Cəlal dayı
"Yaxşıdan yaman
olmaz" silsiləsindən (Bakı tikinti və şəhərin
inkişafı şirkətinin baş direktorunun birinci
müavini, el ağsaqqalı, böyük ürəkli vətəndaş,
xeyirxah insan Cəlal Bilal oğlu Qurbanovun 75 yaşının
tamam olması münasibətilə)
Xətrin əziz, bəxtin iti,
Xeyrə təkan Cəlal dayı.
Qazanmısan bu hörməti
Cavan ikən, Cəlal
dayı.
Qoşulmadın
axınlara...
Dost oldun mərd-yaxınlara,
Ağıl ver ev
yıxanlara,
Evlər tikən Cəlal
dayı.
Bu daş dünya
daş çətənə,
İpək hördün daş çətinə...
Daş qəlblərin
zülmətinə
İşıq çəkən
Cəlal dayı.
Daş atmadın daş
atana,
Atmadın ki, daş utanar...
Yaş tişəylə
daş kətana,
Ömrü çökən
Cəlal dayı...
Qəmə könül
verməyəsən,
Heç bədəsil
görməyəsən,
Gül arzundan dərməyəsən
Qaratikan, Cəlal
dayı.
Qıymadın şah
qürur sına,
Həsədin yox çox ad-sana...
Yalnız ürək
arzusuna
Sən göz dikən, Cəlal dayı...
Qəlbin bir haqq aynasıdır,
Ruhun eşqin
mənasıdır,
Tək yaxşılıq
dünyasıdır,
Sənə məkan, Cəlal dayı.
Yaşatmısan düz ilqarı,
Yüzdən də çox yaşa barı!..
Doğma sandın
Nəğməkarı,
Dostluğa
Yusif Nəğməkar
Təzadlar.- 2010.- 27 fevral.- S. 15.