Yaddaşlarda yaşayanlar
Mərhum prezident Heydər Əliyev
16 sentyabr 1994-cü ildə sərəncam
imzalamışdı: "Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün
qorunmasında, vətənimizin torpaqlarının erməni
işğalçılarından müdafiə edilməsində
gedən döyüşlərdə qəhrəmanlıqla
vuruşaraq göstərdiyi şəxsi igidlik və
şücaətə, öz müqəddəs əsgəri və
xidməti borcunun şərəflə yerinə yetirilməsindəki
xidmətlərinə görə polkovnik-leytenant Şirin Vəli
oğlu Mirzəyevə (ölümündən sonra) Azərbaycanın
Milli Qəhrəmanı adı verilsin".
Nəsli-nəcabəti Şuşa bölgəmizin Mirzəlilər kəndindən olan Şirin qədim yurd yerimiz Xankəndində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olmaq istəyinə çatmamışdı. Əsgəri xidmətini başa vurandan sonra Leninqrad Hərbi Siyasi Akademiyasına daxil olmuş, ilk gündən perspektivli kursant kimi tanınmışdı.
Təhsilini uğurla bitirib, respublikamızın Daxili Qoşunlar sistemində əmək fəaliyyətinə başladı. Bu həmin ərəfə idi ki, Qarabağımız qara günlərini yaşayırdı. İllər boyu sığınacaq verilən, üzlərinə xoş baxılan ermənilər ötən əsrin sonlarında riyakarlığa, yalana əl ataraq uydurdular ki, guya Azərbaycan Respublikası Dağlıq Qarabağda məskunlaşan ermənilərə ögey münasibətdədirlər. Bu fikir cəfəngiyat, ermənilərin ustalıqla düşünüb saxta bəyan etdikləri növbəti hiyləgərlik idi. 1988-ci ilin payızında "Komsomolskaya pravda" qəzeti yazmışdı: "Azərbaycanın ərazisində, xüsusən Dağlıq Qarabağda elə bir kənd yoxdur ki, ermənilərin yaşadıqları kəndlərdən abad olsun". Bəs onda onların əsassız məlumatlarına niyə sabiq SSRİ rəhbərləri inanmış, qarşı tərəfın mövqeyini dəstəkləyərək bir sıra qərarlar qəbul etmişdi? Təbii ki, bu və ya digər suallara cavab axtarmaq artıq gecdir, olan-olub, keçən-keçib. Ancaq bu faktdır ki, xarici qüvvələrə arxalanan düşmənlər yenidən qan tökmək, torpaqlarımıza sahib çıxmaq iştahına düşmüşdülər.
Belə gərgin vaxt - 9 oktyabr 1991-ci ildə respublikanın müdafıə naziri, general-leytenant Valeh Bərşadlının sərəncamı ilə Şirin Mirzəyev Ağdam rayon ərazisində özünümüdafiə taboruna komandir təyin edildi. Xarakter etibarilə o, ciddi adam idi. Hər sözünün mənası, məntiqi vardı. General-leytenant Valeh Bərşadlı demişdi: "Çox çətin günlər yaşayırdıq. Bəziləinə elə gəlirdi ki, torpaq qeyrəti çəkmək, milli dəyərlərimizi uca tutmaq yaddan çıxıb. Əslində belə deyildi. Elə comərd oğullarımız vardı ki, düşmənlərimiz onların adlarını eşidəndə səksənirdilər. Təəssüf ki, o igidlərə arxa, dayaq, həyan olmaq əvəzinə ayaqlarının altını oydular... Şirin Mirzəyev Ağdamın müdafiəsinə gələn gündən xeyli müddət ermənilər susdular".
Ş.Mirzəyev
strategiyanı, döyüş taktikasını,
texnikasını əla bilən, tabeçiliyində olan hərbçilərə
nizamnaməyə uyğun komandanlıq edən komandir, zabit
idi. Ancaq bilərəkdən əməliyyatlarını
pozurdular. Hətta canlı qüvvələrimizə qəsd
etməkdən də çəkinmirdilər.
Şairin bu fikri onun
dilinin əzbəri idi: "Torpaq müqəddəsdir... O, ürək kimidir,
satıla bilməz. Vətəndi, atadı, anadır
torpaq..." Azərbaycanın hər qarış
torpağı Şirin üçün doğma, əziz idi.
Ancaq hələlik Qarabağ uğrunda qanlı-qadalı
döyüşlərin önündəydi. Komandir olduğu
alay Xocavənd rayonunun Əmralılar, Muğanlı və
Kuropatkino, Ağdərənin Sırxavənd, Baş Güneypəyə,
Orta Güneypəyə və Xatınbəyli
yaşayış yerləri də alayın nəzarətindəydi.
Sakinlər, silahdaşları Şirinə inanırdılar.
Bilirdilər ki, ölər, amma yağıların bir
addım irəliləməsini qoymaz.
Uşaqlıq, gənclik illərində
Şirin Mirzəyevin heç ağlına da gəlməzdi
ki, vaxt-bivaxt "matağa" eşitdiyi gavırlar yenidən
quduzlaşarlar. Hələ o vaxtlar onun bir sözü
"dığalar" üçün qanun idi. O, Xankəndində
orta məktəbdə oxuduğu vaxtlarda küçədən
keçəndə tay-tuşları, yaşlı ermənilər
də ona ehtiramla baş əyib, salam verərdilər. Çünki
sağlam düşüncəsi, möhkəm qətiyyəti,
ilk anda aşkar duyulan cəsarəti var idi.
Zaman, dövran dəyişdi.
Ermənilər harınlıqdan, yaxud da
özümüzün səhlənkarlığımızdan
üzümüzə ağ olub, üstümüzə
silahlı basqınlar etdilər. Onların amansız və
aramsız hücumlarının qarşısını alan
igid oğullarımız çox idi. Di gəl ki, vəzifə,
ucuz şan-şöhrət hərisləri də az deyildi.
Şirin Mirzəyev və onun silahdaşlarının
qorxusundan qarınlarına sancı düşən ermənilər,
nədənsə bəzi soyaşdaşlarımızın
adları çəkiləndə qismən də olsa hünərlənirdilər...
Vaxtilə Şirin Mirzəyevin taborunda döyüşən,
hazırda istefada olan kapitan Fikrət Əliyev o günləri
belə xatırlayar: "Komandirimiz diqqətcil,
qayğıkeş olduğu kimi, həm də son dərəcə
sərt insan idi. Ermənilər tərəfindən
Ağdamın hansı bir səmtinə atəş
açılardısa, Şirin özünü ora
çatdırardı... Özündən artıq
silahdaşlarını qoruyar, onların şərəfini uca
tutar, silahla təmin olunmalarının qayğısına
qalardı. Müdafiə Nazirliyinə yazmışdı ki,
Ağdərə rayonunun Umudlu kəndinin müdafiəsi təhlükə
altındadır. 27 dekabr 1991-ci ildə taborun 55 nəfərdən
ibarət şəxsi heyəti Umudlu kəndinin müdafiəsində
- 16 postda (mövqedə) dayanmışdı. Yerli əhali və
əsgərlər arasında aclıq yaranmışdı. Təminatın
olmaması və silahların çatışmaması
narahatçılıq yaradırdı. Ərzağa, silaha
ehtiyacımız vardı. Əks təqdirdə, kəndi tərk
etməyə məcburuq. Rəsmi Bakı isə susurdu. Daha
doğrusu, vəzifə hərisliyi üstümüzə gələn
düşmən xofunu üstələmişdi...
1991-ci ilin yanvar günlərinin
birində Xocalı aeroportunun rəisi, mərhum Əlif
Hacıyevlə iş yerində görüşdük. Onunla
yenicə hal-əhval tutmuşduq ki, yaxınlıqda
"QAZ-69" markalı maşın dayandı. Hündürboy,
polkovnik-leytenant rütbəli, zəhmli şəxs bizə
yaxınlaşdı. Əlif onunla doğma qardaşı kimi
görüşdü. Handan-hana o, "
Adını çox
eşidib, üzünü ilk dəfə
gördüyümüz Şirinin təsvirini və dediklərini
videolentə yazdıq. Onun bu sözləri həmin gündən
yadigar qalıb: "Ay qardaş, vallahi-billahi belə olmaz.
Valeh Bərşadlı - hərbi mütəxəssis kimi
tanınan şəxs, general-leytenant qalıb kənarda, adi
müəllim Rəhim Qazıyev özünü atıb
ortalığa, müdafiə naziri olub. Axı o kimdir, ordudan,
hərbdən nə başı çıxır? Bizə də
aman vermir ki, dərdimizi-sərimizi danışaq... Əgər
işlər belə getsə, vəziyyət ağır olacaq.
- Yəni torpaqlarımız
işğala məruz qalacaq?
- Bəli. Hər iyirmi nəfər
döyüşçümüzə cəmi 4-5 avtomat silah
veriblər. Əhalidən silah üçün nə qədər
pul yığıblar, bəs o vəsait necə olur? Olan-qalan
silah-sursatlarımızı da "özəlləşdiriblər".
Qardaş, müharibə zarafat sevmir! Xahiş edirəm, car
çəkin ki, Qarabağ əldən gedir. İtkimiz sonralar
bizləri yandıracaq. Doğma torpaq atadı, anadı, ona
dönük çıxmaq nadanlıqdır.
Sırxavənd kəndi
uğrunda döyüşlər, ölüm-dirim mübarizəsi
gedirdi. Döyüşçülərin silah-sursatları
tükənmişdi. Qan düşmənləri daha da vəhşiləşmişdilər.
Əslində elə belə də olmalıydı. Müharibə
"mən ölüm-sən öl" bilmir. Əsgərinə
inanan, onun qədrini bilən tərəf qələbə
qazanar. Biz tərəfdə isə tarixdə analoqu olmayan vəziyyət
yaranmışdı. Xocalı soyqırımı oldu - susduq.
Faciənin vaxtında dünya ictimaiyyətinə
çatdırmağı belə unutduq. Az sonra Şuşa
işğala məruz qaldı. Buna da zarafat kimi baxıldı.
On gün keçmiş çox böyük strateji əhəmiyyəti
olan Laçın bölgəsi düşmənə verildi...
Hətta Ağdamın sabahını belə düşünmədik.
Düşmənin hücum cəhdlərinə laqeyd
münasibət göstərildi. Nəticə göz
qabağındadır...
Sırxavənd əməliyyatı
Müdafiə Nazirliyi səviyyəsində hazırlanan plan əsasında
baş tutmalıydı. Amma... Müxtəlif siyasi əqidəyə
xidmət edənlər nəyi, necə istəyirdilərsə,
onu da edirdilər. Vahid komandanlıq yox idi. Özbaşınalıq
baş alıb gedirdi. Bu gərginliklərə baxmayaraq, yenə
də Şirin Mirzəyev vəzifə borcunu şərəflə
yerinə yetirirdi. Ancaq sağ-sol cinahlardakı qüvvələr
onu və döyüşçü yoldaşlarını
çıxılmaz vəziyyətdə qoyurdu...
Rəsmi məlumat: Şirin
Mirzəyev tabeliyində olduğu briqadanın yerləşdiyi
ünvana gəlir və döyüş zamanı
rastlaşdıqları xəyanət barədə
komandanlığa məlumat verir. Dinləyən tərəfin
laqeydliyi onu bərk əsəbləşdirir. Qərargahdan
hirsli çıxıb, mövqelərə qayıdır. Həmin
yolla geri dönəndə isə özü, qardaşı
oğlu Mübarizin, əmisi nəvəsi Cavanşirin mindikləri
"UAZ" markalı maşın minaya düşür...
İllərdən bəridir
ki, bədbəxtlik gətirən "təsadüfə"
təkcə Mirzəyevlər ailəsi yox, heç kim
inanmır. Amma bu faktdır ki, üç nəfər cəsur
döyüşçü, doğma torpaqlarımız
uğrunda şəhid olanlarımız eyni vaxtda əbədiyyətə
qovuşublar. Şirinin faciəli ölümündən sonra
Ağdamın səmasını qapqara buludlar
örtürdü...
P.S. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin fikridir: "Torpaq müqəddəsdir, o, ürək kimidir, satıla bilməz..." Bizim ata-baba yurd yerlərimizin 20 faizi təəssüf ki, xəyanətin qurbanı oldu. Hazırda düşmən tapdağı altında inildəyir. Amma qisas qiyamətə qalmaz. Sağlıq olsun!.. İnanırıq ki, müqəddəs torpaqlarımız tezliklə işğaldan azad olacaq. Bu şad xəbərdən Şirin Mirzəyevin də müqədəs ruhu dinclik tapacaq. Amin!
Telman MEHDİXANLl
Təzadlar.- 2010.- 3 iyun.- S.9.