"Elmlə
mütəmadi məşğul olanlar daha uzun ömür
yaşayırlar"
Azadlıq Radiosunun "İşdən
sonra" verilişinin qonağı şair, həkim Paşa Qəlbinurdur.
Onunla müsahibəni təqdim edirik.
- Paşa bəy, son illər
pasiyentlərin sayı artıb. Eləmi?
- Belə demək olar ki, artıb.
çox da fövqəladə yox, elmin-texnikanın
inkişafı, ekologiyanın bütün şəhərlərdə
geriləməsi insanın səhhətinə və görmə
qabiliyyətinə təsir edir.
- Deyirlər kitab oxuyanların
sayı azalıb. Əgər adamlar kitab oxumurlarsa gözləri
harda korlanır?
ELMLƏ MÜTƏMADİ
MƏŞĞUL OLAN İNSANLAR
DAHA UZUN ÖMÜR YAŞAYIRLAR
- Mən
heç də o fikirlə razı deyiləm ki, insan kitab
oxuyanda gözləri korlanır. Əksinə insan kitab oxuyanda
həm ağlı artır, həm də görmə qabiliyyəti
daim fəaliyyətdə olduğu üçün
yaxşı görür. Statistikadan məlumdur ki, elmlə
mütəmadi məşğul olan insanlar daha uzun ömür
yaşayırlar.
- İnsanın bu ölkədə
gözü açıq yaşaması üçün şərait
varmı? Azərbaycanlı gözüaçıq yaşaya
bilirmi bu gün?
- İstər Azərbaycanda, istərsə
də dünyanın harasında olur-olsun, insanın
gözüaçıq yaşaması üçün
mütləq onun mütaliəsi, savadı olmalıdır.
Bütün dünyada insanlar nəqliyyatda kitab oxuyurlar. Azərbaycanda
bu azdır. Onun da təsiri təbii ki, görünür.
- Nədə görünür?
- İnsanın kitabla ünsiyyəti
az olanda ətraf mühiti qavrama dairəsi azalır, hadisələrə
münasibəti kütləşir, nəticə
çıxarmaq qabiliyyəti azalır.
- Sizin gözünüz
görüb, diliniz danışırmı?
- Bəli.
- Haqsızlığa son dəfə
nə vaxt etiraz etmisiniz?
SONUNCU DƏFƏ
BİR NEçƏ GüN ƏVVƏL ETİRAZIMI
BİLDİRMİŞƏM
- Mən elə hər gün
kiçik məişət misalından tutmuş, ta
böyük olan, o şeylə ki razı deyiləm, ona öz
ziyalı fikrimi bildirirəm. Sonuncu dəfə bir neçə
gün əvvəl DAK-ın qurultayında bizdən ayrı
yaşayan 40 milyon soydaşımızın öz dillərində
məktəblərinin, universitetlərinin olmamasına
etirazımı bildirmişəm.
- Bəs siz Arazın bu tayında
olan azərbaycanlıların haqqının pozulmasına
etiraz edirsinizmi? Azərbaycanda insanlar söz
azadlığının, toplaşmaq
azadlığının, seçim hüququnun
pozulmasından, seçkinin saxtalaşdırılmasından
narahatdırlar. Bunları görürsünüzmü?
GÖRƏVİM
YOXDUR
- Mən bu son seçkilərdə
iddiaçı olaraq iştirak etməmişəm. Amma öz
yaşadığım ərazidə seçkiyə gedib, səs
verib, qayıdıb, gəlmişəm. Eşitmişəm ki,
kimlərsə narazılıq edirlər, kimlərsə
razı qalıb. Təbii ki, seçilənlər razı
qalıb, seçilməyənlərin içərisində
narazı qalanlar çox olub. Mən onlara nə deyə bilərəm?
Mənim o barədə görəvim yoxdur. Görmüşəm
ki, hardasa haqsızlıq olub, hardasa layiqli bir namizəd
seçilib.
- Nikbin insansız.
Nədir
sizi belə nikbin saxlayan? Azərbaycan xoş günlərini yaşayır?
- Tam mənada xoş
günlərini yaşayır
demək düzgün
olmaz. Amma mən sabaha
optimist baxıram. Yaxın keçmişdə
başlayıb bizim müstəqilliyimiz. Sabahı daha
yaxşı görürəm.
Mən az
şeyə qane olub, sabahı daha işıqlı görən insanam.
- Həyat səviyyəsini
ölçən beynəlxalq
hesabatlar var. Həmin hesabatlarda qeyd olunur ki, bəzi
ölkələrdə insanların
səhiyyəyə əlçatımlığı
çoxdur. Bəzi ölkələrdə isə yalnız bir qisim insanların
əli səhiyyəyə
çatır. Azərbaycanda durum necədir?
XƏSTƏLİYİN
HEç DƏ HAMISI AXIRA QƏDƏR MüALİCƏ OLUNMUR
- Elə şeylər
var ki, təbabətin
ona gücü çatmır. Qaldı həkim-xəstə münasibətləri bütün
dünyada neçə
əsrlərdən bəridir
davam edir. Burda da müəyyən məqamlar var. Pasiyentlər
mütaliəli olanda onların vəziyyəti anlaşıqlı dildə
izah olunur. O da ondan nəticə
çıxarır. Xəstəliyin heç də hamısı axıra qədər müalicə
olunmur. Qaldı siz deyən
məsələyə, olmalıdır
həm sığorta səhiyyəsi, həm özəl sektor, həm də bu ikisinin arasında
olan formalar. ürəyi istəyən adam özəl sektorda müalicə almalıdır.
İmkanı məhdud olan
sığorta xəstəxanalarında
müalicə almalıdır.
Xalq təbabəti ilə qarışıq olan klinikalar da ayrı.
Bunlar hələ oturuşmayıb.
Ona görə müəyyən
narazılıqlar olur.
Ancaq bu narazılıqlar dünyanın ən inkişaf etmiş ölkələrində də
olur. Onlar da xüsusi
qaydada, məhkəmə
qaydasında ekspertlərin
iştirakı ilə
həll olunur.
- Azərbaycanda 3 ildir
sığorta sisteminə
keçidlə bağlı
rəsmi qərar qəbul olunub. Amma keçid baş vermir. Niyə?
- Mən
Azərbaycan səhiyyəsinin
rəhbərliyində təmsil
olunmuram. Düzünü desəm dəqiq
bilmirəm. Mən bir
sahənin mütəxəssisiyəm.
Mənə belə gəlir
ki, bu ən
yaxın vaxtlarda həll olunmalıdır.
Olacaq, olmayacaq - onu mən deyə bilmərəm. Ona mən
məsul deyiləm.
Ancaq olsa yaxşı olar.
- Aktiv vətəndaş
beləmi cavab verir?
HƏR ŞEYDƏN
DANIŞAN ADAMLAR HEÇ NƏ BİLMƏYƏN ADAMLARDIR
- Hər şeydən
danışan adamlar heç nə bilməyən
adamlardır. Mən bildiyim sahələrdən cavab verə
bilərəm.
- Parlamentin tərkibi
sizin gözləntilərinizi
necə doğruldur? Sizcə Azərbaycanın parlamenti
bu cürmü olmalıdır?
- Azərbaycan parlamentinə
seçilən millət
vəkillərinin bir hissəsini mən tanıyıram. Onlar haqqında fikir
deyə bilərəm.
Bir hissəsinə isə heç salamım yoxdur. Yəni, məsafə uzaqdır.
Mən səs verdiyim dairədən iqtisadçı
Ziyad Səmədzadə
seçilib. Mən onu
iqtisadiyyatı bilən
məqbul bir mütəxəssis kimi qəbul edirəm. Bir-iki dəfə təmasda olmuşam. Onun gözəl tarçalma
bacarığı var. Yaxşı
danışığı var. Qızı gözəl bəstəkardır. Hətta mənim
şeirlərimə mahnı
bəstələmək istəyib.
Onu mən qəbul edirəm. Amma kimsə ki var, kimlərsə deyir ki, o layiq
deyil. Mənsə düzü tanımıram.
Ancaq bu yaşımda elə olur ki,
bir insan haqqında müsbət fikirdəyəm, ona yaxınlaşıram mənfi
olur. Və ya əksinə.
Mütləq bir adam haqqında
yaxşı-pis demək
də düzgün deyil.
- Azərbaycan parlamentində
müxalifət partiyalarının
təmsil olunmamasına
münasibətiniz necədir?
MüXALİFƏT PARLAMENTDƏ MüTLƏQ OLMALIDIR
- Bu, düzgün deyil.
Gərək mütləq müxalifət
partiyaları təmsil
olunsunlar. Bir neçə
nəfər var belə müxalifət kimi fəaliyyət göstərən indiyə
kimi. Onları da cəmiyyətin
bir hissəsi tam müxalifət hesab edir, bir hissəsi
mətbuatdan mənim oxuduğuma görə müxalifət hesab etmir. Yarımçıq hesab edir.
Təbiidir, müxalifət parlamentdə
mütləq olmalıdır.
- Dinləyici yazır:
Ruslar harda imkan oldu qəzet-jurnal,
kitab çıxarıb
mütaliə edirlər.
Bizdə
nə vaxt belə olacaq?
- Mən çağırıram
ki, harda imkan düşdü mütləq mütaliə
edin. çünki
mütaliə edəndə
insanın danışığı
gözəl olur, üzü nurlu olur əsl din xadimləri kimi, qəlbi işıqlı olur, ömrü uzun olur. Hətta bir
dəfə mənə
sual verdilər ki, gözəl olmaq üçün neyləmək lazımdır?
Dedim mütaliə etmək - gülüşdülər.
Sonra mən dedim ciddi deyirəm.
Əgər bir adamın
üz cizgiləri nə qədər gözəl olsa da danışanda yaxşı danışmasa,
mən onu gözəl hesab etmirəm.
- Müəllimlər və həkimlərin maaşları niyə artırılmır? Neft var, pul var. Niyə
müəllim və həkim yaxşı maaş almasın?
MAAŞLARI MƏN
ARTIRMIRAM
- Müəllimlər və həkimlər yüksək maaş
alsa yaxşı olar. Maaşları mən artırmıram.
Kim artırırsa ondan soruşun.
- Bilirik siz artırmırsınız. Amma siz parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadəyə səs
vermisiniz. Bax burda
sizin məsuliyyətiniz
var.
- Ziyad müəllimdən
mən soruşmuşam,
deyib ki, mən də çalışıram ki,
artsın.
- Dinləyici yazır:
Suyu-üfürə-üfürə içmək misalı
sizin siyasətə yönəlik suallara verdiyiniz cavablara şamil edilə bilər. Axı azad olmayan insanın yaradıcılığı
heç vaxt cəzbedici olmayıb.
- Azad olmaq gözəl
şeydir. Azadlıq da gözəl
şeydir. Yaradıcılığa qalanda konkret kimdən söhbət gedirsə, onu oxumaq lazımdır.
Oxuyandan sonra konkret mühakimə
yürütmək lazımdır.
Bir adam
bir əsəri oxumayıbsa, onun haqqında fikir deyə bilməz.
Təzadlar.- 2010.- 21 dekabr.- S.12.