Səsi Anar
Şuşalının...
Şuşanın yetirdiyi istedadlı sənətkarlardan biri də dahi bəstəkarın Ü.Hacıbəyovun "Arşın mal alan" komediyasından Əsgər obrazını məharətlə ifa edən Anar Şuşalıdır. O, Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Anar Şuşalı Konservatoriyada gənc muğam ifaçıları olan tələbələrə mahnı və romans ifaçılığından dərs deyir. Anarın məlahətli səsi, musiqi duyumu, ifaçılıq qabiliyyəti, klassik musiqiyə olan məxsusi münasibəti və məsuliyyəti, gərgin əməyi Mədəniyyət Nazirliyinin də diqqətindən yayınmadı. Anar Şuşalı ən yüksək səviyyədə olan avropalı qanaqlar qarşısında klassik Azərbaycan və Avropa vokal musiqisini ifa etmək üçün rəsmi dəvətlər aldı. Səsi Ukrayna, Türkiyə, Misir, Pakistan, Türkmənistan, Tacikistan, Qırğızıstan kimi ölkələrdən gəldi. Anarın ifası məhdud deyildi. Müğənni Rəşid Behbudov qoyduğu bünövrə üzərində onun məxmər kimi hamar səsinə yeni ruh, yeni nəfəs vermişdi. Üzeyir bəy, ruhun şad olsun, Rəşid müəllim, ruhun şad olsun! Şuşa! Qəm yemə, gün gələr, Anarın səsi Cıdır düzündən Topxana meşəsinə, Bağırqana yayılar!
İsa Şuşalı,
şair-puplisist,
Azərbaycan YazıçılarBirliyinin üzvü
Təzadlar.- 2010.- 6 iyul.- S.15.