldıq və bu çiçəklənən
Ermənistan artıq bizim ana vətənimizdir".
Sarkisyan hələ müdafiə naziri olduğu zaman bir erməni jurnalistinin "Ana vətənin,
yəni böyük Ermənistanın sərhədləri
hara qədərdir?"
- sualına
"sərhəd dirəklərini
hara qədər çəkə biliriksə,
ora qədər",
- deyə cavab verməsi bu xalqın təcavüzkar xislətə malik olduqlarına əyani sübutdur.
Erməni soyqırımı
olmayıb. Bu faktdır.
İlk dəfə erməni soyqırımı
haqqında arayışı
Amerikanın İstanbuldakı
Konsulluğunun sədri
Morgen Tau hazırlayıb. Heç ermənilərin ağlına
da gəlməyib. Və bununla da təbliğat başlayıb".
Böyük Atatürkün
gözəl bir fikri var: "Ölmək istəməyən
xalq öləməz".
Azərbaycan dövləti
atəşkəs elan
edəndə 7.5 milyon
əhalisi vardı, bu gün 9 milyondur.
Ermənistanın isə
3 milyon əhalisi vardı, bu gün 1 milyon qalıb. Gəlin qüvvələrimizi birləşdirək
və fəaliyyət
göstərək.
Türklüyümüz təhlükə
qarşısındadır. Bu gün onu qorumalıyıq.
Bir əsrdə dörd dəfə milli azadlıq müharibəsinə qalxan
millətik biz. Bu heç
bir Qərb ölkəsinin tarixində
yoxdur".
Çıxışının sonunda Aygün Həsənoğlu
Azərbaycanda soyqırım
araşdıran mərkəzi
yaratmaq barədə təklif etdi. Gəncləri birləşməyə
və informasiya döyüşünə başlamağa
çağırdı.
Zülfü Qasımov:
"Bu, ümummilli məsələdir.
Bu, bütün türk
dünyasının problemidir.
Mən əsl erməni vəhşiliyinin
şahidi olmuşam. Əsgər yoldaşımız
qətlə yetiriləndə
onun silahını götürüb, döyüşə
davam edirdik. Bu həqiqətdir ki, biz o zaman döyüşə lazımi səviyyədə
hazırlıqlı deyildik.
Amma bu gün
artıq bizim güclü ordumuz və zəngin hərbi ehtiyatımız var... Bu gün bütün Avropa "qondarma soyqırım"la
bağlı arxivlərin
araşdırılmasından qaçır. çünki
nəticələr onların
ürəyincə olmayacaq.
Türkiyə-Azərbaycan birliyi
getdikcə möhkəmlənir
və bu, Qərb dünyasını
qorxuya salır. Mən əminəm ki, nəinki Azərbaycan bütövləşəcək,
hətta bütün türk dünyası bütövləşəcək. Bu amal ətrafında birləşməliyik".
Sonra gənclər
mövzu ətrafında
müzakirə etdilər.
Raminə İMANOVA
Təzadlar.- 2010.- 29 aprel.- S.6.