"Rubai
karvanı, dördlük çələngi"
silsiləsindən
Yayın
istisində tez əriyir buz,
Göy üzü həmişə
olmur buludsuz.
Dayanıb od ilə su arasında-
Yaşaya bilmərik susuz və odsuz.
***
Bir dayan, yadıma nə isə düşdü:
Yolum dəbdəbəli
məclisə düşdü;
Bir nəfər
salamı elə verdi ki,
Onun çox hissəsi rəisə düşdü.
***
Qış xoş havalarda yaza çevrilir,
Donan su daşlaşıb buza çevrilir.
Xlor - boğucu
qaz, natrium - zəhər,
Birləşib süfrədə duza çevrilir.
***
Yerdə ot cücərir, çiçək yaranır,
Səmada yeddi cür xoş rəng yaranır.
Qız bulud öpüşür oğlan
buludla-
Lərzəli ildırım, şimşək
yaranır.
***
Şor torpaq sünbül də, gül də bitirir,
Qarışqa özündən çox
yük götürür.
Mis naqil xoşlayır xeyirxahlığı-
Ünvandan ünvana işıq ötürür.
***
Dünən bir dişim də çıxdı sıradan,
Nə verib, geriyə alır Yaradan.
Yaşımın ahıllıq
çağında mən
də
Deyəsən, seçirəm
"tün"dü "qara"dan
***
Hər şeyin
sonuna inanıram mən,
Qocaldın, tutasan gərək çəlikdən.
Məşhur filosofa
o gün dedim ki,
Bezər ruh özü də əbədilikdən.
***
Vətəndən-vətənə qonaq gələn var,
Hər gün kövrələn var, hər gün gülən var,
Vətəni ikiyə
bölən zolaqda
Yenə yaralanan,
yenə ölən var...
***
Dözürük ATƏT-in boş
hay-küyünə,
Çoxdur axışanlar
neftin iyinə;
Fəqət, parçalanmış
Azərbaycanın
NATO biganədir
Bütövlüyünə!
***
Türkün imicinə
zərər vurursan,
Səmti dəyişdirib hara varırsan?
Bir yaşlı
körpəni, söylə,
nə üçün
Əvvəl yad sözlərlə danışdırırsan?
***
Kamillik gətirən
yaşa bax, yaşa!
"Qrip"siz
şığıyan quşa
bax, quşa!
Götürən, kənara
qoyan tapılmır-
Yolun ortasında
daşa bax, daşa!
***
Yırtıcı adamlar sevib-sevilməz!
Məmməd Arazındır
eşitdiyin səs;
"Şöhrət
azarına tutulanları
Şöhrətin özü də sağalda bilməz!"
***
Haylar Fransaya tez hay verdilər,
Siyasət "bağından çiçək
dərdilər".
Görəsən, nə üçün Şirak çölündən
Cənab Jak Şiraka gül göndərdilər?
***
Həmişə dəyişməz,
saf qalıb qızıl,
İnsan çoxaldıqca
azalıb qızıl;
Heç bir qarışığı olmadığından,
Paklıq sırasına yazılıb
qızıl.
***
İlahi! Qulaq as,
imkanın varsa:
Az qalıb
əlimdə gəzdirəm
əsa,
Niyə yaradıbsan
gözəllikləri,
Niyə yaşamağı edibsən
qısa?
***
Göz verib sənə bu, mənə bu dünya.
Gərək gülüstana
dönə bu dünya!
Qədim zamanlarda
sərhədsiz imiş,
Sərhədsiz olacaq yenə bu dünya!
***
Var nəcib,
xeyirxah, igid, ər kişi,
Var xəbis,
dələduz, şuluq,
şər kişi;
Gör necə
incə, saf duyğulu imiş
Eni uzununa bərabər kişi.
***
Ah-naləm,
fəryadım ucalır
göyə,
Tez-tez rast gəlirəm nakam taleyə;
Yaradan məhəbbət
aşılayıbsa,
Sonra sevənləri ayırır
niyə?
***
Deyirlər çox
şeyi alma eyninə,
Adamı yandırır bilirsiniz nə?
Avropa Şurası
razılıq verib-
Kişinin kişiylə
envlənməyinə!
***
Başqadır gördüyüm
mənzərə indi,
Səhv düşüb
qapıyla pəncərə
indi;
Bir vaxt allahsızlıq dərsi keçənlər
Şəriət öyrədir
gənclərə indi...
***
Min-min ev tikilib "əsər" olacaq,
Beton bahalaşıb
mərmər olacaq;
Bakıya köçənlər
axın-axındır:
Abşeron, deyəsən,
şəhər olacaq...
***
Neyi bəyənməyən
cənab ürəksiz
Az qalıb
tara da desin
gərəksiz;
Ozan babaların
ruhu narahat-
Sazı dilləndirək
elektriksiz!
***
Ah, necə
qurtulaq biz bu "yanğın"dan?
Hamı "dürr"
çıxarır söz
sandığından;
Cızmaqaraçılar o qədər
artıb-
Ustad lal görünür utandığından.
***
Simi gah dindirir, gah qırır
həyat,
Hərdən qılıncını sıyırır
həyat.
İnsanı insana möhkəm sevdirib,
Sonra həmişəlik ayırır
həyat.
***
Şeirimdə üç
nöqtə, mötərizə
var,
Nidam zərb aləti kimi çalınar.
Defislər birləşsə
- üfüqü düz
xətt,
Tire parçalansa
defis alınar.
***
Terror, müharibə,
göz yaşı, fəryad...
Saxta dərmanlar da çoxalıb qat-qat.
İlahi! Ya sağalt bəşəriyyəti,
Ya da insanlığı yenidən
yarat!
***
Təzadlı aləmin
sakiniyik biz,
Səndə güc üstündür, onda duyğu, hiss.
Yaxşı ki, ağıllar bərabər
deyil-
Söz yetim qalardı, dünya dahisiz.
***
Desək də
"ağ"a "ağ",
"qara"ya "qara",
Çox şeyin
dəyəri bilinir sonra...
Məhəccər, sadəcə
tutalğac deyil,
Məhəccər güc verir qocalanlara.
***
Çılğın olmağıma,
dostlar, dözün siz!
Hərdən danışıram
birdən; iznsiz;
Biz şair
millətik... əfsüs
dünyada
Dil var qafiyəsiz, dil var vəznsiz.
***
Dağ, dəniz,
çay, çəmən,
orman fırlanır
Dünya mütəmadi, yaman fırlanır.
Bu ucsuz-bucaqsız
fəzada hər şey,
Hər şeyə qoşulub zaman fırlanır.
***
Ağacı ağaca
sürtüb od aldıq,
Şamı kəşf edərək xeyli ucaldıq.
Gəldi elektrik əsri... Nəhayət,
Nüvə bombasının girovu olduq.
***
Çətin yol gedirik Yeni dünyaya,
Min dərd-sər yayılıb
eyni dünyaya.
Ay ata, ay
ana! Ay əzizlərim,
Niyə gətirdiniz məni dünyaya?!
***
Yüz payız,
yüz bahar ötüb o vaxtdan
"Leyli
və Məcnun"lu tarixi çağdan.
Neçə simfoniya,
balet, opera...
Od alıb
muğamat adlı ocaqdan.
***
Yayır fəlakəti,
şəri qasırğa,
Ulayır nə vaxtdan bəri qasırğa.
Küləyin cürbəcür
oyunları var:
Biri meh, biri yel,
biri qasırğa.
***
Məşhur işarələr
- iqrek, iks, zet:
Mərkəzdə birləşən
üç istiqamət,
Üç mühüm
nöqtəni tapsaq - bilərik:
Ya düz,
ya əyridir axtarılan xətt,
***
Çoxdur təbiətdə
müəmma, məna,
Min cür qəribəlik durur yan-yana.
Çıxır yumurtadan
körpə kenquru -
Anası döşündən süd
verir ona.
***
Gərək öyrəşəsən
əksliklərə:
Gah qıya
qulaq as, gah cik-ciklərə,
Zamanın hər anı atom kimidir -
O da bölünürmüş zərrəciklərə.
***
Qalmaqal qopanb azı min kərə,
Bezdən ustalıqla
keçib məxmərə;
Ərini çərlədib
öldürən arvad
İndi müsahibə verir müxbirə.
***
Ucalıq - ömrünün
hər pilləsində,
Qalır gümrahlığı hətta
səsində.
Türkün tarixini öyrədir, amma
Yad dildə danışır
ailəsində.
***
Qulağım eşidən,
qəlbim duyandır,
Quzu mələyəndir, qurd ulayandır.
Xoruzun harayı,
itin hürməsi
Zülmətə bürünən kəndə
həyandır.
***
Ya Rəbb,
kasıbı da doyunca güldür!
Düz adam istəməz minnətfi ləl, dürr,
Əzabsız gəlmişik
biz bu dünyaya,
Mümkünsə Sən bizi əzabsız öldür!
***
Möhtacam xoş sözə, təzə addıma,
Tez-tez keçmişim
də düşür
yadıma,
Elə bil rəhmətlik bibimi gördüm -
Necə oxşayarmış adam-adama.
***
Çalışır həmişə
özündən ötrü,
O isə
- ya səndən, ya məndən ötrü.
Qırmızı geyimli süpürgəçilər
Yolu təmizləyir
"ağ gün"dən
ötrü,
***
Sanki səs
eşidib hay-küyə
gəldin,
Çocuq! Gör haraya,
gör nəyə gəldin?
Heçnədən yaranıb
- cahan əhlinin
Min cür
sifətini görməyə
gəldin,
***
Vicdan saflığını
qorusa insan,
Vallah düz bölünər vəzifə, ad-san. ...
O gün
kobudluğun aşdı
həddini,
Sən şair
deyilsən, şeir yazansan!
***
Haram mənasında
düşüb sözlüyə,
Əyrilik oxşayır bəzən
düzlüyə.
Gözlük itirməyim
xeyirli olub -
Çünki qayıtmışam
eynəksizliyə...
***
Qaya daş dövründən yazılı
qalıb,
Novruz əvvəlkitək Kosalı
qalıb.
Tonqalın təzədən
yandırılması
Son kibrit çöpündən
asılı qalıb.
(Davamı var)
Oqtay RZA
Təzadlar.- 2010.- 31 iyul.- S.11.