Nə qədər Mübarizlər
var, yaşayacaq Azərbaycan!
Şəhid Milli Qəhrəman
Mübariz İbrahimovun
əziz xatirəsinə
ithaf edirəm
Bu torpağa
ayaq basan qardaş, bacı, bir anlıq dur,
Bu torpaqçün
şəhid olan qəhrəmanlar unudulmur!
Unudulmur vətən
üçün canını
oda yaxanlar,
Unudulmur bir gecədə silinməz tarix yazanlar!
Bizdən öncə
yaşayanlar unutmadı
tarixini,
Unutmadı nə dostunu, unutmadı düşmənini.
Tarix isə təkrarlanır, eyni məkan, eyni zaman,
Yenə əzilən biz olduq, yenə düşmən vermir aman.
Gedib əldən
Kəlbəcərim, Şuşa, Laçın,
bir də Ağdam,
Nə vaxtacan susacayıq, axı göynəyir bu yaram?!
Eşidin mənim
səsimi, duyun mənim nəriltimi,
Bu torpaq qanla yoğrulub, şəhidlərin qanıdır
bu,
Bu millət bezib, yorulub, səssizliyin səsidir bu.
Bu səs
deyir: Canım atam, canım anam, darıxmayın,
İnşallah, bir də cənnətdə
görüşərik, ağlamayın.
Mənim üçün,
xalqım üçün
siz də bol-bol dua edin,
Vətənin bu dar günündə qəlbim dözmür, etməliyəm,
İnşallah, şəhid olsam da, üzərinə getməliyəm.
Şərəfsizləri məhv
edib o zirvəyə yüksələcəm,
Şəhid olsam, ağlamayın, çünki
mən heç ölməyəcəm!
Bu sözləri
yazdı, getdi, şəhid oldu vətən üçün,
Xeyli düşməni məhv etdi, tarix yazdı
gələcəkçün.
Adı dillər
əzbəridir, özüsə
Milli Qəhrəman!
Nə qədər
Mübarizlər var, yaşayacaq Azərbaycan!
Əhməd Şahidov
Təzadlar.- 2010.- 7 avqust.- S.11.