Bir evə doğuldu,
vətənə böyüdü
...1988-ci il fevral ayının 7-də soyuq bir gundə Azərbaycanın gözəl
gusələrindən olan
Biləsuvar rayonunun Əliabad kəndində Ağakərim kisinin ailəsində bapbalaca, şipşirin bir oğlan uşağı dünyaya gəldi. Baxmayaraq ki, bu uşaq evin
üçüncü oğlan
usağı idi, Ağakərim kişi
oğul atasi kimi çox sevinirdi, öz taleyilə qürurlanırdı...
Uzun mübahisələrdən, çox götür-qoydan sonra usağın adını Mübariz qoydular. O biri qardaşlari kimi, bu uşaq da normal böyüdü. 1994-cü ildə doğulduğu kənddə orta məktəbin birinci sinfinə getdi. O da sinif yoldaşlarıyla birlikdə oynayır, oxuyur, böyüyürdü. Amma o, bəzi xüsusiyyətlərilə yoldaşlarından fərqlənirdi. Bu qeyri-adi xüsusiyyətləri müəllimlərinin, valideynlərinin, diqqətindən yayınmırdı. Demək olar ki, o, yoldaşlarına nisbətən daha cəld, çevik, fəal və məsuliyyətli idi. İctimai işlərdə də daim öz fəallığı və məsuliyyəti ilə seçilirdi. Hətta atası xatırlayır ki, birinci sinifdə Mübariz əsgər marşı çaldırıb atasını oynamağa dəvət etmişdi...
***
Vaxt keçir, zaman öz işini görürdü. Ağakərim kişi öz balalarını böyütmək üçün həyat yoldaşı ilə bərabər şəxsi təsərrüfatlarında ağır zəhmətlə ailəsini dolandırır, taleyinə, qismətinə min sükür edərək, vətən üçün oğullar böyüdürdülər. Quş qanadlı illər ötdükcə onlar böyüyür, yaraşıqlı oğlanlar olurdular. Amma Mübariz bunlardan da fərqli idi. Bu sağlam, cussəli oğlan nəhayət ki, 2005-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirdi. Onun uşaqlıq illəri elə bir dövrə düşmüşdü ki, namərd qonşularımız torpaq iddiası ilə məkrli bir siyasətlə xaincəsinə vətənimizə olmazın haqsızlıqlarını, zülmlərini edirdilər. Televizorda soydaşlarımızın Dağlıq Qarabağdan necə haqsızlıqla cıxarıldığı, Xocalı faciəsinin dəhşətlərini görüb heyrətə gəlirdi. İçində bu azğın, mənfur düşmənə qarşı böyük bir kin bəslənirdi. Gecə-gündüz qanları nahaqdan yerə tökülən şəhidlərimizdən, gürov düşmüş əsgərlərimizdən, talan edilmiş, viran qalmış torpaqlarımızdan danışırdı. Elə bil onun bundan başqa fikri-düşüncəsi yox idi. Amalı ancaq və ancaq qisas almaq idi. Bunu atası çox yaxşı başa düşürdü. Mübariz bütün qeyrətli vətən oğulları kimi vətənin müdafiəsinə hazır olduğunu ailəsinə, ata-anasına bildirdi. Onlar əvvəl razı olmasalar da, nəhayət ki, razılaşdılar. Uğurlar arzuladılar.
***
Beləliklə, Mübariz qısa və mənalı həyatını ömürlük olaraq torpaqlarımızın azadlığı, ərazibütövlüyü və müstəqilliyi uğrunda mübarizəyə həsr etdi. Məktəbi bitirən kimi - 20 aprel 2006-cı ildən 2007-ci ilin ortalarına kimi həqiqi hərbi xidmətdə oldu. Bu vaxt ərzində öz nizam-intizamı, çevikliyi, bacarığı ilə əsgər yoldaşlarından fərqlənirdi. Elə bil onun içində intiqam hissi get-gedə daha da böyüyürdü. Hərbi xidmətdən qayıdandan sonra, 2009-cu ilin sentyabr ayında Gizirlik kursuna daxil oldu. Oranı da əla qiymətlərlə - fərqlənmə ilə bitirdikdən sonra ixtisaslı hərbi kadr kimi Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərildi. Burada da ilk gündən əsgərlərin və hissə komandirlərinin hörmətini qazanır. Döyüs tapşırıqlarını vaxtında yerinə yetirir. İntizamlı və cəsur gizir olduğunu öz hərbi işində sübut edir. Dəfələrlə valideynlərinə təşəkkür məktubları göndərilir. O, özünü bu cəbhə bölgəsində rahat hiss edirdi. çünki intiqam alacağı günü səbirsizliklə gözləyirdi. O, burada çox əzablı günlər keçirsə də, səngərlərdə sürünüb düşmən güllələrinin səsini dinləsə də, xidməti vəzifəsini yerinə yetirirdi. Mənfur düşmənin ayağının vətən torpağına yenidən dəyməməsi üçün sərhədi qoruyurdu. Sən demə, öz içində də qisas üçün bir məqam axtarırmış. Hərbi geyimi öz sevimli libası hesab edirdi. Ayaqları qabar olsa da əsgər çəkməsini çıxarmırdı. Rahat yataqda yatmır, ləzzətli ev yeməkləri yemirdi. El şənliklərində çox nadir hallarda iştirak edirdi. ömrünün ən gözəl çağını, qaynar gəncliyini, yazını, yayını, qışını, payızını cəbhədə keçirirdi. O deyirdi ki, qisas almayınca vətən daşı balıncı, torpağı döşəyi, topa-topa buludlar isə yorğanı olacaq. öz arzusu və istəyi ilə əsgər andına sadiq qalaraq bütün çətinliklərə sinə gərib dözürdü. Get-gedə hörməti daha da artir, təşəkkürlər alır, şəkilləri şərəf lövhəsini bəzəyirdi. Artıq Mübariz el-obanın sevimlisinə çevrilirdi. Ata-anası, qardaşları onunla fəxr edirdilər. Mübariz fiziki və mənəvi cəhətdən yetkin, ağıllı və təcrübəli bir hərbçi olmuşdu. Lakin yenə də müqəddəs torpaqları düşmən tapdağından azad etmək arzusu ilə öz-ozündə alışıb yanırdı. Dəfələrlə üzdəniraq qonşularımız atəşkəsi pozan zaman o, öz dəstəsi ilə onların layiqli cavabını vermişdi. Həmişə hirslənirdi ki, əgər atəşkəs elan olunubsa, bəs onda bu mənfurlar niyə bu qayda-qanunu pozurlar? Bunu heç özünə sığışdırmırdı.
***
Mübariz seyid nəvəsi idi. Həmişə öz əsgər və zabitlərinə hörmətlə, qayğı ilə yanaşırdı. Həmişə deyirdi: "Çalışın həmişə yaxşı işlər, xeyirxah əməllər sahibi olasız, bu dünya heç kimə qalmayacaq. Bu dünyada ancaq adınız və əməlləriniz qalacaq".
Hər dəfə evə gələndə anası boynunu qucaqlayıb deyırdı: "Başına dönüm, ay bala, düşmən qəddar və amansizdı, ehtiyatlı ol, özünü qoru".
Mübariz isə onun sözünü kəsib: "Öz torpağını, namusunu, qeyrətini qorumaq şərəfdi, ana! Axı bunu sən oyrətmisən mənə! Birdə ki, mən uşaq deyiləm ki, məni əzizləyəsən! Mən artıq təlim görmüş bir əsgərəm, vətənsə dar gündədi! Özün deyirdin ki, düşmən amansız və qəddardı. Başıpapaqlı hər bir kişi öz vətənini müdafiə etmək üçün silaha sarılmalı, lazım gələrsə, canından keçməyə belə hazır olmalıdır".
***
Onu yaxından tanıyanlar mənimlə razılaşarlar ki, o, heç nədən qorxmurdu. Təhlükəli, narahat və riskli həyatına alışmışdı. Hər anı, hər günü məsul və şərəfli idi. O, qorxmaz, yenilməz, mətin, iradəli insan, cəsur, ideal, təcrübəli və ağıllı hərbçi, istiqanlı, gülərüz, mehriban, pəhlivan cüssəli igid bir oğlan idi. Hamının hörmətini qazanmış belə bir oğlanı sevməmək mümkün deyildi. Onun bəlkə də öz ağlı, tərbiyəsi, həyası ilə seçilən və qəlbinin təmizliyi ilə tanınan bir sevgilisi var idi. İndi o da gözünü yollara dikərək, ideal, cüssəli, qeyrətli igidi olan Mübarizi axtarir. Onun baxışlarında bu qəhrəmanın adına layiq məsuliyyətin ağırlığı ilə bərabər, çiliklənmiş və parça-parça olmuş bir nakam məhəbbətin ağır itkisi həkk olunub.
***
18 iyul 2010-cu il. Artıq Mübarizin səbri tükənib. Qaranlıq müdhiş bir gecə. Mübariz belə hesab edirdi ki, çoxdan
bəri içərisində gəzdirdiyi intiqam
hissini almağın vaxtı
çatıb. özlüyündə valideynləri ilə də
vidalaşmışdı. Kəşfiyyatçı idi. Əvvəlcədən öz
mövqeyini dəqiqləşdirmişdi.
Namazını qılır, Allahından ona
kömək olmasını istəyirdi. Telefonunu
söndürdü və valideynlərinə
məktub yazmağa başladı:
"Atama və anama məktub.
Canım atam və anam,
məndən sarı darıxmayın. İnşallah, cənnətdə
görüşəcəyik. Mənim üçün bol-bol
dua edin. Vətənin dar günündə ürəyim
dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından,
ürəyim sakitlik tapar. İnşallah, şəhid olana kimi
bu şərəfsizlərin üstünə gedəcəyəm.
Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə
yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin.
çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu
etməliyəm. Allah böyükdü. Vətən sağ
olsun. Haqqinizi halal edin.
Oğlunuz
Mübariz".
***
Mübariz gecənin tez
düşməsini səbirsizliklə gözləyirdi. Nəhayət,
gecə saat 12. Artıq Mübariz döyüşə tam
hazırdı. Birdən əsgər yoldaşlarından biri
duyuq düşür. Vəziyyəti bilir və onun da
Mübarizlə getməsini istiyir. Lakin Mübariz qəti surətdə
əsgərə əmrə tabe olaraq geri
qayıtmasını və heç kəsə hələlik
heç nə deməməsini əmr edir. Mübariz
çoxdan hazırlaşdığı və
arzuladığı əməliyyat tədbirlərini həyata
keçirməyə başlayır.
Səhər saat 5-dir. Bu
uğurlu əməliyyatdan geri qayıdarkən qəhrəmancasına,
qeyri-adi qəhrəmanlıqla həlak olur. Əsgərlərimiz
bu vəziyyətdə ona kömək edə bilməzdilər.
Bu, müharibənin başlanması demək idi. Halbuki əsgərlərimiz
Ali Baş Komandanın əmrini gözləyir. Mübariz isə
şəhid olana qədər döyüşmək, qisas almaq
məqsədilə belə etdi. Mübariz təmas xəttinin
ermənilərin nəzarəti altında olan hissəsində
qaldı. Bu torpaqlar ermənilərin deyil, bizim öz
torpağımız, Qarabağımızdır. Deməli,
Mübariz öz torpağımızdadır. Mübariz öz
mübarizliyi ilə sübut etdi ki, torpaqlarımızı
geri qaytarmaq üçün hər kəs öz işi ilə,
öz əməli ilə yenidən mübarizəyə
başlamalıdı.
***
Mübariz hamımız
üçün bir örnəkdi. O, cismən aramızda
yoxdur. Amma canı qədər sevdiyi vətən
torpağının qoynunda uyuyur.
Bu yazını qələmə alarkən qürur, həyəcan kecirirdim. Az qala mən də özümü Mübarizin yanında hiss edirdim. öz-özümə deyirdim: kaş ki, mən də həmin vaxt onun yanında olardım.
Öz torpağında rahat yat, əziz qardaşım. Bu dünyada tapmadığın rahatlığı o dünyada tapmağını arzulayıram. Səninlə bütün Azərbaycan fəxr edir. İnan ki, şəhidlər ölmür, ruhən daim bizimlə yaşayır. O ruh ki, daim vətənin başı üzərində fırlanır, qələbə sorağını, müjdəsini gözləyir. Qoy, narahat ruhun şad olsun, Mübariz! Qələbə müjdəsi uzaqda deyil, İnşallah!
Elnurə VALEH
Təzadlar.-
2010.- 24-26 avqust.- S.9.