Sazın Ədaləti, Ədalətin sazı...

Aşıq Ədalət Nəsibovun yaradıcılıq gecəsi keçirildi

Dekabrın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Turizm Nazirliyinin Aşıqlar Birliyinin təşkilatçılığı ilə ustad aşıq, əməkdar incəsənət xadimi Ədalət Nəsibovun yaradıcılıq gecəsi keçirildi.

Tədbirin aparıcısı Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub çıxış edərək Aşıq Ədalətin yaradıcılığından danışdı. O, bildirdi ki, bu gün Aşıq Ədalətin yaradıcılığına nəzər salmaq Azərbaycanın mötəbər aşıqlarını yada salmaq deməkdir.

22 il əvvəl Azərbaycan Dövlət Filarmoniyasında sənətkarın 50 illik yubileyinin qeyd olunduğunu xatırladan Zəlimxan Yaqub bildirdi ki, tanınmış ustad aşıqlıq sənətini müxtəlif ölkələrdə təbliğ edib: ""Qarabağ şikəstəsi" deyiləndə Xan Şuşinski, "Sona bülbüllər" deyiləndə Qədir Rüstəmov yada düşdüyü kimi, "saz" dedikdə Aşıq Ədalət, "Aşıq Ədalət" dedikdə saz yada düşür. Aşıq sənəti tarixində elə bir aşıq olmayıb ki, Ədalət qədər ona şeirlər həsr olunsun. Aşıq Ədalət sazı qədər gözəl çalırsa, şeiri o qədər gözəl oxuyur, mən Ədaləti "sazın şahı" adlandırıram. 72 yaşlı Aşıq Ədalətin bu gün bizim yanımızda olması hər birimiz üçün böyük fəxrdir".

Sonra Z.Yaqub Aşıq Ədaləti onun yetirmələrini səhnəyə dəvət etdi.

Tədbirdə "Yeddi oğul istərəm" filmindəki "Yanıq Kərəm"in sədaları altında Cəlalın güllələnmə səhnəsi nümayiş etdirildi.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ustad sənətkarın təkrarolunmaz, ecazkar ifasından danışdı: "Aşıq Ədalət sazı, aşıq sənətini ən yüksəklərə qaldıran bir sənətkardır. Onun sənəti, çaldığı havalar həmişə yaşayacaq. zaman ki, aşıq sənətindən söz düşür, mütləq Aşıq Ədalətin adı çəkilir. Əsl sənətkar üçün bundan böyük qiymət ola bilər? Bu ad-san asanlıqla qazanılmayıb. öz zəhməti ilə yanaşı, bu, bir Allah vergisidir ki, ona bəxş olunub".

Professor Məhərrəm Qasımlı Aşıq Ədaləti canlı saz ensiklopediyası adlandırdı: "Biz Ədalət Nəsibovu gözəl çalğısına görə tanıyırıq sevirik. Amma bizim tanımadığımız bir Ədalət Nəsibov da var. O Ədalət Nəsibov ki, 50-dən çox dastanı, saya gəlməyən aşıq şeirini sinəsində dəftər edib".

Aşıq Ədalətin ecazkar solo-saz ifaları özünəməxsus oxu tərzilə daim yadda qalacağını vurğulayan şair Barat Vüsal ustad aşığa həsr etdiyi şeirlərini söyldədi: "Aşıq Ədalət bu sənəti elə bir zirvəyə qaldırıb ki, bundan sonra and içəndə həm deyəcəyik: and olsun saza!"

Rəssam Məmməd Dəmirçioğlu ustad sənətkarın nəfis şəkildə işlədiyi portretini alqış sədaları altında aşığa təqdim edərək, onunla dost olmasından qürur duyduğunu dilə gətirdi.

Xalq şairi İlyas Tapdıq isə ustad aşıqla bağlı xatirələrini danışdı,

Tədbirdə aşıqlardan Avdı Musayev, İlham Astanbəyli, Cahangir Quliyev, Bəhmən Göyçəli, Fəzail Misginli, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Azər Xanlaroğlu, Ramin Qarayev, İmaməli Budaqov, Vüqar Mahmudoğlu, Fazil Təmiri digərləri öz sözlərini, təbriklərini sazla dilə gətirdilər.

Yaşının 70-i keçməsinə baxmayaraq, özünü çox yaxşı hiss etdiyini deyən ustad aşıq sənətinə göstərilən diqqətə görə iştirakçılara tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

 

 

ELBAR

Təzadlar.- 2010.- 9 dekabr.- S.14.