Torpaq işğalda qalmaz igidlər ölkəsində

Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın qeyrətli oğlu Mübariz İbrahimovun əziz xatirəsinə  

 

Diplomatik cəhdlərin görünmürdü bəhrəsi,

Daşnak ilə danışıq dirənmişdi dalana.

Elədiyi əməldən utanmırdı çöhrəsi,

Əl atırdı erməni hər dəfə şər, yalana.

 

 

 

Qüdrətli ölkələrin dəbdəbəli sarayı,

Görüş yeri olurdu ilin müxtəlif ayı.

Çatmırdı qulaqlara ədalətin harayı,

Təzyiq davam edirdi ancaq Azərbaycana.

 

 

 

Düşmən dəyirmanına sular axıdıbdı rus,

Fransada qədər ermənidən var casus.

Amerika oynayır oyunu özünəməxsus,

Onlardan arxa olmaz ədalətli olana!

 

 

 

Görüşlər davam edir aylar, illər ötüşür,

Dillənəndə dəlillər hay aradan sürüşür.

Dolur səbr kasası, söhbət yaman sərt düşür,

Şəhid ruhu qıymayır torpağımız talana.

 

 

 

Torpağı azad olar şəhid verən ölkənin,

Bu bir qanlı həqiqət yoxdur yeri bəlkənin.

Həlqəsi daralacaq dartılanda örkənin,

Sancılar bayrağımız Xankəndinə, Rəvana.

 

 

 

Bir şəhidin sinəsi yüz mərmiyə sipərdi,

İgidliyə səsləyən ürəklərdə təpərdi.

Mübariz nərəsinə yüz erməni gəbərdi,

Dayandığı torpaqdan güc gəldi qəhrəmana.

 

 

 

Girov qızların ruhu Mübarizi çağırdı,

Yerdən namus çıxırdı, göydən qeyrət yağırdı.

Nər oğulun itkisi əlbəttə ki, ağırdı,

Yaşasın əkən kişi, var olsun doğan ana.

 

 

 

Heykəlləşdi bir gündə Mübarizin ad-sanı,

Dolandı eldən-elə şəhidliyin dastanı.

Qələbə bayrağını sancdı öləndə canı,

Vətən açdı qoynunu onun kimi qurbana.

 

 

 

Atıldı döyüşlərə, ölümü öldürməyə,

Şəhidlərin ruhunu göylərdə güldürməyə.

Azərbaycan əqlini dünyaya bildirməyə,

Kəfən bilib bələdi bədənini al qana.

 

 

 

Çox olanda çaxnaşıb, az olanda lal olub,

Canını qurtarmağa zəhər dili bal olub,

Mərdanə meydanlarda erməni çaqqal olub,

Yüz tülkü neyləcək tək olsa aslana.

 

 

 

Nəşinə qurban dedi el-oba ləl-yaqutu,

Dövlətin bayrağına bələdilər tabutu.

Getdi çiyinlər üstə dünya boyda bir qutu,

Sülhü gətirmək üçün sülh istəyən cahana.

 

 

 

Neçə igidin canı Qarabağa nəzirdi,

Bir tərəfli atəşkəs ruhumuzu əzirdi.

Bu gün neçə Mübariz, Fəridlər müntəzirdi,

Ali komandanının verəcəyi fərmana.

 

 

 

Çağlayanda çayları ram eləyib sal qaya,

Meydana atılanda kişilikdən var maya.

qədər olmayacaq ermənidə ar-həya,

Birgə sarılmalıyıq sərt qılınca, qalxana!

 

 

 

Şəhidlər Xiyabanı xalqın qeyrət simvolu,

İyirmi yanvar günü el salır burdan yolu.

Həyəcanlı ürəklər nifrət, qisasla dolu,

Nifrinlər bomba təki yağır Ermənistana. 

 

 

 

Göylərdə şəhidlərin ruhları qardaşlaşıb,

And içib azadlığa, əbədi sirdaşlaşıb.

Səngərdə əsgərlərin ürəkləri daşlaşıb,

Döyüşdə belə ürək lazım olur insana.

 

 

 

Raminlər, Mübarizlər, Fəridlər ölkəsində,

Azadlıq əbədidir şəhidlər ölkəsində.

Torpaq işğalda qalmaz igidlər ölkəsində,

Bu həqiqət çatmayır ermənitək nadana.

 

 

 

İgidlərin olduğu səngər Bəzz qalasıdır,

Ləyaqətli zəfərdən vətən həzz alasıdır.

Bunun geci-tezi var, daşnak dərs alasıdır,

Bu gün təsdiq eləyib yalmansa da hər yana.

 

 

 

Qana susayanların öz qanına qərqi var,

Ədalətli olanın günəştəki bərqi var.

Belə müharibənin dünya boyda fərqi var,

Biz Allaha pənahlı, erməni şeytana.

 

 

 

Allah, qoyma ədavət dursun haqqın qəsdinə,

Göydən bəlalar yetir beləsinin dəstinə.

Qonaqpərvər ölkəmiz Azərbaycan üstünə

Daşnakı tulatəki qısqırdanlar utana.

 

 

 

Şəhid olsam, şad ollam, siz məni ağlamayın,

Nalə, fəryadlar çəkib sinələr dağlamayın.

Erməni sevinəcək, yasımı saxlamayın,

Toy sizə qismət olsun, mən quracam vay ona.

 

 

 

"Vətən sağ olsun!" dedi hər girəndə döyüşə,

Onun adı salırdı daşnakları təşvişə.

Vətən darda qalanda igid doğub həmişə,

çünki mərd oğlu ilə vətən durur mərdana.

 

 

 

Donuz çıxmır darıdan heç vaxtı öz xoşuna,

Atalar belə deyib "Qurbanam yaddaşına".

Mübariz, Fərid gördü söhbət gedir boşuna,

Qərar verib döndülər qasırğaya, borana.

 

 

 

Tarixi qonşuluğu erməni almır vecə,

Çünki arxalanırlar məkrli, fövqəl gücə,

Gedən danışıqları daşnak endirib heçə,

Zor ilə danışmasan, erməni çətin qana.

 

 

 

"Bir millət, iki dövlət" söyləyibdir atalar,

Bu yolda hər ikisi birgə addım atalar.

Belə olsa, aləmdə arzulara çatarlar,

Sinə gərə bilərlər tərs dolanan dövrana.

 

 

 

Rahatlıq xəyanətdir, vətən darda qalıbsa,

Haray çəkib səsini aləmlərə salıbsa.

Azadlığın çiçəyi neçə dəfə solubsa,

İbrət dərsi olmalı təcrübəli bağbana.

 

 

 

Canı ilə vuruşdu, indi ruhu vuruşsun,

Fərari olanlardan niyəsini soruşsun.

Dünya düşür minnətə, Azərbaycan barışsın,

ölkə rəhbərimiz "yox!" deyir bu hədyana.

 

 

 

Azərbaycan xalqının bütövlükdür tələbi,

Sərhədi dəyişməyi erməni salır dəbi.

Beynəlxalq qanun deyil, nədir bunun səbəbi?

Niyə arxa dururlar belə çox üzlü "yan"a?

 

 

 

Bəydadaş CƏFƏRLİ,

AYB-nin üzvü

Yazı "Kaspi" qəzetinin

Təzadlar.- 2010.- 4 dekabr.- S.11.