Xocalı Günü
Günəşin çıxmasını,
Səhərin açmasını,
Qəlbimin sədasını-
Xocalıya saxlamışam.
Gözlərimi dağlamıram,
Ölənləri
ağlamıram,
Yollarımı
bağlamıram-
Xocalıya saxlamışam.
Mən donub orda ölmüşəm,
Dağa, daşa
gömülmüşəm,
Yanıb,
alova dönmüşəm-
Xocalıya saxlamışam.
Kor olmuşam nifrətimdən,
Yox olmuşam ibrətimdən,
Yoğrulmuşam
hiddətimdən-
Xocalıya saxlamışam.
Anam ağlar, bacım ağlar,
Atamla qardaşım
ağlar,
Gözlərimin
yaşı ağlar-
Xocalıya saxlamışam.
Vuracağam qan badəmi,
Tutacağam ölüm dəmi,
Düşmən
üçün cəhənnəmi-
Xocalıya saxlamışam.
Daşam, dəmirəm, ağacam,
"Sus" deyənləri
boğacam,
Dönüb Əzrail olacam-
Xocalıya saxlamışam.
Dözərəm min zülm
gəlsə,
Dönmərəm min dönüm
gəlsə,
Ölmərəm min ölüm
gəlsə-
Xocalıya saxlamışam.
Soyun, adın, canın varsa,
Öz qeyrətin,
qanın varsa,
Məşhər imtahanın
varsa,
Xocalıya saxlamışam.
Elim məni qınamasın,
Heç kim məni ağlamasın,
Nişanəmi axtarmasın-
Xocalıya saxlamışam.
Öpəcəyəm yelləri
mən,
Çingiz çəkən
çölləri mən,
Dərməmişəm gülləri
mən-
Xocalıya saxlamışam.
Ən müfəssəl
həqiqəti,
Ən mükəmməl
sədaqəti,
Ən müqəddəs
ziyarəti
Xocalıya saxlamışam.
Göstərəcəm mən,
neyləmək,
Dost-düşmənə nə söyləmək,
Göstərəcəm türk
nə demək-
Xocalıya saxlamışam.
Nifrətim var ağlayana,
Yada ümid bağlayana,
Od vuracam odlayana-
Xocalıya saxlamışam.
Fevral ayı mənim yaram,
Rövşən adı mənə haram,
Bədəndə can param-param
Xocalıya saxlamışam.
Rövşən Yanar
Təzadlar.-
2010.- 25 fevral.- S.15.