Ömrü şeir kimi axan şair
Şairlər ürəklərin tərcümanıdır. Onlarla görüb, onlarla düşünüb, onlarla xəyal edirik. Bu ürək dostları olmasa, necə ifadə edərdik hisslərimizi?! Qanın və barıt qoxusunun göy qübbəsini qucaqladığı bu çağda şairlər az da olsa həyatımıza rəng qatırlar. Bizə insani hisslərin ölmədiyini qışqırırlar. Qatılaşan ürəklərimizi yumşaldırlar.
Hisslərimizin köklü tərcümanlarından olan Adil Cəfakeş də bu qəbildəndir. ömrünün qırx dördüncü baharını yaşayan şair bu günə kimi ömürünə çox şey sığdıra bilib. "Bir ağı de, ay ana", "Yolçu, hara gedirsən?!" adlı şeir kitabları onun biz oxuculara təqdim etdiyi, müxtəlif istiqamətdə insani hissləri aşılayan sənət əsərləridir. Adil Cəfakeş ədəbiyyat dünyasında özünü şair olaraq tanıtdı. Nə qədər hekayə, məqalə yazsa da, özünü mənən saza bağlayaraq şeirdə tapdı.
Orta bir oxucu onu anlamaqda xeyli çətinlik çəkməyə məcbur olur. O, şeirlərində davamlı olaraq fəlsəfi dünyagörüşünü sözə çevirir. Yazdığı bir çox şeirdə gözlə görülən bir dərinlik mövcuddur. Bəzən sözləri sanki koda salırE Açar rolu oynayan məzmunu tapdıqdan sonra məna corab söküyü kimi süzülüb beyinə inteqrasiya edir. Əslində Cəfakeş şeirlərində sadə bir dildən istifadə edir. Bu istiqamətiylə aydın olanlar açıq-aşkar görünsə də, poetik dərinliyi həll etmək baxımından çətindir əsərləri.
İlk baxışdan sıravi görünür yazdıqlarıE Lakin hər sözdə bir dərinlik və mesaj yükü vardır. Bunu anlamaq üçün köklü bir şeir məlumatı və fəlsəfi təcrübə lazımdır. Orta oxucunun vəqf ola biləcəyi şeirlər də onun yaradıcılığında olduqca üstünlük təşkil edir. Cəfakeşin şeirlərində ölçü və qafiyə öz yerində olduğu kimi, bəndlər bir-birinə məna dərinliyi ilə zəncirvari olaraq çox bağlıdır. Adil Cəfakeşin yaradıcılığı kənardan sadə görünsə də, o, oxuduqca məna dərinliyinin təzahür etdiyi, qeyri-adi və mürəkkəb dünyagörüşün dərya qədər dərinliyini fərq etdiyimiz şeirlərin müəllifidirE Bu şeirlərin çox uzun zaman kəsiyində yazıldığı da bir gerçəkdir. Bir anda qafiyə xatirinə yazılmamışdır bu şeirlər. Şairin hər bir şeiri bir əziyyətin və fikir sancısının məhsuludur.
Yaradıcılıq yolunda özünəməxsus cəhətlərindən biri də onun tərənnüm şairi olmamağıdır. Utopik düşüncədən uzaq olduğu üçün reallıq baxımından olmayan nəyisə qabardıb ön plana çəkməyi və yalan tərifləri şeirə çevirməyi əsla bacarmır. Məqsədi haqqa və ədalətə xidmət etməkdir. Hər halda, Cəfakeşin adilliyi də, burdan qaynaqlanıb ətrafa yansıyır. Sanki onun sinəsində şeir istehsal edən bir mexanizm mövcuddur. O, yazdığı şeirlərin vəkilidir. Vətənə xidmət edən əsgər kimi o, bütün şeirlərinin keşiyindədir. Adil Cəfakeş xalqdan qopuq və özünə qapalı bir şair deyil. O, sönmüş ürəkləri sevgi atəşiylə isidən, vətən eşqi ilə yaşayan ürəklərin dostudur.
Şeirləri olduqca axıcı və yaddaqalandır. Bəlkə də bu səbəbdəndir ki, Cəfakeşin ömrü şeirləri kimi məna yükü ilə bərabər, həm də axıcıdır.
Ömrü şeir kimi axan şair! ömrün tarixdə iz qoyan şeirlər kimi uzun ömürlü olsun!
Roma
XOSROV
Təzadlar.-
2010.- 14 dekabr.- S.14.