Torpağın harayı
Vətən varsa, biz də
varıq,
Vətən yoxsa, tar-marıq!
Eşit ah-naləmi mənim
övladım!
Cəlladtək sinəmə
çöküb erməni.
Mən ana torpağam,
Anadır adım,
Sən kimə
tapşırıb getmisən məni?!
Bilinmir bu zalım fələk
nə sayır,
Haqlını, haqsızı
gəl indi ayır!
Torpaq övladını
haqlı danlayır:
Sən kimə
tapşırıb getmisən məni?!
Nə üzlə sən mənə
"Ana" deyirsən,
Verdiyim neməti necə
yeyirsən?!
Düşmənin
önündə məni əyirsən,
Sən kimə
tapşırıb getmisən məni?!
Çəkdiyin zəhməti itirməmişəm,
Lüzumsuz tikan da bitirməmişəm,
Mən ki maymaq övlad yetirməmişəm,
Sən kimə
tapşırıb getmisən məni?!
Hünər də,
dözüm də vermişəm sənə,
Xidmət eyləyəsən
xalqa, vətənə!
Nə üzlə
qayıdıb gələrsən yenə?
Sən kimə tapşırıb
getmisən məni?!
Babalar yolumda candan keçdilər,
Düşməni ot kimi kəsib
biçdilər.
"Torpaq əmanəti"
deyib köçdülər,
Sən kimə
tapşırıb getmisən məni?!
Torpaqsız bir ömür
yaşa dolarmı?
Könlünə
yatımlı bir kam alarmı?!
Adam öz yurdunda qaçqın
olarmı?
Sən kimə
tapşırıb getmisən məni?!
Dünyada mövcuddur iki
cür bölüm:
Birisi olumdu, birisi
ölüm!
İndi qan ağlayır
çəmənim, çölüm...
Sən kimə
tapşırıb getmisən məni?!
Gündüzlər gün
çıxdı, axşam qaraldı,
Hicrandan gözümün
kökü saraldı.
Namusun, qeyrətin de harda
qaldı?!
Sən kimə
tapşırıb getmisən məni?!
Sanma qorxaqlıqla kama
çatarsan,
Qaçdığın o
yerdən hara qaçarsan?!
Dəryaya qərq olub dərin
batarsan...
Sən kimə
tapşırıb getmisən məni?!
Gəl, atma boynunda olan
günahı,
Tutacaq haqsızı
haqlının ahı!
Öləndə qoynuma
qoymaram axı,
Sən kimə
tapşırıb getmisən məni?!
Bunu yaxşı bilir hər
igid ərim,
Alınmaz qaladır hər
qarış yerim!
Zirvəsi qartallı
dağdı hünərim,
Sən kimə
tapşırıb getmisən məni?!
Anteyi salsaydın əgər
yadına,
Ləkə gətirməzdin
torpaq adına!
Sən nə deyəcəksən
öz övladına?
Düşmənə
tapşırıb getmisən məni ?!
Döyüşsən sinəmlə
qalxan olardım,
Od-alov parlayan qılınc
çalardım!
Düşməndən
intiqam, qisas alardım,
Sən kimə
tapşırıb getmisən məni?!
Çıxacaq meydana igid
övladım,
Səfərbər olacaq
yaxınım, yadım!
Zəfər qazanacaq
Qarabağ adım,
Sən kimə tapşınb
getmisən məni?!
Torpağı almasan əgər
özün sən,
O soyuq məzara nakam gedərsən!
Gələcək nəsli də
kölə edərsən...
Sən kimə tapşınb
getmisən məni?!
Qalx! Nə yatmısan,
yatdığın yetər,
Daha nə olacaq bu gündən
betər!
İgidlik göstərsən
savaş da bitər,
Sən kimə
tapşırıb getmisən məni?!
Əjdər Qiyaslı,
iqtisadçı alim,şair
Təzadlar.- 2010.- 22 iyul.- S.15.