Heykələ dönmüş
həmyerlimiz
Onun "Buran"
kosmik uçuş gəmisinin
yaranmasında böyük əməyi olub
Rusiya kimi nəhəng bir ölkənin paytaxtında, özü də sağlığında büstü qoyulmaq hər bir adama nəsib olmayan fəxrdir. Belə görkəmli adamların sayı cəmisi iyirmi-otuzdan çox ola bilməz. Azərbycanlı, texniki elmlər namizədi, İctimai Elmlər Akademiyasının həqiqi üzvü Füzuli Ataş oğlu Fərəcova belə bir yüksək etimad göstərilmişdir.
2010-cu il iyun ayının 11-də Rusiya Federasiyasının adlar və yaşayış məntəqələri üzrə vətəndaşların adlarının əbədiləşdirilməsi və ictimai mükafatlar üzrə Milli Komissiyası qərar qəbul etmişdir: Moskvada Vətən Şöhrəti meydanında (Moskva şəhəri, Krımskiy val, ev10, İncəsənət Parkının ərazisi, Sektor A4-A8) Füzuli Fərəcovun heykəltəraşlıq təsviri (büstü) qoyulsun.
Bu məqamda daha bir həmyerlimiz, əfsanəvi insan, Sovet dövlətinin ən qüdrətli vaxtlarında - idarə olunan kosmik aparatlara dövlət rəhbərlik komissiyasının sədri Kərim Kərimovun bir vaxt Füzuli Fərəcovun sovet kosmonavtikasının inkişafına sərf etdiyi əməyinə verdiyi qiyməti xatırlamaq yerinə düşərdi: "Fizuli Fərəcov ömrünün müəyyən hissəsini XXI əsrin uçan aparatlarının layihələşdirilməsinə və istehsal olunmasına həsr etmişdir. O, öz qarşısına məqsəd qoymuşdur ki, təyyarələri təkcə atmosferdə deyil, kosmosda da uçmağa məcbur etmək lazımdır. İnadkarlığı və aviasiya texnologiyasını dərindən bilməyi aerokosmik sənayesinin bir çox mütəxəssisləri ilə birlikdə kifayət qədər qısa müddətdə çoxdəfəlik işlənən, Amerikanın "Speys - Şattl" layihəsindən geri qalmayan "Buran" kosmik gəmisini yaratmağa nail olmuşlar. Əslində bir çox aerokosmik göstəricilərinə görə "Buran" "Şattl"dan üstündür. 1988-ci ildə "Buran" kosmik gəmisi real uçuş şəraitində uğurla sınaqdan çıxdı. Saat yarımdan azacıq artıq vaxtda "Buran" Yer kürəsini dolanaraq "Baykonur" kosmodromuna döndü, ordan da güclü "Energiya" daşıyıcı raketi ilə yenidən start götürmüşdür. Həm də ki, "Şattl"dan fərqli olaraq "Buran" gəmidə olan kompüterin hesabına avtomatik idarə olunaraq pilotsuz uçmuşdur. Fizuli Fərəcov "Buran" gəmisinin yaranması üçün çox böyük əmək sərf etmişdir.
Hörmətlə,
Kərim Kərimov,
Sosialist Əməyi Qəhrəmanı,
23 sentyabr,
1995-ci il."
Fərəcov Füzuli Ataş oğlu 1958-ci il avqustun 15-də Azərbaycanın Ağsu rayonunun Ərəbuşağı kəndində çoxuşaqlı, mexanizator ailəsində doğulmuşdur. Hələ məktəbdə oxuyarkən fizikanı çox sevmişdir. Bu maraq onu Bakının 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbinə gətirmişdir. Oranı bitirikdən sonra Moskva Dovlət Universitetinə uğurla imtahan vermiş, amma rus dilini bilmədiyindən oxumağa götürməyiblər. Lakin o, ruhdan düşməmişdir.
1976-cı ildə Azərbaycan Kommunist Partiyasının MK-nın, şəxsən Heydər Əliyevin göstərişi ilə Füzuli Fərəcov bir dəstə istedadlı Azərbaycan gənclərinin tərkibində Moskvaya göndərildi və burada uğurla imtahan verərək Moskvanın Aviasiya İnstitutunun təyyarəqurma fakültəsinə qəbul olunmuşdur.
Müsabiqə çox böyük idi, üç yerə - 65 iddiaçı vardı. Füzuli sınaqdan uğurla çıxaraq müasir qırıcı təyyarələrin layihələşdirilməsi və konstruksiyasının yaradılmasını öyrənməyə başladı. Paralel şəkildə Moskvadakı İdarəetmə İnstitutunu da bitirdi. Cibində iki diplomla və qəlbində böyük ümidlərlə Bakıya qayıtdı. Amma burda ona ixtisası üzrə iş tapılmadı.
1982-ci ildə Fizuli Fərəcov Moskvaya dönərək burada Tuşino Maşınqayırma Zavodunda sahə ustası vəzifəsinə işə düzəldi. Onun işi tam məxfi sayılırdı, çünki burda "Buran" kosmik gəmisinin füzelyajı hazırlanırdı və onun üzərinə istilikdən müdafiə örtükləri də burda yapışdırılırdı.
Füzuli burda çalışaraq əvvəlcə yığma sexinin rəis müavini, sonra isə sex rəisi vəzifəsində çalışdı. Bax beləcə, Azərbaycanın Ağsu rayonunda doğulmuş qarayanız bir oğlan "Buran"ın füzelyajının yığılması üçün məsul oldu. Bir müddətdən sonra ona "Buran"ın germekabinəsinin qaynaq-yığma sexinin rəhbərliyi həvalə olundu. Kosmik gəminin bu hissəsi idarəetmə sistemi ilə aparatın insanla qarşılıqlı əlaqəsinin tam germetikliyə əməl olunmaqla təmin edir. "Buran"da Füzuli öz əli ilə termodavamlı plitələri montaj etmişdi. Bu, ən yüksək səviyyəli keyfiyyət tələb edən iş idi.
1988-ci ildə "Buran" uğurla pilotsuz orbital uçuşu başa vuraraq elə bir ciddi zədə almadan yerə qayıtdı. Atmosferin sıx qatlarına girərkən onun üstündəki on minlərlə termomüdafiə plitələrindən bir neçəsi qopub düşmüşdü. Bu plitələrin hazırlanma texnologiyasının unukallığı onda idi ki, onlar müsbət 1000 dərəcə temperatura da tab gətirirdi və bu zaman onlara əllə də toxunmaq olardı. Belə bir texnologiyanın nəticəsində atmosferin sıx qatlarına girəndə "Buran" tab gətirə bilmişdi.
Sonralar ASC "Texno-Svar-TMZ"nin baş direktoru vəzifəsində çalışan Fizuli Fərəcovdan "Buran"ın niyə öz davamını tapmadığını soruşduqda, o demişdi: "Hər şey pula dirəndi. Bu çox maliyyə vəsaiti tələb edən layihə idi və o, həyata keçirilən vaxt SSRİ artıq dağılmaq üzrə idi".
Uzun illər Füzuli Fərəcovun adı gizli saxlanılırdı. Sadə sovet adamları kosmonavtikada "Buran" gəmisi ilə pilotsuz uçuşlar haqqında mətbuatın verdiyi məlumatla kifayətlənməli olurdu. Bu haqda o özü belə deyir:
- "Buran" hərbi xarakterli
proqramdır. Amerikanın "ulduz
müharibələri" dediyi vaxtlar idi. 1986-cı ildə
"Şattl" uçuş
zamanı Moskvanın da üstündən
ötüb keçmişdi.
Nəzəri olaraq orbitin 80 km-lik ən
aşağı hissəsində o nə
istəsə ata bilərdi və bu yüksəklikdə biz
ona heç nə edə
bilməzdik, qırıcılarımız 25 km,
raketlərimiz isə 30-35 km yüksəkliyə
uça bilirdilər. Ona görə də SSRİ-nin cavab addımı
"Energiya-Buran" oldu. Biz bunu edəndə amerikalılar Hind okeanında
Dieqo-Qarsiya adasını
ələ keçirdilər.
çünki startdan sonra "Buran" amerikalıların
erkən xəbər vermə üzrə radiolokasiya stansiyaları olmadı, bu tərəfdən yönələrək
nəzəri şəkildə
desək, ABŞ-ı bombalaya
bilərdik. Həmin adanı ələ
keçirən amerikalılar
orda kosmik fəzanı izləyən
baza yaratdılar.
Mülki yüklər üçün
"Buran" o qədər
də effektli deyildi. 100 ton çəkidən
faydalı yük 30
ton idi. Bu, ölkə üçün
çox böyük xərclər demək idi.
Qeyd etmək lazımdır ki, ABŞ bütün raket proqramlarını məhz "Şattl" davam etdirməyin xatirinə dayandırmışdı. Bu sahədə
onlarda yarım milyon adam
çalışır, onu
da raketdüzəltmə
sahəsinə yenidən
yönəltmək asan
məsələ deyil.
Kosmosda silahlanma yarışına
son qoyulmuşdur, amma indi adi raketlə
də bir-birinə əl yetirmək olar.
- "Buran"ın yaranması
necə olmuşdu?
-
Biz amerikalıların işini diqqətlə izləyirdik. Mexanikanın problemləri tədqiqat
institutu Amerika sisteminin imkanlarını araşdırdı. Sov.İKP-nin
baş katibi L.Brejnevə qısa hesabat göndərildi ki, "Şattl" öz ilkin orbitindən
2000 km yayına bilər
və hətta aşağı orbitlərə
də "baş vura" bilər.
Brejnev göstəriş
verdi ki,
Amerika sisteminə analoq yaradılsın. Bu iş Elmi İstehsalat
İdarəsi olan
"Energiya"nın
baş konstruktoru və baş direktoru Valentin Qluşkoya tapşırıldı.
Nəhayət, 1976-cı ilin yanvarında
dövlət səviyyəsində
müvafiq qərarlar qəbul edilir. Hərbi idarələr kosmik gəmi üçün tələb olunan hərbi texniki-taktiki tələbləri müəyyənləşdirir.
O zaman müdafiə naziri olan Dmitri Ustinov amerikalıların sxemindən
istifadə etməyi israr edir. Sonra isə
"Buran" "Energiya"dan
təyyarəqayıranlara verilir.
- "Buran" yaradılarkən
nə dərəcədə
amerikalıların işlərindən
istifadə olunmuşdur?
- Biz amerikalıların
işlərini diqqətlə
öyrəndik, amma onlardan az
istifadə etdik, hər şeyi demək olar ki, özümüz yaratmalı olduq. 180 növ yeni
material hazırladıq. Termomüdafiə plitəsindən tutmuş, plastik materiallara qdər.
- Bəs
niyə "Buran"da
adam uçmadı?
- Biz qərara
almışdıq ki,
"Buran"ı dəqiqliklə
aerodroma qaytara bilən sitem yaradaq. Amma uçuş üçün
hazırlanmış pilotlar
da var idi.
Hayıf
ki, onları uzun müddət hazırladılar, ekstremal
hallar üçün
öyrətdilər, sonra
da demək olar ki, atdılar.
Əlbəttə, adamlar bunu özlərinə qarşı
xəyanət kimi qəbul etdilər.
- Bəs
axırdan-axıra niyə
"Buran"dan imtina
olundu?
- Sadəcə
olaraq, o, öz vəzifəsini yerinə yetirmişdi. Kosmosda silahlı yarışma
dayandırıldı. Hətta Ustinov sağ olsaydı belə, məsələ o qədər
dəyişməzdi, ola bilsin ki, bir-iki pilotlu
uçuş ola bilərdi. Amma proqram yekunlaşmış
olardı. İndi
isə adicə bir metal əşya kimi, muzey eksponatı
kimi qalıb. Necə deyərlər, qatar ötüb
keçib. Ancaq o Baykonura qonanda hamı sevincindən ağlayırdı...
Hər halda, elə indi də, onilliklər
keçdikdən sonra
bu proyekt aviakosmik elmin ötüb keçmək
mümkün olamayan möcüzəsi, nailiyyəti
sayıır. Çünki bu proyekti işləyən kollektivlər
perspektiv elmi-tədqiqat
işləri görürdülər.
Çoxdəfəli istifadə
olunan kosmik nəqliyyat sisteminin son layihələri əvvəlkilərdən
qat-qat ucuz başa
gəlirdi. Nəhayət, yeni konstruktiv
materialların əsasında
yaranan "MAKS" adlı
sistem bu gün dünyada aviasiya-kosmik sənayesində
ən realizə olunanıdır.
Füzuli Fərəcov bu gün elmi-texniki nailiyyətləri ilə yanaşı, ictimai işlərdə də fəal iştirak edir. O, müasir Azərbaycan
diasporunun ilk yaradıcılarından
və fəal üzvlərindən biridir.
Moskvadakı "Azərbayacan"
cəmiyyətinin idarə
heyətinin üzvü,
Məmməd Əmin Rəsulzadə adına
Məclisin sədridir.
1992-ci ildə Azərbaycanlılar
Assosiasiyasının birinci
iclasında Tallində,
1998-ci ildə Vaşinqtonda
keçirilən II Dünya
Azərbaycalılarının Konqresində (DAK) iştirak
etmiş və idarə heyətinin üzvü kimi Rusiyadakı azərbaycanlıları
təmsil etmişdir. 2004-cü ildə DAK-ın Köln şəhərində,
2005-ci ildə isə Stokoholmda keçirilən
forumlarında iştirak
etmişdir.
ASC "Texno-Svar-TMZ"nin baş direktoru Füzuli Fərəcov Moskva sahibkarlarının təşkil
etdiyi "Yaxşıların
yaxşısı" adlı
müsabiqədə "2003-cü ilin ən yaxşı
iş adamı" mükafatını qazanmışdı. Bundan əlavə, Rusiyanın Kosmonavtlar Federasiyası həmyerlimizi K.E.Tsialkovski
adına medalla təltif etmişdir.
Sultan MƏRZİLİ
Təzadlar.- 2010.- 1 iyul.- S.11.