22 iyul
- Milli Mətbuat Günüdür
Qəzet zəmanəsinin
aynası olmalıdır
"...Milli
mətbuatımızın bünövrəsi
1875-ci il iyulun 22-də
"Əkinçi" qəzetinin
ilk nömrəsinin nəşri
ilə qoyuldu. Bütün Qafqazda əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik lıərəkatının banilərindən
biri, təbiətşünas-alim
Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsiııdə
Mirzə Fətəli
Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük
xidmətləri olmuşdur.
Dövrünün görkəmli maarifçiləri
olan bu şəxsiyyətlər
"Əkinçi" qəzetinin
səhifələrində öz
maarifçi və demokratik ideyalarını təbliğ edərək
ictimai-siyasi və bədii fikrin inkişafına böyük
təsir göstərmişlər".
Heydər ƏLİYEV
İlk mətbuat nümunəsinin
işıq üzü
görməsindən əvvəllər
də xalqımızın
şanlı keçmişi
ilə fəxr etməyə mənəvi
ixtiyarı çatırdı. Neçə əsr öncə Həsənoğlu yazı
mədəniyyətimizin əsasını
qoymuşdu. Ulu Nizami, Füzuli, Nəsimi... dünya poeziya aləminin söz, sənət ustadları kimi tanınmışdılar. "Şeyx-Səfi" xalısının,
"Dədə Qorqud"
dastanının sorağı
uzaq-uzaq ellərdə
eşidilirdi. Azərbaycan nağılları,
aşıq-ozan yaradıcılığı
əsrlər boyu eşidənləri heyrətə
gətirirdi. Ancaq kütləvi
informasiya vasitəsi olan qəzet hələ məmləkətimizdə
yaranmamışdı. Görünür, Azərbaycanda ana
dilində qəzet nəşr etdirmək Zərdabinin qismətindəymiş.
O, özündə güc
tapmalı, xərc çəkməliydi. Zəmanəsinin min bir zillətinə, tənəsinə qatlaşıb
məqsədini qəzet
vasitəsilə yaymalıydı.
Bu barədə onun fikirləri maraqlıdır:
"Hər kəsi çağırıram, gəlmir,
göstərirəm, görmür,
deyirəm, eşitmir.
Axırda gördüm
ki, qəzet çıxarmaqdan başqa
bir qeyri əlac yoxdur..."
H.Zərdabinin ünvanına, insanlığın ən dəyərli kəlamlarını seçib ərməğan etmək gərəkdir ki, onun müqəddəs ruhu dinclik tapsın. çünki o, fədai olub, mayak kimi yanıb, doğma xalqını azadlığa, tərəqqiyə, əsarət və zülmlərdən can qurtarmağa çağırıb. Əlbəttə, bu yol enişli-yoxuşlu, sərt döngəli idi. Olub-qalanını "Əkinçi"nin çapına, yaşamasına sərf etmişdi. Bunlara görə də zərrə qədər peşman, gileyli deyildi. çünki amalı gün kimi aydın, şəffaf idi. Ancaq yaşının ahıl çağında Zərdabini incik salan? küsdürən bu idi ki, onu anlamırdılar, ünvanına yüz cür həqarət yağdırırdılar. O, yazıb: "İşıq gələn yerə barmaq tıxayırdılar ki, həmişə olduğu kimi, yenə də cəhalətin qulu olsunlar, zülınət qaranlıqda gözləri görməsin, ağılları kəsməsin..."
Məşhur ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal müəllim deyərdi ki, Həsən bəyin adı çəkiləndə ayağa durun. Bədirlənmiş ay görəndə necə ki, salavat çevirirsiniz, bax, eləcə ehtiramla, məhəbbətlə onu xatırlayın, ruhuna dua oxuyun. O, milli mətbuatımızın təkcə öndəri deyil, həm də cəfakeşidir. Hər zülmə dözüb yolumuza işıq saldığı üçün daim onu uca tutmalıyıq. Adına layiq yazıb-yaratmalıyıq. Çünki "Əkinçi"nin əsas qayəsi insan ucalığını qiymətləndirmək idi. Maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə sıx vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycan milli demokratik mətbuatınm gələcək inkişafı üçün təməl daşını qoydu.
Amma 1887-ci il "Əkinçi" üçün xoş gəlmədi. Obyektiv və subyektiv səbəblərdən qapandı. Lakin öz missiyasını ləyaqətlə, şərəflə yerinə yetirmişdi. Necə deyərlər, estafeti inamla, qətiyyətlə digər yeni nəşrlərə vermişdi. Məsələn, "Bakinski listok", "Bakinski izvestiya", "Kaspi", Tiflisidə "Ziyayi Qafqaz", "Kəşkül" qəzet-jurnallar nəşr olunmağa başladı. Digər tərəfdən də Həsən bəy Zərdabinin ənənələri yaşayırdı. Məşhur xeyriyyəçi, var-dövlətini, sərvətini doğma xalqından əsirgəməyən Hacı Zeynalabdin Tağıyev, zəmanəsinin böyük elm-maarif xadimi Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov müxtəlif qəzetlərin işıq üzü görməsi üçün imkan və bacarıqlarını əsirgəməmişdilər.
XX əsr milli mətbuatımız üçün daha önəmli oldu. 1903-cü ildə Məmmədtağı Şahtaxtinskinin Azərbaycan dilində ilk çap etdirdiyi ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti qısa zaman kəsiyində populyarlaşaraq ölkəmizdə ictimai fikir tarixinin inkişafında əhəmiyyətli xidmət göstərmişdi. Onun səhifələrində dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə ümumbəşəri, mütərəqqi yazılar dərc olunurdu. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əli Nəzmi kimi işıqlı təfəkkür sahiblərini ətrafında birləşdirmişdi. Bu gün həmin qəzeti xatırlamağı özümüzə mənəvi borc bilməliyik ki, məhz o, Mirzə Cəlilin bir jurnalist kimi formalaşmasına, tanınmasına, gələcəkdə redaktorluq fəaliyyətinə xidmət göstərmişdi. 1906-cı il aprelin 7-də, Tiflisdə Mirzə Cəlilin təşəbbüsü, redaktorluğu, naşirliyi ilə illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" oxucuların görüşünə gəldi. Milli mətbuatımızın tarixinə nəzər yetirəndə qürur hissi duyuruq ki, xalqımızın Mirzə Cəlil kimi hünərvər ziyalısı, onun da "Molla Nəsrəddin" tək zəhmət, jurnalistik bəhrəsi olub. "Molla Nəsrəddin" yaşasın, yayılsın, oxuculara milli dəyərləri anlatsın deyə, naşirin, redaktorun, müəllifin əzabları önündə istər-istəməz səcdə etmək hər birimizin mənəvi borcudur. Ustadın cəfalarından bir epizodu xatırlayaq: O, "Molla Nəsrəddin"i 1918-ci ilədək Tiflisdə, sonra Təbrizdə, 1921-31-ci illər arasında isə Bakıda çap etdirmişdi.
Dövrün, zərnanənin zülümlərinə, paxılların, xainlərin təhqirlərinə, təqiblərinə dözmək az imiş kimi, sonralar Mirzə Cəlilin qədri də bilinmədi. Dəhşətə diqqət yetirin: əlyazmalarını yandırdı ki, soba qızsın, onun ahıl, artıq iradəsinə - şüuruna tabe olmayan canını isindirsin... Görəsən, niyə unudulurdu ki, zaman-zaman "Molla Nəsrəddin" - yəni Mirzə Cəlil əsarəti, müstəmləkəçilik siyasətini, geriliyi, avamlığı, meşşanlığı, mövhumatı amansız satira atəşinə tutub, ana dilimizin saflığı uğrunda mübarizə aparıb?! Xalq şairi Bəxtiyar Vahabzadə yazıb: "Cəsarətli mövqeyinə, reallığa ayna tutduğuna, acı həqiqətləri aşkar yazdığına görə "Molla Nəsrəddin"in nəşrinə çap senzurası tərəfindən dəfələrlə qadağa qoyulmuş, bir sıra nömrələri müsadirə olunınuş, redaktor Mirzə Cəlil məhkəmə məsuliyyətinə cəlb edilmiş, cərimələnmişdi. Lakin qadağalara baxmayaraq, jurnalın səsi Qafqaz hüdudlarından ötüb Rusiyada, türk aləmində, Yaxın və Uzaq Şərqdə eşidildi. Millətimizin hər bir yazarı "Molla Nəsrəddin"dən ibrət dərsi almalıdır!".
İllər ötüb keçəcək, Mirzə Cəlil, onun "Molla Nəsrəddin" satirik jurnalı heç vaxt, heç vədə hörmətini, nüfuzunu, dəyərini, qiymətini itirməyəcək. Əksinə, nə qədər Azərbaycanımız var, bu keyfıyyətlər də qoşa, birgə olacaqlar. çünki mollanəsrəddinçilər xalq yumorundan məharətlə bəhrələnərək milli mətbuat tarixində satirik jurnalistikanın bünövrəsini qoymuş, Azərbaycan publisistikasını janr və üslub rəngarəngliyi ilə zənginləşdirərək onun inkişafinda ölçüsüz rol oynamışlar. Bu gün fəxarətlə, həm də qürur hissi ilə demək mümkündür ki, "Molla Nəsrəddin" mövcudluğu çağlarında və özündən sonra mətbuatımızda yeni era yaranmasına müsbət təsir göstərmişdi. Məhz bu nəşrin tərəqqipərvərliyindən mənəvi güc tapan "Dəbistan", "Rəhbər", "Məktəb" jurnalları işıq üzü görmüşdü. Xalqımızın mütərəqqi fikirli ziyalılarının sayəsində "Həyat", "Fyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kiıni nəşrlərin müasir mətbuatımızın inkişafı yolunda misilsiz xidlmətləri olmuşdu.
1918-ci il may ayının 28-də
xalqımızın ilk dəfə
müstəqillik qazanmasında milli mətbuatımızın
da rolu
danılmazdır. Azərbaycan Xalq
Cümhuriyyəti xadimlərinin formalaşmasında, mərhələlər
keçməsində, onların siyasi fəaliyyətinin
gerçəkləşdirilməsində mətbuat təbliğatının
xidməti danılmazdı. Məhz o
dövrdə ümummilli mövqedən
çıxış edən "Azərbaycan" qəzetinin
dahi üzeyir bəy
Hacıbəyov tərəfindən işıq üzü görməsi ictimai-siyasi
proseslərin milli mədəniyyətin
inkişafı ilə vəhdətdə olduğunun
bariz nümunəsidi. Əslində dövr mətbuatın fəaliyyəti Həsən
bəy Zərdabinin ideyalarının, "Əkinçi"
prinsiplərinin həyata keçirilməsinin yeni, mühüm mərhələsi
idi. Təəssüf ki,
bu mərhələnin ömrü
qısa oldu.
Tarix boyu başı bəlalar
çəkmiş Azərbaycanımızın sovetlər
dövrü nə qədər iztirablı, acınacaqlı
olsa da, onun paytaxtında, əyalətlərində başqa
sahələrlə yanaşı, mətbuat da inkişaf edirdi.
1920-ci illərdən başlayaraq "Kommunist",
"Bakinskiy raboçiy", "Vışka", "Azərbaycan
gəncləri", "Azərbaycan müəllimi",
"Bakı", "Baku", "Ədəbiyyat və
İncəsənət" və başqa mətbu orqanlarda
kommunist ideologiyasının təbliği, tərənnümü
ilə yanaşı, respublikamızın iqtisadi, elmi, mədəni
inkişafından bəhs edən yazılar da işıq
üzü görürdü. Sovet hakimiyyəti illərində
Azərbaycan mətbuatı kommunist ideologiyasının
güclü təsiri altında fəaliyyət göstərsə
də, öz milli varlığını qoruyub saxlaya
bilmiş, zəngin ənənələri davam etdirərək
ölkəmizin inkişafında fəal rol
oynamışdı. Elə həmin çağlarda
publisistikanın yeni bir növü - teleradio jurnalistikası təşəkkül
tapmışdı...
Ölkəmiz yenidən
azadlığa, müstəqilliyə çıxdıqdan
sonra mətbuatımızın inkişafında tərəqqiyə
doğru dönüş yarandı. Siyasi plüralizm və
söz azadlığını təmin etmək
üçün taleyüklü tədbirlər həyata
keçirildi. İlk Xalq Cümhuriyyəti
çağlarından sonra rüşeym halında
inkişafını dayandırmış proseslər yenidən
dirçələrək demokratik mətbuatımızın
inkişafına şərait yaratdı.
Bu gün qürur hissi
ilə demək mümkündür ki, ölkəmizdə
qısa müddət ərzində əsl mətbuat
azadlığı yaranıb. Digər bir cəhət də
olduqca dəyərli və önəmlidir: dünya siyasət
olaylarında öz mövqeyi və qabiliyyəti ilə
tanınan ümummilli lider Heydər Əliyev jurnalistlərin əməyinə,
zəhmətinə yüksək qiymət verərək deyib:
"JurnalistIərin əməyi qeyri-adi əməkdir, olduqca
böyük zəhmətli əməkdir, çox səylər
göstərilməsini, hətta cəsurluq, hünər fədakarlıq
tələb edən əməkdir. Öz peşəsinə
vurğunluq tələb edən əməkdir".
Təbii, bu müdrik kəlamları
əsl jurnalist - dövlətimizin, dövlətçiliyimizin
daha da möhkəmlənməsinə halallıqla can
yandıran həmkarlarımız gərgin əməklərinə
ali mükafat kimi qəbul edirlər. Sevindirici haldır ki,
hazırda hüquqi demokratik dövlət və vətəndaş
cəmiyyət qurmaq istiqamətində inamla, qətiyyətlə
addımlayan respublikamızda yüzlərlə qəzet,
jurnal, informasiya agentlikləri, teleradio şirkətləri fəaliyyət
göstərir.
Milli mətbuatımızın
cəfakeşi Mirzə Cəlil yazıb ki, qəzet zəmanəsinin
aynası olmalıdır. Hamımız bu vəsiyyətə
can-başla əməl etməliyik. Milli özünüdərkin
bərqərar olmasında, vətənpərvərlik hisslərinin
aşılanmasında, ümumbəşəri dəyərlərin
təbliğində ınüstəsna rol oynayan mətbuat
xalqımızın azadlıq və müstəqillik
uğrunda mübarizəsinə öz əvəzsiz töhfəsini
verib, bundan sonra da verəcək.
Telman MEHDİXANLI
Təzadlar. - 2010.- 22 iyul.- S.13.