Qızıl güllə Xarı bülbülün
nağılı
(Esse)
Bir vaxtlar nənəm deyərdi:
-Layla, balam, yatarsan,
Qızıl gülə
batarsan
İllər sonra nənəm dedi ki:
-Qızıl gül
olmayaydı
Saralıb solmayaydı
Babam isə deyirdi ki;
-Mən sənə
gül demərəm
Gülün ömrü
az olur
Deyirəm, görəsən,
niyə nənəm məni ömrü az olan gülə batırırdı?
Sonra da nə qızıl
gülün olmasını
istədi, nə də solmasını.
Yəqin
qızıl gülu cox, lap cox istəyirmiş,
ona görə də xəzana dözə bilmirmiş.
Xəzan
onu elə qorxudurmuş ki, xaliqin də işinə qarışırmış.
Axı qızıl gülü nənəm yaratmamışdı.
Yaradan isə bütün yaratdıqlarını bir
gün soldurur. Geci-tezi var. Bəlkə nənəm
tanrıdan qızıl
gülün ömrünü
uzatması təmənnasında
imiş.
Babam isə nənəm kimi ürəyi ilə yox ağlı
ilə görürmüş. Ona görə "Mən sənə gül demərəm" -dedi. Amma, vallah, indi də
bilmirəm ki, o mənə gül demək istəmədi, yoxsa nənəmə?
Güman
ki, ikimizə də. Amma "demərəm" deməyinə
baxma, ürəyindən
keçirmiş. Həmdə elə
ağlına da güldən gözəl hec nə gəlməyib.
Nənəmlə babam mənə qızıl gül nağılı danışanda
Cıdır düzündə
hələ Xarı bülbül səhər acır, axşam solurdu. Bəs niyə nənəm
allahından Xarı bülbülə uzun ömür diləmədi?
Deyəsən qorxub . Allahın göydən
yerə endirdiyi möcüzəyə, onu
bitirən torpaga baxıb "İlahi, sənin böyüklüyünə
şükür!" kəlməsindən
başqa dilinə hec nə gətirə
bilməyib.
Babamla nənəm
elə bilir ki ,
Allahın dərgahından
gələn haram tez müstəcəb olur. Allahım, sən böyüksən, mənə
bir az möhlət
ver, babamın , nənəmin ruhuna isə rahatlıq . Qoy, bu Qarabağ naləsindən də hələ
bixəbər qalsınlar:
Getmə, qoyub məni, dedim
Qəvi bil düşməni, dedim
Balana da nənni idim,
Ogul, ləyaqətin hanı?
Fələk havasını
çaldı,
Satan satdı, alan aldı,
Qarabağın viran qaldı,
Millət dəyanətin hanı?
Sinəm laxta laxta qandı,
Rüzgar da haqqımı dandı,
Məni hamı
qurban sandı,
Allah, mərhəmətin
hanı?
Yandı bağrın,
aman Şuşam!
Yağı zalım,
yaman, Şuşam!
Yad əllərdə
yanan Şuşam!
Fələk kəramətin hanı?
Düşmən məni
fəndə saldı,
Qollarımı bəndə
saldı,
İgidlərin handa qaldı?
Bəs haqqın-hümmətin hanı?
Urus gəlir, firəng gedir,
Hərə bir dəllalıq edir,
Deyən yoxdu dərdin nədir?
Varsa, şəfaqətin hanı?
Tanrım haqqı
gec eyləyər, Xarı bülbül!
Gec olsa da güc eyləyər,
Xarı bülbül!
Düşməni mohtac eyləyər, Xarı bülbül!
Demə ədalətin hanı?
Deyirəm, görən,
qızıl gülün ömrü uzun olsaydi ətri yenə həmin ətir olardı, ya yox? Allah-təala Xarı bülbülü Cıdır düzündə
ona görə bitirib
ki, bizə olan sevgisini, mərhəmətini izhar eləsin?
Bir də bilmirəm ki, güllərə nənəmin ürəyi
ilə baxım, yoxsa babamın gözləriylə? Bircə onu bilirəm
ki, mən qızıl gülü sevirəm, o babımın,
nənəmin yadigarıdır.
Xarı bülbülü isə daha çox, axı o Allahın əmanətidir.
Faiq Əliyev,
"Təfəkkür" Universitetinin
professoru
Təzadlar.-
2010.- 16 dekabr.- S.10.