Paklığa çağırış

 

Tanrını ruhunda gəzdirməyən şəxs,

Onu başqa yerdə heç tapa bilməz!

Ədalət Tanrının nurudur, bilsən...

Səni dirildəcək günahsız ölsən!

 

Gec başa düşəndə günahımızı,

Zülmətdə qoyduq sabahımızı.

 

Qapısı açıqdır Haqqın dərgahı...

Keçirmək olarmı ora günahı?!

Günahla sən ora üz tutsan belə,

Cəhənnəm odundan dönərsən külə!

Ora övliyalar məkanıdır, bil!

Haqqı dananların meydanı deyil!

Əgər tövbə edib, düz yola düşsən,

Müqəddəs qapıdan sən keçərsən.

Tanrı bağışlayar günahlarını

Çəkməzsən cəhənnəm əzablarını!

 

Xoşbəxtdir günahın anlayan hər kəs!

İlahi paklıqdan çirkaba enməz!

 

Boş-boş xəyalların mənası var,

Sahibin məqsədə çəkməsə onlar.

 

Arzular əməllə birləşsə əgər,

Yükü ya zər olar, ya da ki şəkər.

 

Pul yığmaq arzusu baş qaldıranda,

Çox vaxt unudulur din , iman da...

Arzular əməldən irağa düşür,

Dəyər karvanları yüksüz ötüşür.

 

qədər çox olsa pulun dəyəri,

Zirvələr fəth edər elin hünəri.

 

Xeyir-bərəkət puldan başlanır...

Pulun ilk dəyəri zəhmət adlanır.

 

Zəhmət dəyərindən düşdüyü zaman

Ölkədə başlanır təşviş-ölüm, qan...

Fitnəkar quldurla dəyərə cumar,

Çal-çağır başlanar rüşvət elində,

Salarlar kəməndə haqqın divin ...

İsraf qənaətə nökər olmasa,

Zərin misə dönər, batarsan yasa!

 

Qənaətlə israf düşməndir hər an-

Biri ev tikəndi, biri ev yıxan.

 

Qənaət möminlik əlamətidir,

Varlının yoxsula mərhəmətidir.

Qənaət etməsən sən çoxa, aza,

İsrafa qurşansan, çıxmazsan yaza!

 

Qənaət hər kəsin şahlıq tacıdır,

İsrafa qurşansan vicdan acıdır.

 

Bədxərclik israfın son zirvəsidir,

Evinə tuşlanan top gülləsidir!

 

Mərhəmət eyləyən - mərhəmət görər,

Etibar, sədaqət, xoş ülfət görər!

Nadanlar ülfət, məhəbbət qanar,

Saxta şan-şöhrətin oduna yanar.

 

millət tanıyar, dövlət, din,

Çəkməz qayğısını namus, qeyrətin

Alıb-aldatmağı fəxarət sanar,

"İgidlik", "qoçaqlıq", "cəsarət" sanar...

 

Qayğı ədalətlə qoşa qanaddı-

İnsanlıq onlarla kamala çatdı.

 

Qayğı saf vicdanın çırağıdır, bil,

Sözlərə nur versə o, sönən deyil,

Sahibin ucaldar Haqq dərgahına,

Əziz bəndə olar şahlar-şahına!

 

Qayğını, zəhməti itirən insan,

Sağ çıxmaz həyatda fırtınalardan!

 

Qayğı şərəfinə ucalsa hər kəs,

Onu tufanlar da endirə bilməz.

 

Qayğılar yaşatdı Zeynalabdini,

El saldı tarixə o gül adını.

 

Halal yaşamasa insan övladı,

Canlı bir meyitdir, diridir adı.

 

Halallıq hər kəsə mayadan gələr,

Nəsildə parlayan ziyadan gələr..

Paklıq mayadan gələr,

Abır-həyadan gələr...

Təmiz nəsildən kökdən,

Nurdan, ziyadan gələr!

 

Tamah - saf vicdanın ilk bəlasıdır,

Bütün pisliklərin mübtəlasıdır.

 

Əvvəlcə vicdanı öldürür tamah-

Ürəyi fəsadla doldur tamah.

 

Tamah qılıncını çıxarsan qından,

Sonda öz boynunu vuracaq, inan!

 

Tamahın yolları hər yandan keçir-

Fitnədən, fəsaddan, talandan keçir.

 

Məmurlar açanda tamah yelkəni,

Yad-yağı hədəfə alar ölkəni.

 

Hər şeydən qorxuncdur məmur tamahı,

Ümidsiz, inamsız qoyar sabahı.

 

Vəzifə dönəndə rüşvət rənginə,

Elin var-yoxunu alar cənginə.

 

Tamahdan başlanan xəyanət yolu-

Haqqın, ədalətin qırılan qolu.

 

Vətən taleyini həll edən hər kəs,

Rüşvətlə faydalı görə bilməz!..

 

Rüşvət tamahın törəməsidir,

"Cəhənnəm şamı"nın yağ - piltəsidir.

 

Güc tapıb tamahın yükünü atsan,

İnsanlıq fövqünə ucalacaqsan.

 

Harda açılarsa rüşvət çiçəyi,

Ordan itkin düşər Haqqın Mələyi!..

 

Coşub-çağlayanda rüşvət havası,

Ovutmaz körpəni ana laylası.

Rüşvət tarlasının gətirdiyi bar -

Kəndliyə göz dağı, məmura anbar.

 

Harada açılsa rüşvət bazarı,

Orada qazılar haqqın məzarı

millət tanıyar, dövlət, din,

Rüşvətsiz çatlayar goru rüşvətin!

 

Həqiqət qılıncı çıxmasa qından,

Rüşvətin oduna yanacaq cahan.

Gah sellər basacaq kəndi, şəhəri,

Göylərdən yağacaq od zərrələri.

Gah qışda yanacaq meşələr, bağlar,

Gah yayda basacaq yolları buz, qar!..

 

 

Niyazxan Səfərli

 

Təzadlar.- 2010.- 7 avqust.- S.11.